AzTehsil.com
RU


Kurikulum
03 iyul 2016
35 343


Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR



 

 

Motivasiya zamani buraxılan səhvlər 
Səhv №1. Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir. 
Yadda saxlamaq vacibdir ki, idrak motivasiyasını doğuran mexanizm - problemdir . Heç bir vəchlə adi çalışmanın (bir həll variantı olan) problemlə yəni, müxtəlif fərziyyələri və həll variantlarını doğuran ziddiyyətlə) qarışıq salmaq olmaz. Məhz çalışma və problem arasında bu böyük fərqi görə bilməmək son nəticədə motivasiyanın yaranmasına gətirib çıxarır. 
Səhv №2.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngbərəng şəkil istifadə edir. 
Həvəsləndirici materal şagirdlərdə nə qədər maraq oyatsa da, o yalnız şagirdlərin qeyri-iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir. Hətta çox da cəzbedici olmayan, lakin problem xarakteri daşıyan material cəlbedici görünən, lakin yalnız qeyri-iradi diqqəti şövqləndirən cəlbedici material ilə müqayisədə idrak motivasiyasını daha çox fəallaşdırmağa və bütün dərs ərzində lazımi səviyyədə saxlamağa qabildir. 

Tədqiqat işi zamani buraxılan səhvlər 

Səhv1. Müəllim hələ də belə bir köhnə mif üzrə hərəkət edir ki, fəal təlim və qrup işi eyni şeydir. Bunun da nəticəsində bütün məşğələlər qrup işi formasında keçilir. Əslində isə qrup işi yalnız dərsin keçilməsi formalarından biridir (doğrudur, əsas formasıdır). Dərsin məqsəd və vəzifələrindən, materialın və digər faktorların əhəmiyyət dərəcəsindən asılı olaraq müəllim bütün siniflə birgə, cütlük şəklində, habelə fərdi iş üçün təlim forması seçə bilər. Yadda saxlamaq lazımdır ki, fəal təlim metodunun başlıca mexanizmləri saxlanıldıqda, fəal dərsə xas olan interaktiv xarakter təlimin bütün formalarında təzahür edir. 

Səhv 2. Müəllim problem qoymadan dərhal qrup işini təşkil edir. Qrup işi qarşısında tədqiqat sualının qoyulmaması şagirdləri tamdəyərli və müstəqil tədqiqat işinin həyata keçirilməsi üçün zəruri olan oriyentirdən məhrum edir. Onlar yalnız müəllimin təklif etdiyi çalışmanı yerinə yetirirlər və aydın dərk edə bilmirlər ki, qrup müzakirəsində hansı yeni biliyi hasilə gətirməlidirlər. Bu səhv həmçinin sonrakı qrup müzakirələrinə də öz neqativ təsirini göstərir. 

Səhv 3. Müəllim uşaqları qrup şəklində birləşdirir, lakin onun verdiyi çalışma müxtəlif nöqteyi-nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir, deməli, onları kollektiv müzakirəyə sövq etmir. Nəticədə uşaq çalışmanı müstəqil həll edir. 
Qrup işinin məqsədyönlü xarakter daşıması şagirdlərin işini pozur, belə ki, müzakirə üçün sualdan məhrum olduqlarına görə bir-birləri üçün yalnız əngələ çevirirlər. 

Səhv 4. Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir, yəni: 
yönəldici suallardan istifadə etmir; zəruri informasiya mənbələrini təqdim etmir; tədqiqat işini düzgün qurmur; idrak fəaliyyətini, yaradıcı təxəyyülü şövqləndirmir; şagirdləri psixoloji cəhətdən dəstəkləmir. 
Fəal dərs qarşılıqlı əlaqədə olan faktorlar sistemindən ibarətdir. Fəal dərsin alınması üçün onun bütün mühüm mexanizm və aspektlərindən istifadə edilməlidir.

 

 


Təqdimatın keçirilməsi zamanı səhvlər 

Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur. 
Müəllim, bütün sinfi diqqət dairəsində saxlamalı, çıxış edənlərin fikirlərini, eləcə də digər şagirdlərin dinləmə prosesini izləməyə çalışmalıdır. Bu, müəllimə sinifdə nizam-intizamı qorumağa kömək edər. 

Səhv 2. Müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara dalbadal qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir. Yadda saxlamaq lazımdır ki, hər bir təqdimat şagirdlərin şüurunda iz buraxmalı və bununla da sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə sövq etmək üçün onlara öz fikirlərini sözlə deyil, jestlərin köməyilə ifadə etməyi təklif etmək, bir-iki nəfərə isə təqdim edilmiş informasiyaya əlavələr və düzəlişlər etmək imkanı vermək olar. 

Səhv 3. Təqdimat zamanı qrupun üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar. Bu halda müəllim də arxasını sinfə çevirməyə məcburdur ki, iş vərəqi ilə tanış olsun. Bunun nəticəsində qalan şagirdlərin diqqəti və informasiyanı qavraması pozulur. 

Təqdimat zamanı iş vərəqlərini iştirakçı və müəllim, eləcə də bütün sinif aydın görə bilməlidir. Buna görə vərəqləri əldə tutmaq (iri plakat vərəqələri istisna edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır. 

Səhv 4. Müəllim təqdimata bir növ rəsmiyyət xatirinə qulaq asır, ifadələrin yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini formalaşdırmağa səy göstərmir. 
Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı, həm də informasiyanın daha yaxşı qavranılması, mənimsənilməsi və tərtibi üçün təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir. 

Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir və ya tapılmış faktlara öz münasibətini bildirir. 
Şagirdlərə digər iştirakçıların işləri barədə öz fikir və münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin rolu aparılmış tədqiqat haqqında öz fikrini söyləmək deyil, informasiyanın şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti təmin etməkdən ibarətdir. Bu zaman müəllim keçirilən təqdimatın keyfiyyəti barədə öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradır). 

İnformasiyanın müzakirəsi və təşkili mərhələsində səhvlər 

Səhv 1. Müəllim informasiyanın təşkili üçün öz şəxsi mülahizəsini zorla qəbul etdirir, şagirdlərin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur. Halbuki, bəzən şagirdin nəzərə alınmayan ideyası müəllimin öz ideyasından daha səmərəli və maraqlı olur. 

Mütləq anlamaq lazımdır ki, şagirdlər hansı ideyanı işləyib hazırlayıblar. Əgər, müəllimin fikrincə, bu ideya az səmərəlidirsə, onda yönəldici sualların köməyilə başqa mülahizə yolunu təklif etmək olar. Yox, əgər əksinədirsə, yəni bu ideyada diqqəti çəkən nəsə varsa, onda həllin bu yolunu da müzakirə etməyə imkan vermək lazımdır. İstənilən halda şagirdlərin diqqəti cəlb edən hər bir ideyası qeyd edilməli, mövcud və ya gələcək dərsdə müzakirəyə qoyulmalıdır. 

Səhv 2. Müəllim yönəldici suallardan istifadə edir və bununla da şagirdlərin özlərinin həll yolunu tapmasına imkan vermir. 
Mövcud mərhələnin uğuru bilavasitə müəllimin düzgün fasilitasiyasından və xüsusilə onun təfəkkürü şövqləndirmə qaydalarına riayət etməsindən asılıdır ( bax: fasilitasiya qaydaları). 

Səhv 3. Müəllim diskussiyanın axarını başlı-başına buraxır, onu lazımi məcraya yönəltməyə çalışmır. Nəticədə vaxt itkisinə yol verilir, müzakirə öz başlıca məqsədindən yayınır və, necə deyərlər, kələfin ucu itirilir. 
Fasilitasiyanın mənası yalnız təfəkkürü şövqləndirmək deyil, həm də onu ümumiləşdirməyə yönəltməkdir. Buna görə müəllim müzakirənin gedişini daim nəzarətdə saxlamalı və çalışmalıdır ki, diskussiya verilmiş sual məcrasında aparılsın. 

Səhv 4. Uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir. 
Şagirdlərin əsas fikirlərini xülasə etmək yolu ilə sonrakı ümumiləşdirmə üçün vacib olan əsas ideyaların tam mənzərəsini yaratmaq mümkündür. 

Ümumiləşdirmə mərhələsində səhvlər 

Səhv 1. Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin əvəzinə özü nəticə çıxarır. 
Mövcud halda fəal təlimin başlıca mexanizmlərindən biri pozulur: müəllim şagirdi müstəqil şəkildə həqiqəti kəşf etmək və tədqiqatçı olmaq imkanı və sevincindən məhrum edir. 

Səhv 2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır. 

Dərsin məntiqi strukturunu qoruyub saxlamaq, şagirdlərə kəşf sevincini duymağa imkan vermək, habelə axıra qədər tədqiq edilməmiş və ya bundan sonra baxılmağa ehtiyacı olan məsələləri aşkara çıxarmaq üçün son dərəcə zəruridir. 

biaz.ucoz.net




Загрузка...