AzTehsil.com


Sinif rəhbəri / Tədris işləri üzrə dr/müavini / Təsarufat işləri üzrə dr/müavini / Təşkilat işləri üzrə dr/müavini / Direktor
13 sentyabr 2016
18 546


RƏHBƏRLİK ÜÇÜN XAS OLAN 3 ƏSAS ÜSLÜB



RƏHBƏRLİK  ÜÇÜN  XAS  OLAN  3  ƏSAS  ÜSLÜB

 

Idarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər:

1)avtoritar üslub; 2) səhlənkar üslub; 3) demokratik üslub.

 Əlbəttə bu üslublardan hər birinə təmiz halda çox az rast gəlmək olar. Praktikada onların çoxlu çalarları mövcuddur, l akin hər bir rəhbər bu və ya digər üsluba meyl edir.

Avtoritar üslub birinci növbədə inzibati metodlardan geniş  istifadə etməyə əsaslanır. Avtokrat rəhbər qərarları təkbaşına, ictimai təşkilatların, tabeliyində olan adamların fikrini nəzərə almadan qəbul edir. O əmrlərə böyük ümid bəsləyir, bütün hakimiyyəti öz əlində toplamağa çalışır.Çox zaman avtokratik metodlara meyl valyuntarizmə (insan iradəsini əsas amil hesab etmək) və bürokratizm (süründürməçilik), əsassız qərarların qəbul edilməsinə gətirib çıxarır.

Əlbəttə avtoritar üslubu «mütləq şər» hesab etmək düzgün olmazdı. Elə situasiyalar olur ki, avtokratik metodları müvəqqəti tədbir kimi tətbiq etmək özünü doğruldur. İşdə olan nöqsanları aradan qaldırmaq üçün qətiyyətli və təxirəsalınmaz tədbirlər görmək lazım gəlir. Təşəbbüskarlığı və yaradıcı axtarışları ləngidən avtoritar üslubun elementləri təhsilə rəhbərlikdə məhdud sahədə tətbiq edilə bilər.
 
Səhlənkar üslub məqsədyönlü və effektli rəhbərlik sisteminin olmaması ilə xarakterizə olunur. Səhlənkar üsluba malik olan rəhbər adətən qəbul etdiyi qərarlar üçün məsluiyyətdən qorxur, geniş kollegiallıq pərdəsiarxasında gizlənməyə çalışır. O lazımi prinsipiallıq və tələbkarlıq göstərə bilmir, əvvəl qəbul etdiyi qərarlardan çox vaxt imtina edir. səhlənkar üslublu rəhbər işə ciddi zərər vurar və aparatın işini bərbad hala sala bilər.

İdarəetmə sistemində ən əlverişli üslub demokratik üslubdur. Bu üslub kollegiallıqla vahid rəhbərliyi düzgün əlaqələndirir, ictimai təşkilatların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərarların qəbul edilməsində fəal iştirakını nəzərdə tutur.

İdarəetmənin əsas funksiyalarına təhlil və planlaşdırma, təşkiletmə və nəzarət, əlaqələndirmə və stimullaşdırma aiddir.




Загрузка...
Həmçinin oxuyun: