ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib
Sovet Ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi cinayətlər yalnız Bakıda baş vermiş faciə ilə kifayətlənmədi. Yanvarın 25-də və 26-da Neftçala və Lənkəranda bir sıra cəza tədbirləri həyata keçirildi və insanlar amansızlıqla qətlə yetirildilər. Digər tərəfdən, Azərbaycan informasiya blokadasına salınmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı və məşum hadisədən xəbərsiz idi.
Xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Qeyd edək ki, 20 Yanvar faciəsinə hüquqi-siyası qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi.
1994-cü il yanvarın 5-də Ümummilli Liderimiz müvafiq sərəncam imzaladı ki, həmin sərəncamda da faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Ümummilli Liderimizin müvafiq sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin və bütövlükdə bu qəbildən olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Öz milli dövlətçiliyini yenidən bərpa etmiş respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YAP-ın Sədr müavini Mehriban Əliyeva 20 Yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xüsusi qayğı və diqqət göstərir.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev çıxış edərək həmin faciəli gün şahid olduqları hadisələri danışaraq bildiriblər ki, 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə 20 Yanvar faciəsinin səbəb və nəticələrini, mahiyyətini dərindən öyrətməyi və onları milli ruhlu vətəndaş kimi yetişdirməyi tövsiyə edib.
aztehsil.com


ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Ağstafa rayon Həsənsu kənd orta məktəbində 20 yanvarla bağlı tədbir keçirilib

Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib