AzTehsil.com
RU


Xəbərlər
10 fevral 2017
3 722


ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib



ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

 

Fevralıın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azadlıq prospekti 20 üzrə (ADNSU) ərazi ilk partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, universitetin fakültə və şöbələrini təmsil edən fəal YAP üzvləri - professor-müəllim heyəti və tələbələr iştirak edib. Hesabat – seçki yığıncağı Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib. 2011-2016-cı illəri əhatə edən hesabat məruzəsi ilə çıxış edən T.Naibova YAP ilk təşkilatının yaranması, keçdiyi yol və hazırki fəaliyyətini əhatə edən məlumatlar haqqında hesabat verib.
 
YAP ilk təşkilatının üzvləri İctimai Fənlər kafedrasının müdiri, prof. Camal Mustafayev və Kimya Texnologiya fakültəsinin professoru, əməkdar elm xadimi Çingiz İbrahimovun çıxışlarından sonra təşkilatın fəaliyyətini qənaətbəxş kimi qiymətləndirilməsi qərara alınıb.
 
Rektor, professor Mustafa Babanlı və idarə heyətinin üzvləri birlikdə dosent Tamilla Naibovanın yenidən ADNSU-də YAP ilk təşkilatın sədri vəzifəsinə seçilməsi qərara alınıb. YAP ilk təşkilatına tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyevin sədr müavini və 9 nəfərin idarə heyətinə üzv seçilməsi qərara alınıb. Daha sonra hesabat seçki yığıncağının qərar layihəsi oxunub.
 
Tədbirdə YAP Nəsimi rayon təşkilatının X konfransına ADNSU-nun ilk partiya təşkilatından 50 nəfər nümayəndə seçilib.
 
YAP-a üzv olmağın şərəfli və eyni zamanda çox məsuliyyətli bir iş olduğunu deyən ADNSU-nun rektoru prof. M.Babanlı bütün partiya üzvlərinin universitetin və cəmiyyətin həyatında aktiv olmağa çağırıb. ADNSU-da aparılan islahatlarda YAP ilk təşkilatının sədri Tamilla Naibovanın rolunu qeyd edən rektor M.Babanlı onun yenidən sədr seçilməsinə çox şad olduğunu vurğulayıb.
 
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADNSU YAP ilk təşkilatının yeni sədrini və idarə heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Universitetdə son vaxtlar görülən uğurlu işlərdən danışan M.İbrahimqızı YAP-ın üzvü olan tələbələri daha fəal olmağa çağırıb.
 
Sonda ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan 40 nəfərə partiya biletləri təqdim olunub.



Загрузка...