AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
17 noyabr 2017
4 081


Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq



Müəllimin səriştə və peşəkarlığının yüksəldilməsi həmişə diqqət mərkəzində olmuşdur. Uzun illərdir ki, sinif müəllimliyi fəaliyyətimdə pedaqoji ustalığımı təkmilləşdirməyə çalışıram. Təcrübə göstərir ki, müəllimin pedaqoji ustalığı – tədris prosesini optimallaşdırır, şagirdlərin təhsillənmə imkanlarını genişləndirir.


Tədris etdiyim fənlər üzrə hər bir mövzunun təlim məqsədi kurikulumun tələbinə uyğun olaraq standartı reallaşdırmaqdır. Bir müəllim kimi şagirdin gələcəyini qurmaqda ona köməklik etmək, yol göstərmək, istiqamət vermək və onda gələcəyə güclü inam yaratmağı özümə borc bilirəm. Müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlər çoxdur. Şagirdlərlə əməkdaşlıq bu baxımdan əhəmiyyətlidir. Şagirdin marağını nəzərə alaraq ona tərbiyənin əsas vasitələri olan əmək , ünsiyyət, təlim və oyun üzrə zəruri bilik və bacarıq aşılanmalıdır.

 

Müəllim üçün pedaqoji əməyin obyekti – dərs dediyi şagirdləridir. Onlar daim dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. Buna görə də, mən pedaqoji əmək fəaliyyətində hümanistliliyi təmin etməyə çalışıram. L. N. Tolstoy təcrübə və müşahidələrlə əsaslanaraq bu qənaətə gəlmişdir: "İşinə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”


Müəllim özünə qarşı inamlı olmalı, professional biliklər qazanmalı, özünəməxsus qabiliyyətləri və fəaliyyətlərini ahəngdarlığı üçün pedaqoji mühit yaratmaqda ustalıq nümayiş etdirməlidir.


Hər gün dərs dediyim sinifdə müxtəlif situasiyalarla üzləşirəm. Situasiyanı pedaqoji vəzifəyə yönəltmək əsil ustalıqdır. Müəllim öyrədən şagird öyrənən kimi pedaqoji prosesi idarə edərkən zəruri mühit təşkil etmək fəal təlimin texnologiyalarına əsaslanır.


Təhsilin konsepsiyası ( milli kurikulumu) ibtidai təhsilin məqsədi fəaliyyətimizi səmərəli qurmağa imkan yaradır.


• Uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək;


• Uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək;


• Uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasına və inkişafını təmin etmək;


• Uşaqlara həssaslıq, estetik və sədir zövq, əxlaqi – mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq. Qeyd olunan ibtidai təhsilin məqsədləri üzrə pedaqoji ustalıq fəal təlim mexanizmlərindən nə dərəcədə istifadə etmək bacarığından asılıdır. Müəllimin funksiyası pedaqoji prosesdə öyrənməyi – öyrətmək kimi ifadə olunur. Müasir yanaşmağa görə müəllimin pedaqoji ustalığını ənənəvi təlimlə səciyyələndirmək ziddiyyət təşkil edir. Müasir pedaqoji ustalıq şagirdin fəal idrak fəaliyyətinə əsaslanmalıdır. Yəni müəllimin pedaqoji ustalığını inandırıcı edən aşağıdakı keyfiyyətlər fəaliyyəti müşahiyyət etməlidir.


• Şüurlu sürətdə (iradi olaraq) idraki problem situasiyanın yaradılması;


• Tədris olunan mövzu ilə əlaqədar yaradılan problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması;


• Şagirdlər üçün lazım olan biliklərin müstəqil kəşfi , əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.


Yeni yanaşmalar müəllimdən daha çox psixoloji məsələlərə önəm verilməsini tələb edir.


Kurikulum fəal (interaktiv) təlimlə həyata keçirilir. Fəal təlimin səmərəliliyi məhz psixoloji mexanizmlərlə həllini tapır.


Psixoloji mexanizmləri tətbiq etmədən müasir təlim prinsplərin (şəxsiyyətə yönəlmiş, fəal idrak, inkişafedici, qabaqcıl , təlim- tərbiyə sisteminin çevikliyi, əməkdaşlıq, dioloji) həyata keçirilməsi mümkünsüzdür. Məsələn, şəxsiyyətə yönəlmiş təlim prinsipinə müvafiq olaraq pedaqoji prosesdə şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına bağlı olduğuda səmərə verir. Bu mövqeyi dərsdə yaratmaq üçün təlim prosesinin mərkəzində tədqiqat olmalıdır. Hər bir tədqiqat ilk növbədə problemin qoyulmasından başlanır.


II sinif Texnologiyadan mövzu ilə əlaqədar nümunələr verməyi məqsədə uyğun sayırıq.


Mövzu: Plastilindən yapma bəzəklər. Qızıl gül.


Problemin qoyuluşu:


• Dərslikdə plastilindən yapma bəzəklərə şagirdlərin diqqəti yönəldilir. Onları necə hazırlamaq olar? – sual vasitəsilə problemlə üzləşdirirəm. Artıq şagirdlərin fəallığı təmin olur. Hər birinin fikri dinlənilir, tədqiqat sualı onların diqqətinə çatdırılır.


• Plastilindən yapma bəzəklərdən istifadə edərək qızıl gülü necə hazırlamaq olar?


Dərsin birinci mərhələsində qeyd olunan problemli vəziyyət vasitəsilə məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi nəzərlərin olunmasına şərait yaradır.


Dərsin sonrakı mərhələlərində şagirdlər arasında dialoq və əməkdaşlıq iştirakçıların tədqiqatçılığı, mənim belədçiliyim psixoloji dəstək kimi mexanizimlə həyata keçirilir. Demək, müəllimin müasir ustalığı texnoloji səciyyə daşıyaraq pedaqoji və psixoloji qanunauyğunluqların səmərəli tətbiqini zəruri edir.




Загрузка...