AzTehsil.com


Xəbərlər
31 oktyabr 2017
11 849


Pedaqoji ustalıq və pedaqoji fəaliyyət



Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir.

 

Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir.

 

Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.


Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir:

 

"Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.


Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.


Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.




Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik  haqqında-

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik haqqında-

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri