AzTehsil.com


Tədris işləri üzrə dr/müavini / Direktor
16 yanvar 2017
9 952


Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri



Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

 


Pedaqoji təhlil tam pedaqoji prosesi idarəetmənin funksiyalarından biridir. İdarəetmə dövrəsinin strukturunda pedaqoji təhlil xüsusi yer tutur. Ardıcıl və bir-biri ilə qarŞılıqlı baİlı olan funksiyalardan ibarət olan hər hansı idarəetmə dövrəsi pedaqoji təhlillə baŞlayır və onunla da qurtarır.

İdarəetmənin və pedaqoji fəaliyyətin effektliyi məktəb rəhbərlərinin, müəllimlərin pedaqoji təhlilin metodikasına yiyələnmələrindən çox asılıdır. Məktəb direktorunun fəaliyyətində vaxtında aparılmayan və ya səriştəsiz aparılan təhlil məqsədləri və vəzifələri müəyyənləşdirmə mərhələsində konkretsizliyə, hətta qəbul olunan qərarların əsassızlıİına gətirib çıxarır. Pedaqoji və ya şagird kollektivində işlərin həqiqi vəziyyətini bilmək pedaqoji prosesin tənzimlənməsi və korrektirovkası prosesində düzgün qarşılıqlı münasibətlər sisteminin yaranmasında çətinliklər yaradır.

Pedaqoji təhlilin əsas məqsədi pedaqoji prosesin vəziyyətini və inkiŞaf tendensiyasını öyrənmək, onun nəticələrini obyektiv qiymətləndirmək, bunun əsasında idarəetmə sistemini qaydaya salmaq üçün tövsiyələr işləyib hazırlamaqdır. İdarəetmə dövriyyəsinin strukturunda bu funksiya ən çətin funksiyalardan biridir, çünki təhlil öyrənilən obyektin hissələrə bölünməsini, hər bir hissənin rolunu və yerini qiymətləndirməyi, hissələri vahid tam halında birləşdirməyi, sistem yaradan amillər arasında əlaqələr yaratmaİı nəzərdə tutur.

İdarəetmənin başqa funksiyalardan, məsələn planlaşdırma və ya təşkil etmə funksiyalarından fərqli olaraq, pedaqoji təhlil funksiyası zahirən az effektli görünür. Əslində o şəxsiyyətdən maksimum intellektual gərginlik, pedaqoji faktları və hadisələri müqayisə etmək, ümumiləŞdirmək, sistemləŞdirmək, sintezləŞdirmək üçün formalaşmış analitik təfəkkürə malik olmaİı tələb edir.

Məktəbdaxili idarəetmənin nəzəriyyə və praktiksında pedaqoji təhlilin aşaİıdakı əsas növləri müəyyən olunmuşdur:
parametrik (parametr-hər hansı bir hadisənin bu və ya digər xassəsini göstərən kəmiyyət) təhlil, tematik təhlil, yekun təhlil.

Parametrik təhlil təhsil prosesinin gediŞi və nəticələri haqqında gündəlik informasiyanı öyrənmək, prosesə mane olan səbəbləri aŞkar etmək məqsədini güdür. Parametrik təhlilin yekunlarına görə tam pedaqoji prosesin gedişini tənzimləmək üçün düzəlişlər və dəyişikliklər aparılır. İagirdlərin cari yetirməsi, gün ərzində, həftə ərzində siniflərdə və məktəbdə intizam, dərslərə və sinifdənxaric məŞİələlərə davamiyyət, məktəbin sanitar vəziyyəti, dərs cədvəlinə riayət olunması və baŞqa məsələlər parametrik təhlilin predmetidir.

Dərslərə və sinifdənxaric məşİələlərə məktəb direktorunun və onun müavinlərinin baŞ çəkməsi onların apardıqları parametrik təhlilin əsas məzmununu təşkil edir. Parametrik təhlilin nəticələrinin qeydə alınması, onların sistemləŞdirilməsi və işlənməsi tematik pedaqoji təhlil üçün şərait yaradır.

Tematik təhlil pedaqoji prosesin gediŞindəki daha sabit, təkrar olunan asılılıqları və onun nəticələrini öyrənməyi nəzərdə tutur. Sinif və sinifdənxaric fəaliyyətin öyrənilməsinə sistemli yanaşma tematik təhlilin məzmununda özünü daha çox göstərir. Əgər parametrik təhlilin predmeti ayrıca bir dərs və ya sinifdənxaric məŞİələ ola bilərsə, tematik təhlilin predmeti dərslər sistemi, sinifdənxaric məşİələlər sistemi ola bilər. Direktor və ya onun müavini müəllimin ancaq bir neçə dərsini, məşİələsini təhlil edəndən sonra onun iş sistemi haqqında tam təsəvvür ala bilər.

Aşağıdakı komleks problemlər tematik təhlilin məzmununu təşkil edir: təlim metodlarının optimal əlaqələndirilməsi, şagirdlərin biliklər sisteminin formalaşdırılması, müəllimlərin, sinif rəhbərlərinin əxlaq, estetik, fiziki, intellektual tərbiyəsi üzrə iş sistemi; pedaqoji mədəniyyətini yüksəltmək üzrə müəllimin iş sistemi; məktəbdə innovasiya mühitini formalaŞdırmaq üzrə pedaqoji kollektivin fəaliyyəti .

Parametrik təhlilin məlumatlarına istinad edərək məktəbin rəhbərləri analitik işin gedişində yekun təhlilin məzmunu və texnologiyasını hazırlayır və əsaslandırır.

Yekun təhlil rübün sonunda, tədris ilinin yarısında və axırında keçirilir, əsas nəticələri və onlara nail olma səbəblərini öyrənmək məqsədini güdür. Yekun təhlil idarəetmənin bütün funksiyalarının həyata keçməsi üçün Şərait hazırlayır. Yekun təhlil haqqında informasiya parametrik və tematik təhlil haqqında məlumatlardan, rüblük, yarım illik yoxlama işlərindən, müəllimlərin, ictimai təşkilatların təqdim etdikləri rəsmi hesabatlardan, arayışlardan yaradılır.

Beləliklə, pedaqoji təhlilin əsas obyektləri təlimin təŞkili formalarıdır ki, bu hər şeydən əvvəl dərsdir, sinifdənxaric məŞİələlər, tədbirlər və tədris ilində məktəbin işinin yekunlarıdır. Bu obyektlər uşaqların təhsil-tərbiyəsi üzrə bütün müxtəlif məqsədləri, vəzifələri, məzmunu, forma və metodları özündə birləŞdirir.

Məktəb rəhbərlərinin daim diqqət mərkəzində duran obyekt dərslərə girmək və onların pedaqoji təhlilidir. Məktəb rəhbərlərinin idarəetmə fəaliyyətində dərsin təhlilinin üç növü nəzərə çarpır: geniŞ təhlil, qısa təhlil, aspekt təhlil (dərsin hər hansı bir tərəfini öyrənmək).

Dərsin geniş pedaqoji təhlili dərsin bütün detallarının ayrılmasını və onun bütün məqamlarının bir tam kimi müzakirəsini, yəni dərsin tərbiyəvi, didaktik, psixoloji, sanitar-gigiyenik tələblərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Dərsin geniş təhlili yeni fəaliyyətə baŞlayan müəllimlərin dərsləri dinlədikdən sonra keçirilir. Təcrübəsinin ümumiləşdirilməsi və yayılması lazım bilinən müəllimlərin dərsləri xüsusi öyrənmə predmeti ola bilər.

Dərsin qısa təhlili direktordan, onun müavinindən, metodistdən obyektiv təklif və tövsiyələr müəllimin Şəxsiyyətini yaxşı bilməyi, yüksək metodik və idarəetmə mədəniyyəti tələb edir.

Dərsin aspekt təhlili dərsin hər hansı bir aspektini (tərəfini) təhlil etməyi (məsələn, dərsdə şagirdlərin idrak fəaliyyətini aktivləşdirmək üçün əyani vasitələrdən istifadə etməyi) nəzərdə tutur.

Məktəb rəhbərinin analitik fəaliyyətində tərbiyəvi işlərin pedaqoji təhlili mühüm yer tutur. Belə işlərin həyata keçməsi zamanı uŞaqlar təŞkilati, yaradıcı fəaliyyətdə iştirak edirlər.

Tərbiyəvi işin pedaqoji təhlili zamanı onun keçirilmə ardıcıllıİı nəzərə alınmalıdır: məqsədin birgə müəyyənləşdirilməsi, tərbiyəvi işin vəzifələri, keçirilmə forması; birgə planlaşdırma; işin hazırlanmasında uşaqların iştirakı və müəllimlərin pedaqoji rəhbərliyinin xüsusiyyətləri; tərbiyəvi işin bilavasitə keçirilməsi; işi birgə yekunlaşdırmaq və onun təhlili.

Məktəbin tədris ilində işinin yekun təhlilinin məzmununu aşaİıdakı aparıcı istiqamətlər təşkil edir:

1)tədrisin keyfiyyəti;

2)Şagirdlərin bilik, bacarıq və vərdiŞlərinin keyfiyyəti;

3)Şagirdlərin tərbiyəlilik səviyyəsi;

4)valideynlərlə və ictimaiyyətlə işin effektliliyi;

5)məktəblilərin saİlamlıq vəziyyəti və sanitar-gigiyenik mədəniyyəti;

6)məktəb şurasının, pedaqoji şuranın fəaliyyətinin nəticələri.

Yekun təhlilin keçirilməsi, onun obyektivliyi, dərinliyi, perspektivliyi yeni tədris ili üçün planın hazırlanmasına şərait yaradır.
 
O.H.Rzayev,S.M.Məmmədov,Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI



Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası