AzTehsil.com


Kurikulum / İnnovasiyalar / Müəllim
30 oktyabr 2016
61 720


Muasir dərs və Fəal təlim.



 Muasir dərs və Fəal təlim.

 


Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir:  onun mərhələləri, təlimin  forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.
Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum istifadə edir. Müasir dərs bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ünsiyyətdir. Dərs  nəinki  müəllimin, həm də  şagirdin yaradıcılığının nəticəsi olur.

    Fəal dərsin səmərəliyini artırmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələrinin öncədən "ölçülüb-biçilməsi” sindən asılıdır.
Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır.

 Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1.Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici, inkişafedici, tərbiyəedici;
2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;
3. İdrak prosesinin səviyyəsi üzrə  hafizənin və təfəkkürün müxtəlif növləri ( məntiqi, tənqidedici, yaradıcı)
Müəllimlərin çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermirlər və ya onu etməyi bacarmırlar. Onlar təlimin məqsədi kimi yalnız öyrədici məqsədlər müəyyən edirlər. Lakin inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim aşağıdakı amilləri nəzərdə tutmalıdır:
 Tədris materiallarının xususiyyətini;
  Bu dərsin keçirilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri və sinfin hazırlıq səviyyəsini.  
   

  
  Planlaşdırma  zamanı müəllim 4 əsas suala cavab verməlidir.
Nə öyrədilməli?
 Necə öyrədilməli?
 Hansı şəraitdə?
 Nəticələri necə qiymətləndirmək olar?
Bu sualara cavab kimi təlim tərbiyə prosesinin strukturu şərti olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir:
1.Tədris plan və proqramları və ya təlimin məzmunu  (nə öyrədilməli?) ;
2.Təlim metodları (necə öyrədilməli?) ;
3.Təlim- tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?) ;
4.Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi     (nəticələri necə qiymətləndirmək olar?).
Real təlim prosesində bu komponentlərin xüsusilə , bu sistemin təlim-tərbiyə prosesinin  təşkili kimi mühüm tərkib  hissəsinə adətən az əhəmiyyət verilir. Çünki  təlimin təşkilinin ancaq  formal cəhətləri  nəzərə alınır. Müəllim işində də şagirdə çatdırmalı dərsin məzmunu   ( yəni hansı bilik öyrədilməlidir?)  üstün tutulur. Lakin bununla müəllim təlim-tərbiyə prosesinin əsas tərkib hissəsinin yalnız  birini nəzərdə tutur və təlim proseslərində əhəmiyyət daşıyan digər amilləri ( necə, hansı şəraitdə) nəzərdən qaçırır.
   Bu nöqsanları aradan qaldırmaq  məqsədi ilə xüsusi təlim modeli müəyyənləşdirilmişdir. Təlim  modelinin 4 əsas komponenti var:
            

 Muasir dərs və Fəal təlim.

 

                                         
Bu komponentlər arasında əlaqə yaradan ünsürlər təlim prosesinin 2 əsas istiqamətini göstərir:
1.Şagirdlərin  idrak prosesinin, yəni təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bununla əlaqədar əsas bilik bacarıq və vərdişlərinin inkişafı.
2.Şagirdlərin şəxsiyyətinin nkişafı, yəni şagirdin sosial-psixoloji, emosional-iradi inkişafı.

   Bu iki amil təlim-tərbiyə prosesinin uğurunun əsas meyarı olmalı  və həmin prosesin qurulmasının istiqamətini müəyyən etməlidir.    Fəal dərsin planlaşdırılmasında məzmun xəttinin əsas standart və  alt standartların seçilməsi də vacibdir. Dərsi planlaşdırarkən müəllim dərsin hansı  növə aid olduğunu da müəyyənləşdirir. 

    Fəal ( interaktiv) dərsin 2 əsas növü var:  induktiv və deduktiv tədqiqat. İnduktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir , deduktiv tədqiqət  isə əksinə. İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur.

Deduktiv tətqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur. 

   Dərsin məqsədlərini, dərsin tipini müəyyənləşdirəndən sonra müəllim artıq fəal təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır.

 Muasir dərs və Fəal təlim.

 


      







 
 




Загрузка...