Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib
Tədbirdə BDU-nun kafedra müdiri prof. Anar İsgəndərli, Amea-nın Tarix İnstitutunun elmi işçisi, tədqiqatçı alim Vaqif Hacıyev, Qafqaz Universitetini dosenti Bilal Dədəyev, Təhsil Şöbəsinin əməkdaşları, Mehdiabad qəsəbə İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin əvvəlində şagirdlər 20 Yanvar hadisələri ilə bağlı şeirlər səsləndirib, səhnəciklər göstəriblər.
Məktəb direktoru prof. Elnurə Cavadzadə bildirib ki, Azərbaycan xalqı həmişə öz tarixi ilə fəxr edib, çünki, onun tarix səhifələri qəhrəmanlıqlarla doludur. Lakin, bu səhifələr qansız-qadasız yazılmamışdır. Qoca tarixin səhifələrinə əbədi həkk olmuş qanlı günlərdən biri də 20 Yanvar faciəsidir. Azərbaycan xalqını yaddaşında müstəqilik zirvəsi kimi həkk olunan bu gün bizi nə qədər incitsədə , bir o qədər də ruhlandırır. Cünki, 20 yanvar bizim milli qeyrət günümüzdür.
Daha sonra qonaqlar çıxış edərək, 27 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar söz açıb, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıblar.