AzTehsil.com


Müəllim
14 oktyabr 2016
6 143


MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl



 

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

 

"Əməkdar müəllim”, "Tərəqqi medalı”, "Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl
Əliyev Fidayıl Əli oğlu, 5 dekabr 1957-ci ildə Göygöl rayonunun Səfərəliyev qəsəbəsində doğulub. 1965-ci ildə M.Ə.Sabir adına orta məktəbin(hazırki M.Ə.Sabir adına Samux şəhər 1 saylı məktəb-lisey) birinci sinfinə daxil olub, 1975 ildə həmin məktəbi xüsusi tərifnamə ilə bitirib. 1978-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (Gəncə Dövlət Universiteti) tarix fakültəsinə daxil olub, 1982-ci ildə həmin ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.
Fidayıl müəllim 1982-ci ildə təyinatla Ağsu rayonunun Rəhimli kənd ümumi orta məktəbində həm fənn müəllimi, həm də sinifdən xaric təşkilatçı müavin kimi pedaqoji fəaliyyətə başlayıb. 1983-1988-ci illərdə Ağsu rayonu, Qaradağ kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. 1988-1992-ci illərdə Göygöl rayonu, Almımmədli kənd ümumi orta məktəbində tarix-coğrafiya müəllimi və direktor müavini işləyib.
1992-ci ildə Samux rayonunun yaradılması ilə əlaqədar olaraq, yeni təşkil olunmuş Samux Rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub, eyni zamanda Samux şəhər S.Əliyev adına ümumi orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərib. 2003-cü ildə M.Ə.Sabir adına Samux şəhər 1 saylı məktəb-liseyə direktor vəzifəsinə təyin olunub, lakin səhhəti ilə əlaqədar olaraq həmin ildə bu vəzifədən imtina edib. Hazirda Samux şəhər 1 saylı məktəb-liseydə coğrafiya müəllimi işləyir.
Pedaqopji fəaliyyəti dövründə çalışdığı pedaqoji kollektivin ictimai işlərində, rayon haqqında hazırlanmış sənədli filmlərdə iştirak edib. Uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Samux Rayon Sənəd Qəbulu Komissiyasında məsul katib vəzifəsində işəyib.
Fidayil müəllimin pedaqoji fəaliyyətinin əvəzində əməyinə həm ölkə Prezidenti Cənab İlham Əliyev, həm də Təhsil Nazirliyi tərəfindən yüksək qiymət verilib. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11/39 nömrəli əmrinə əsasən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli 1133 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. Həmçinin 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli 756 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim” fəxri adına layiq görülüb. Hazirda 34 illik pedaqoji malik olan Fidayıl müəllim bu sahədə fəaliyyətini davam etdirir.
Nurəddin Babayev. Samux



Загрузка...
Həmçinin oxuyun:
Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

“Şam kimi yanan ömür”

“Şam kimi yanan ömür”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

7  №  li  tam  orta  məktəbdə   “ Azadlıq  və  istiqlaliyyət   hər  bir  xalqın  milli  sərvətidir!”

7 № li tam orta məktəbdə “ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində