AzTehsil.com


Müəllim
26 may 2016
7 335


Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir



 Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyirMüəllim, hər sahədə olduğu kimi, şagirdlərin təlim əməyinə münasibətində də nümunə olmalıdır. Gündəlik planı, əlavə ədəbiyyatdan, internetdən istifadəsi dərs dediyi şagirdlərinin ruh mənbəyi olmalıdır. Sinifdə hər şeyi həll etmək mümkün deyil, mümkün olsa belə, təlim elə bir əmək növüdür ki, şagird onda öz payını görməli, əldə etdiyi biliyin müəllimin rəhbərliyi altında öz qazancı olmasına inanmalıdır. Əks təqdirdə, müəllim, sadəcə, öyrətməyə, öyrətdiklərini tələb etməyə çalışacaq, şagirdlər də biganə seyrçilər kimi günü-günə calayaraq funksiyalarını yerinə yetirməyə qadir olmadıqlarına inanacaqlar. Klassik pedaqogikanın görkəmli nümayəndələrindən olan, "İnsan adım, alman isə təxəllüsümdür”, - deyən Fridrix Vilhelm Adolf Disterverq XIX əsrdə yazırdı ki, şagirdləri seyrçiliyə, passivliyə alışdıran hər hansı metod pisdir, özfəaliyyət, müstəqil çalışmaq vərdişi aşılayan hər hansı metod isə yaxşıdır.  Böyük pedaqoq şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək, deyirdi ki, pis müəllim həqiqəti elan edir, yaxşı müəllim isə onu tapmaq yollarını öyrədir. Deməli, biz müəllimlər şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı, onları öz üzərlərində işləməyə, biliyi axtarıb tapmağa da alışdırmalı, onlarda daxili motivasiya formalaşmasına çalışmalıyıq. İnsana dünyada öz əməyinin nəticəsindən şirin nə var ki!  Yalnız öyrənməyə alışan insan fasiləsiz təhsilini təmin edib, dini əxlaqımızın ən gözəl prinsiplərindən olan "Beşikdən məzaracan öyrən!” düsturunu mənalı ömrünün ana xəttinə çevirərək xoşbəxtliyini əldə edə bilər. Daha bir hikməti də xatırlatmaq istərdim: "İnsan üçün tonqal çatıb isindirmək olar, tonqalın sönməsi ilə onun soyuması başlanacaq. İnsanın özünü odlamaq lazımdır ki, o soyumasın.”
Yetişməkdə olan nəslin gözlərini yeni üfüqlərə açmaq, onları düzgün istiqamətləndirmək, onlarda düçar olacağı məhrumiyyətlərə sinə gərmək qabiliyyəti aşılamaq böyük güc, enerji tələb edir. Məhrumiyyət dedikdə, nəyi başa düşürük? Əslində müəllim əməyini tam mənası ilə ödəmək mümkün deyil. Əgər fəhlə haçansa qazandığı bilik və bacarıqların nəticəsində uzun müddət  keçinə bilirsə, yaxud sərf etdiyi məhdud vaxtda hazırladığı məhsulun dəyəri olaraq müəyyən əməkhaqqı ala bilirsə, müəllim bu imkanlara malik deyil. Müəllimin ali məktəbdə qazandığı ilə uzun müddət işləməsi mümkün deyil. İkincisi, müəllimin iş günü heç vaxt bitmir. Müəllim dərsdən sonra zəif şagirdlərlə işləməli, tapşırıqları  yoxlayıb qiymətləndirməli, bu və ya digər sosial fəaliyyətlə əlaqədar şagirdləri hazırlamalı, valideynlərlə görüşməli, növbəti günün dərslərinə hazırlaşmalıdır.      
 Müəllim şagirdinin  gələcək həyat yolunda inamla irəliləməsi üçün özünü ən yaxın, ən etibarlı insan kimi tanıda bilmirsə, öz fəaliyyətinə vicdan güzgüsündən baxıb, özünü yeniləməyə gecikməməlidir. Yeri gəlmişkən, Mövlanaya bir nəfər, müəllimi Şəms Təbrizini gördüm deyir. Mövlana çıxarıb köynəyini verir. Adam gülərək: "Yalan deyirəm”, - deyəndə Mövlana: "Yalan dediyini bilirəm”, - deyir. - Mən bu sözün yalanına köynəyimi verdim. Doğru xəbər versə idin, canımı verərdim”. Budur, müəllimə inamın  ən səmimi, ən müasir nümunəsi!       
 Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir. Onun nüfuzunun ləkələnməsi aynanın parçalanmasından başqa bir şey deyil. Ən mahir usta belə onun parçalarını bütün məharətini işin içinə qoyaraq yapışdırsa da, çətin ki əvvəlki tamlığını göstərə bilsin. Ona görə də sərhəd əsgəri kimi şəxsiyyətinin keşiyində durmaq müəllimin ən mühüm vəzifəsi, qayğısı olmalıdır. Bir müəllimin nüfuzunu itirməsi təkcə onun deyil, bütövlükdə onun çalışdığı kollektivi hörmətdən sala bilər. Müəllimin müqəddəsliyi sına bilər, o adiləşər.
  
Zaman.- 2010.- 5-6 oktyabr.- S. 12.
 
 



Загрузка...
Həmçinin oxuyun:
Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti