AzTehsil.com


Müəllim
28 sentyabr 2016
11 690


"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."



"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

 Samux rayon İstixana qəsəbə ümumorta məktəbinə qəbul olan gənc müəllimin təəsuratları

                

Salmanova Vəsilə Elçin qızı  Təhsil Nazirliyi tərəfindən 2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üçün keçirilən imtahanlarda yüksək nəticə göstərərək Samux rayon İstixana qəsəbə ümumorta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi qəbul edilib. Vəsilə 1989-cu il 29 sentyabr tarixində Naftalan şəhərində anadan olub. 2007-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisasina qəbul olub, 2011-ci ildə həmin universitetdəki təhsilini basa vurub. 2013-cü ildə Gəncə Dövlət Universiteti magistratura şöbəsi Dilşunaslıq ixtisasına qəbul olub, 2015-ci ildə magistr təhsilini müvəffəqiyyətlə başa vurub. Yeni müəllimlik sənətinə başlayan Salmanova Vəsilə Elçin qızının təəssuratlarını öyrənmək üçün çalışdığı məktəbə gedərək həm dərs fəaliyyəti ilə tanış olduq, həm də özü ilə söhbət apardıq.


-Müəllim olmaq istəyiniz nece yaranıb?


-Müəllim - öyrədəndir. Öyrədə - öyrədə özü də çox şey öyrənir. Öyrətmək eşqi məni bu sənəti seçməyə şövq etdi.


-Necə oldu yaşadığınız şəhərdən belə uzaq rayonda işləməyi seçdiniz?


-Mənim fikrimcə məsafə uzaqlığı məndəki müəllim olmaq istəyine təsir edə bilməz. Daha uzaq bir rayon da olsa fikrim dəyişməzdi.

 

-Şagirdlərlə ilk görüş nəcə oldu?

 

-İlk günü şagirdlərin mənə qarşı münasibıti cox yaxşı oldu, həmçinin şagirdlərin tərbiyəsini , ümumi məktəbdəki təlim- tərbiyə ab- ahasını çox bəyəndim.

 

-Müəllim kimi arzunuz varmı ?


-Əlbəttə ki, var . Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil. Şagirdlərin dərsə marağını artırmaq, onlarda elm öyrənməyə , məktəbə sevgi yaratmağa çalışmaq lazımdır. Bunun da ustəsindən layiqincə gələcəyimdən əminəm.


-Ailənizin və yaxınlarınızın sizin bu kəndi seçməyinizə münasibəti necədir?


-Çox yaxşı. Onlar mənim müəllim kimi formalaşmağıma, işimə daha da həvəslə yanaşmağıma dəstək olurlar.


-Sizə qarşı müəllim kollektivinin və valideyinlərin münasibəti necədir?


-Bunu sözlə ifadə eləmək çətindir. Məktəb direktoru Nüşabə müəllimənin səmimi, ciddi, məsuliyyətli ab- havası, müəllim və şagird kollektivinin səmimi mühiti gəldiyim gündən bəri məni işimdə daha məsuliyyətli və həvəsli olmağa şövq etdi. Həmçinin valideyinlər ilk sinfə girdiyim gündən gəlib menimlə tanış oldular , yeni püxtələşən müəllim kimi meni cox xoş qarşıladılar.


-Müəllim olmaq istəyi olan insanlara tövsiyəniz varmı?


-Var, birinci sevgi. İxtisasına sevgiylə yanaşmaq. İkinci məsuliyyət , heçkim əmin olmasın ki mən hər şeyi bilirəm. Müəllim olmaq azrusunda olan hər kəs mencə daim axtarışda olmalı,yeni biliklər əldə etməli və bildiklərini daha möhkəmlətməlidir. 


-Aldığınız məvacib sizi qane edirmi?


-Menim üçün yeni nəslin sağlam, kamil, elmli yetişdirilməsi önəmlidir , aldığım maaş yeni işə başlamış bir müəllim kimi məni qane edir. Amma mən bu sənəti seçərkən alacağım maaşı yox yetişdirəcəyim yeni nəslin gələcəyini düşünmüşəm. 


-Son olaraq yenə qeyd etmək istəyirəm ki, müəllim olmaq asan iş deyil. Öz həmkarlarıma bu işdə uğur arzulayıram . Unutmayaq ki, biz yeni nəsil yetişdiririk


Nurəddin Babayev. Samux.

 

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

 

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

 

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

 

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

 

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.