AzTehsil.com


Direktor / Müəllim
15 yanvar 2017
22 322


TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI



 

 
Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.

Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində, məktəbi idarəetmə də dəyərlərin və texnolo-giyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu mənada idarəetmə mədəniyyətinə aksioloji, texnoloji və şəxsiyyət-yaradıcı komponentlər daxildir.

Məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir.
 
Pedaqoji sistemləri idarəetmə dəyərləri müxtəlifdir. Onlar aşağıdakılar ola bilər:

1) dəyərlər-məqsədlər. Onlar iyearxiyanın müxtəlif səviyyələrində tam pedaqoji idarəetmənin məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir.
Bu məqsədlərə daxildir:

təhsil sistemini idarəetmə məqsədi;

məktəbi idarəetmə məqsədi;

pedaqoji və şagird kollektivini idarəetmə məqsədi;

 şəxsiyyətin özünütərbiyəsini və özünüinkişafını idarəetmə məqsədi və s.

 Dəyərlər-məqsədlər idarəetmə fəaliyyətinin özünəməxsus tənzimləyicisidir;

2) dəyərlər-biliklər. İdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır. Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarə olunmasının effektiv meyarlarını bilmək və s. daxildir.

3) dəyərlər-münasibətlər. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiy-yətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır;

4) dəyərlər-keyfiyyətlər. İdarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.

Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və priyomlarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaşdı-rılması, təşkili, nəzarət və tənzimləmə sahəsində rəhbərin bacarıqlarına əsaslanır. Direktorun idarəetmə mədəniyyətinin səviyyəsi yuxarıda göstərdiyimiz tipdə olan vəzifələrini həll etmək priyormlarına və qaydalarına yiyələnmək səviyyəsindən asılıdır.

Şəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb göstərir. İdarəetmənin alqoritmik (alqritm-eyni tip vəzifələri həll etmək üçün əməliyyatların həyata keçirilmə ardıcıllığını dəqiq müəyyənləşdirən göstərişlərdir  olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiya-larına yiyələn-dikcə onları yeniləşdirir, onları interpretasiya (özü başa düşdüyü kimi aydınlaşdırmaq) edir. Bu, həm rəhbərin şəxsiyyət xüsusiyyətləri, həm də idarəetmənin obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə fəaliyyətində bir şəxsiyyət, bir rəhbər kimi, bir təşkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir.

Təhsil müəssisələrini rəhbər şəxslərinin funksional vəzifələri ümumtəhsil məktəbinin və ya digər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Təhsil müəssisəsinə rəhbərliyi direktor və onun müavinləri həyata keçirirlər. Təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur.

Ümumtəhsil müəssisəsinin direktoru aşağıdakı funksional vəzifələri yerinə yetirir:

1)təhsil-tərbiyə prosesini planlaşdırır və təşkil edir, onun gedişinə və nəticələrinə nəzarəti həyata keçirir, tədris müəssisəsinin işinin keyfiyyəti və effektliyi üçün cavab verir;

2)dövlət və ictimai orqanlarda tədris müəssisəsinin mənafeyini təmsil edir;


3)sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üçün lazımi şəraiti yaradır;

4)özünün müavinlərini seçir, onların funksional vəzifələrini müəyyən edir, tədris müəssisəsinin pedaqoji kadrlarını yerləşdirir;


5)tədris müəssisəsinin pedaqoji, inzibati, tədris-tərbiyəvi və xidmətçi heyətini işə qəbul edir və işdən azad edir;

6)tədris müəssisəsinə ayrılmış büdcə vəsaitinin müəyyən olunmuş qaydada rasional istifadə olunmasını təşkil edir;


7)tədris müəssisəsinin pedaqoji işçilərinin yaradıcı inkişafı üçün təhsil-tərbiyənin qabaqcıl forma və metodlarını tətbiq etmək, pedaqoji eksperimentlər keçirmək üçün onlara şərait yaradır;

8)təhsili idarəedən müvafiq orqanlar qarşısında öz fəaliyyəti üçün məsuliyyət daşıyır.


Şagird özünüidarəsi, peşəyönümü, valideynlərlə işlə əlaqədar məsələlər məktəb direktorunun diqqət mərkəzində olur.
 
Məktəbdə işlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müavinlərinə həvalə olunur. Bu vəzifələr aşağıdakılardır:
 tədris-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkilatçı,elmi-tədqiqat işi üzrə direktor müavini (bəzi məktəblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən öyrənən siniflər üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini (köməkçisi).

Direktorun tədris-tərbiyə işi üzrə müavini pedaqoji prosesin təşkilinə, təhsil proqramlarının və dövlət təhsil standartlarının yerinə yetirilmə-sinə cavab verir; şagirdlərin biliklərinin keyfiyyətinə və onların davranışına nəzarəti həyata keçirir; müəllimlərin və şagirdlərin tədris yükünü tənzimləyir; tədris məşğələlərinin cədvəlini tərtib edir;məktəbdə metodik işə, pedaqoji innovasiyaların tətbiqinə rəhbərlik edir; müəllimləri pedaqoji mədəniyyətlərini yüksəltdiklərinə görə stimullaşdırır.

Direktorun müavinlərinin vəzifələri məktəbin nizamnaməsində müəyyən olunmuşdur. Bu sənəddə tədristərbiyə üzrə iş bir neçə müavin arasında funksional vəzifələrin bölüşdürülməsi əsaslandırılmışdır.

Direktorun idarəetmə fəaliyyətinin effektliyi məktəbin inzibati aparatında hüquqların və vəzifələrin məqsədəuyğun dəqiq bölüĢdürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə instruktiv və operativ müşavirələr, pedaqoji şuranın iclaslarını keçirir.

Rəhbərlik metodları haqqında məsələ iş üslubu haqqında məsələ ilə sıx bağlıdır. Üslub idarəetmə fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin şəxs üçün daha çox tipik olan metodların məcmuyudur.

İdarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər:

1)avtoritar üslub; 

2) səhlənkar üslub; 

3) demokratik üslub.

 Əlbəttə bu üslublardan hər birinə təmiz halda çox az rast gəlmək olar. Praktikada onların çoxlu çalarları mövcuddur, lakin hər bir rəhbər bu və ya digər üsluba meyl edir.

Avtoritar üslub birinci növbədə inzibati metodlardan geniş istifadə etməyə əsaslanır. Avtokrat rəhbər qərarları təkbaşına, ictimai təşkilatların, tabeliyində olan adamların fikrini nəzərə almadan qəbul edir. O əmrlərə böyük ümid bəsləyir, bütün hakimiyyəti öz əlində toplamağa çalışır.

Çox zaman avtokratik metodlara meyl valyuntarizmə (insan iradəsini əsas amil hesab etmək) və bürokratizm (süründürməçilik), əsassız qərarların qəbul edilməsinə gətirib çıxarır.Əlbəttə avtoritar üslubu «mütləq şər» hesab etmək düzgün olmazdı. Elə situasiyalar olur ki, avtokratik metodları müvəqqəti tədbir kimi tətbiq etmək özünü doğruldur. İşdə olan nöqsanları aradan qaldırmaq üçün qətiyyətli və təxirəsalınmaz tədbirlər görmək lazım gəlir.

 Təşəbbüskarlığı və yaradıcı axtarışları ləngidən avtoritar üslubun elementləri təhsilə rəhbərlikdə məhdud sahədə tətbiq edilə bilər.

Səhlənkar üslub məqsədyönlü və effektli rəhbərlik sisteminin olmaması ilə xarakterizə olunur. Səhlənkar üsluba malik olan rəhbər adətən qəbul etdiyi qərarlar üçün məsluiyyətdən qorxur, geniş kollegiallıq pərdəsi arxasında gizlənməyə çalışır. O lazımi prinsipiallıq və tələbkarlıq göstərə bilmir, əvvəl qəbul etdiyi qərarlardan çox vaxt imtina edir. səhlənkar üslublu rəhbər işə ciddi zərər vurar və aparatın işini bərbad hala sala bilər.

İdarəetmə sistemində ən əlverişli üslub demokratik üslubdur. Bu üslub kollegiallıqla vahid rəhbərliyi düzgün əlaqələndirir, ictimai təşkilat-ların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərar-ların qəbul edilməsində fəal iştirakını nəzərdə tutur.

İdarəetmənin əsas funksiyalarına təhlil və planlaşdırma, təşkiletmə və nəzarət, əlaqələndirmə və stimullaşdırma aiddir.

O.H.Rzayev,S.M.Məmmədov,Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI
 

 






Загрузка...
Həmçinin oxuyun:
RƏHBƏRLİK  ÜÇÜN  XAS  OLAN  3  ƏSAS  ÜSLÜB

RƏHBƏRLİK ÜÇÜN XAS OLAN 3 ƏSAS ÜSLÜB

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti