Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?
Təhsil islahatlarının əsas dayaqlarından biri peşəkar təhsilverənlərin hazırlanmasıdır ki, bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının 2-ci istiqəməti olaraq "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” kimi öz əksini tapmışdır.
Strategiyada təhsil sisteminin başlıca vəzifələrindən biri kimi milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlanması göstərilərkən, ilk növbədə həmin kadrları hazırlayacaq təhsilin bütün pillələri üzrə pedaqoji kadrların hazırlanması təhsilimizin inkişafının prioritet istiqaməti kimi dəyərləndirilməlidir.
Pedaqoji sahadə çalışacaq kadrları hazırlamaq üçün hansı addımları atmaq lazımdır və konkret olaraq hansı tədbirlər görülməlidir?
1.1. Pedaqoji kadrlar ADPU-da hazırlanmalıdır. Ölkənin digər dövlət universitetlərində pedaqoji profilli ixtisaslar üzrə bitirən məzunlar bir il ADPU-da 1 il pedaqoji-psixoloji biliklər aldıqdan sora müəllim işləmək hüququ alacaqlar. ( Bu təcrübə dünyanın bir çox ölkələrində, məsələn Fransa və s. ) var. Bu addımda məqsəd hər ali təhsil müəssisəsinin deyil, yalnız ADPU-nun müəllim hazırlamaq imtiyazı olur.
1.2 Müəllim hazırlığı necə olmalıdır?
1.2.1.Pedaqoji kadrların hazırlığında nəzəri biliklərlə yanaşı, praktiki biliklərin öyrənilməsi şərtdir. ADPU-nun ölkənin müxtəlif rayon və şəhərlərində yerləşən, müxtəlif struktura malik ümumi orta məktəbləri ilə internet bağlantısı təşkil olunmalı, eyni zamanda, 3-cü kursdan başlayaraq bütün tələbələr həftənin 2 günü məktəblərdə dərslərə cəlb olunmalı, keçdikləri dərslər üzrə isə universitetdə müzakirə təşkil olunmalıdır. Burada artıq məqsəd ali məktəbi bitirən, müəllim namizədinin müəllim peşəsinə tam hazır olmasını təmin etməkdir.
1.2.2 Riyaziyyat-İnformatika,Texniki və Təbiət istiqamətli fənləri tədris edəcək müəllimlərin hazırlığında beynəlxalq təcrübə və yerli ənənələri birləşdirməklə, bu sahədə olan müəllimlərin hazırlığında xüsusi proqramlar hazırlanmalı, Əlavə Təhsilin gücləndirilməsi səmərəli ola bilər.
1.3. İdarəetmə bilikləri
Pedaqoji kadrların hazırlanması ilə yanaşı, onların idarəetmə üzrə biliklərin alınması üçün şərait yaradılmalıdır. 2-ci kursdan başlayaraq, ali təhsilin sonuna qədər sinifin idarə edilməsi, təhsilin idarə edilməsi ilə bağlı yeni tədris sahələrinin yaradılması müəllimlərin eyni zamanda idarəedici kimi də hazırlanmasına gətirib çıxaracaq, bunun üçün əlavə vaxt və maddi vəsait sərf olunmayacaq.
1.4. Magistratura təhsili
Təhsilin idarə edilməsi üzrə magistratura təhsilində qiyabi təhsili bərpa etmək olar. O cümlədən, təhsilin idarəedilməsi ilə bağlı ixtisaslarda qəbul yerlərinin sayını artırmaq, bu sahəni seçənləri həvəsləndirmək üçün müəyyən addımlar atmaq olar.
Təhsilin idarə edilməsində magistratura təhsili almaq istəyənlər yalnız 3 il müəllim işlədikdən sonra təhsillərini davam etdirə bilməsi bu sahədə təcrübə toplamış olmalarına gətirib çıxaracaq.
1.5. Pedaqoji sahədə Əlavə
Pedaqoji sahədə olan kollecləri, ADPU-nun filiallarını Regional Əlavə Təhsil Mərkəzlərinə çevirməklə təhsilin əsas istiqamətlərindən biri olan Əlavə Təhsili sistem halına salmaq olar.
Eyni zamanda, RTŞ nəznində olan Metod kabinetləri ləğv etmək, Regional Əlavə Təhsil Mərkəzləri nəzdində hər bir rayonun təhsil problemlərini araşdıran, müxtəlif manitorinqlər, analizlər aparan və yerlərdə təlimləri təşkil edən, pedaqoji prosesi yerlərdə ( bu proses video çəkilişlər vasitəsi ilə olarsa çıxarılacaq nəticələr müşahidə edənlərin subyektiv fikirləri əsasında deyil, real faktlar əsasında mümkün olacaq) izləyən TTM-lər (Təlim Texnalogiyaları Mərkəzləri ) yaratmaq.
Əlavə Təhsil Mərkəzlərində cəlb olunacaq müəllimlər əməkhaqqı saxlanılmaqla cəlb olunmalıdır.