Xəbərlər
30 yanvar 2017
1462

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

 

Azərbaycan Dövlət Aqrar Universitetində rektorluğun növbəti iclasında təhsil müəssisəsinin həyatı ilə bağlı bir çox məsələlər müzakirə olunmuşdur.
 
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, rektor , AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, ölkəmizdə qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyib. Rektor əlavə edib ki, son illər bu qayğı nəticəsində universitetin maddi-texniki bazası əsaslı surətdə gücləndirilib, bütün tədris korpusları təmir olunub, 7 mərtəbəli 514 nəfərlik tələbə evi istifadəyə verilib. Eyni layihə üzrə ikinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir.
 
Universitetin professor-müəllim heyəti aqrar sahə üzrə kadr çatışmazlığını doldurmaq üçün bu gün tədrisin ən müasir formalarından istifadə edir və dövlət qarşısında öz məsuliyyətini başa düşür. Son iki ildə universitetin 4 müəllimi, Azad İbrahimov, Elxan Məmmədov, Məhərrəm İsmayılov və Hüseyin İdrisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Əməkdar Müəllim” fəxri adına layiq görülüblər. Universitetin rektoru İbrahim Cəfərov isə Azərbaycan Respublikası Presidentinin 2016-cı il 7 noyabr tarixli 2416 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
 
İclasda çıxış edən əməkdaşlar bununla əlaqədər Prezident İlham Əliyevə təşəkkür edib, daim ölkə rəhbərinin yanında olduğunu bildiriblər.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...