AzTehsil.com


Direktor
31 may 2016
5 498


Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik



Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik
İdarəetmənin əsas faktorlarından biri də rəhbərin nüfuzudur. Rəhbərin nüfuzu onun tutduğu vəzifə, rütbə, ixtisas, elmi dərəcə və s. üstünlüyündən, sosial statusundan və ya mənəvi ləyaqətindən düzgün istifadə etməsi sayəsində formalaşır.Nüfuz rəhbərin kollektivə təsirinin ən mühüm vasitəsidir. O rəhbərə olan yüksək inamı möhkəmləndirir və rəhbərin göstərişlərinin təsirliyini yüksəldir. Nüfuzun möhkəmləndirilməsinə bir çox amillər təsir edir. Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Bunların ən mühümləri aşağıdakılardır:
  •  məhəbbət və nüfuz işə həvəslə, sədaqətlə yanaşmağa və münasibətlərdə xeyirxah olmağa kömək edir.
  • saflıq rəhbərin nüfuzunun ən mühüm dayaqlarından biridir.
  •  lider öz nəzəri biliklərini daima tamamlamalı, zənginləşdirməli və başqasının təcrübəsini öyrənməlidir.
  •  rəhbər qəbul etməlidir ki, o öz işçiləri üçün etalondur, onu qiymətləndirirlər və ondan nümunə götürürlər.
  •  şəxsiyyət prinsipial davranışdan və mülahizələrində sərbəst olmaqdan başlanır.
  •  humanistlik rəhbərin və kollektivin nüfuzunu möhkəmləndirmək üçün təsirli vasitədir.
  •  rəhbər zəruri qətiyyətə malik olmalıdır və lazım olduqda "yox” deməyi bacarmalıdır.
  •  müvəffəqiyyətin əsası qələbəyə inamdır. Rəhbər özü buna inanmalıdır və tabeçiliyində olanların qələbəyə olan hisslərini coşdurmalıdır.
  •  rəhbər inciməməlidir o təhlil etməlidir.
  • nəzakət və dözüm rəhbərin nüfuzunu daha da yüksəldir.
  •  rəhbər səliqəli geyinməli, lakin moda dalınca qaçmamalıdır.
Rəhbərin mühüm vəzifələrindən biri də qərarların qəbul edilməsidir. Bu işdə liderdən xüsusilə müdriklik tələb olunur. Hadisəni dərindən dərk etmək və tabeçilikdə olanları incəliklə başa düşmək bu işdə mühüm istiqamətdir. Qərarların qəbul edilməsində müdrikliyin əsasını aşağıdakı on məsləhət təşkil edir:
  •  Birinci növbədə son məqsəd müəyyən edilməli, sonra məsələ qarşıya qoyulmalı və həll edilməlidir.
  •  Rəhbərin müdrikliyi onun qəbul etdiyi səhv qərardan imtina etmək bacarığında özünü göstərir.
  •  Rəhbər tabeçiliyində olan və rəğbət bəslədiyi əməkdaşların təkliflərini qiymətləndirərkən obyektivliyə əməl etməlidir.
  •  Doğru olmayan informasiyadan çəkinin, çünki o nəinki anlaşılmazlıq yaradır, həm də səhv qərar qəbul edilməsinə gətirib çıxara bilər.
  •  Günahlandırmaq istədiyiniz adamın öz fikrini eşitmədən, bilmədən onu və heç kimi günahlandırmaq olmaz.
  •  Bütün qərarlar iqtisadi cəhətdən əsaslandırılmalıdır.
  •  Şablondan çəkinin, yaxşı fikirləşib yenisini tapın, işgüzar riskdən istifadə edin.
  •  İcraçılara dərhal çoxlu tapşırıqların verməsi yol verilməzdir, əgər bütün tapşırıqlar verilmişdirsə, onun icra müddəti və ardıcıllığı müəyyənləşdirilməlidir.
  •  Təklikdə qərar qəbul etmək olmaz. Onları yalnız kollektivdə deyil, kənar şəxslərlə müzakirə etmək məqsə-dəuyğundur.
  •  Qərar qəbul edərkən oxşar qərar tapmaq son dərəcə vacibdir. Bu işdə artıqmövcud olan təcrübədən istifadə etmək olar. Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik
Rəhbər problemin mahiyyətini nə qədər tez tuta bilsə və meydana gəlmiş suallara düzgün cavab verərsə, hər bir işçi üçün tapşırığı dəqiq müəyyən edərsə, həm özünün,həm də başqalarının vaxtını qiymətləndirə bilirsə, müşavirənin səmərəliliyi daha
yüksək olur. Qərarın birgə axtarılmasının mühüm üsullarından biri işgüzar söhbətdir.Rəhbər işgüzar söhbət aparmağı və bu zaman qərarın qəbul edilməsinə və həyata keçirilməsinə təsir edən psixoloji amillərdən istifadə etməyi bacarmalıdır. İşgüzar
söhbətdə qərarın müvəffəqiyyətlə qəbul edilməsinə aşağıdakı tövsiyələr kömək edə bilər  
  •  qarşı tərəfi axıra qədər diqqətlə dinləyin; bu, təkcə diqqət nişanəsi deyil, həm də peşəkarlıq zərurətidir;
  •  tabeçiliyinizdə olanı həmişə inandırmağa çalışın;
  •  anlaşılmayan və düzgün olmayan fikirlərdən çəkinmək lazımdır;
  •  fikirlər, sadə, aydın, əyani, sistemləşdirilmiş, yığcam və anlaşıqlı olmalıdır;
  •  tabeçilikdə olanın şəxsiyyətinə hörmət edin;
  •  nəzakətli, mehriban və diplomat olun. Zəruri hallarda dönməz, soyuqqanlı olmağı unutmayın;
  •  hər vasitə ilə çalışın ki, qarşı tərəf sizin təklifinizi daha asan qavrasın.
Tədqiqatlardan aydın olur ki, nüfuz sosial-psixoloji hadisə kimi ikili xarakter dasıyır. Buraya xidməti nüfuz və liderlik nüfuzu daxildir. Xidməti nüfuz vəzifə gücünə (elmi dərəcə, ixtisas, rütbə və s.), sosial statusa əsaslanan nüfuzdur. Liderlik keyfiyyətlərə əsaslanan nüfuzdur. Deməli, nüfuzun mənbəyi yalnız vəzifə deyil, həm də insani keyfiyyətlərdən ibarətdir. Rəhbərin şəxsi və işgüzar keyfiyyətləri bir-biri ilə əlaqədardır. Rəhbərin fərdi keyfiyyəti özünə mənəvi, etik və psixoloji xüsusiyyətləri daxil edir. Hər bir keyfiyyətin öz növbəsində konkret məzmunu vardır.Rəhbər mütləq xidməti nüfuzunu liderlik nüfuzu ilə möhkəmlətməli və tamam lamalıdır.O, peşə bilikləri, insan və kollektivlərə psixoloji cəhətdən təsir edən metodlar əsasında rəhbərlik etməli, inam mənbəyi olmalı və əhval-ruhiyyəni yüksəltməlidir.Belə bir rəhbər, eyni zamanda, lideridir
Rzayev Zahid Hüseyn oğlu, Rzayev Pərviz Qafar oğlu



Загрузка...
Həmçinin oxuyun:
Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...