AzTehsil.com


Direktor
12 iyul 2016
55 347


İDARƏETMƏ METODLARI



 

İDARƏETMƏ METODLARI

Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir. 
     İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır:
    1) İqtisadi metod.   
    2) Inzibati-sərəncam metodu.
    3) Sosial-psixoloji metod.
 1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəflərinə − istehsalın təşkilinə və onun  nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək  qabiliyyətinin yüksəldilməsinə yönəldilir. Buna görə də   bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.

 

İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur:
1) Kommersiya hesabı;
2) Təsərrüfat daxili hesablaşmalar;
Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi əlaqələrini, münasibətlərini, hesablaşmalarını əhatə edir.
Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında (məsələn, istehsal, satış, marketinq, təchizat şöbələri, sexlər,  anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları əhatə edir.
                  
İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bölüşdürülməsi, firmanının iqtisadi inkişaf istiqamətlərinin düzgün seçilməsi, planlaşdırma və iqtisadi təhlilin elmi səviyyəsinin yüksəldilməsi  üçün böyük əhəmiyyəti vardır.
2) İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun  həyata keçirilməsi olduqca vacib və əhəmiyyətli məsələlərdən biridir.İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına,  əmək qanunvericiliyinə, habelə sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və aktları pozan sahibkarlar və mütəxəssislər məsuliyyət daşıyırlar.
İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar.

 

Normativ-sərəncam metodu iki təsir metoduna ayrılır:
1) İnzibati-təsir metodu;
2) Sərəncam-təsir metodu;
İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır  və təkmilləşdirilir.
  İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır.
Beləliklə, inzibati-təsir metodunun başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a)idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;
b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;
c) müvafiq qanunların və  normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə tətbiq edilməsi;
d)  bu və ya digər situasiyaların eyni qaydalı həlli;
e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə müstəqim təsir edə bilməsi;
İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranışında ədalətli və nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.
İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsusiyyətlərini fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçirilməsi, şöbələrin əsasnamələrinin hazırlanması, müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili nizam-intizam qaydalarının müəyyən edilməsi başa düşülür.
Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrasının təlimatlarının hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə,  qanun və normativ sənədlərlə təlimatlandırılması və s. ilə əlaqədardır.
Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə əlaqədardır. 
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.
Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir. Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun tətbiqi olmadan yerinə yetirilə bilməz.  

 

3)  Sosial-psixoloji metod.Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir. Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək vasitəsidir.
Sosial-psixoloji metod 2 cür təsnifləşdirilir: 
1)        Sosial metod.
2)        Psixoloji metod.
  
Psixoloji metod özü aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektivin siyasi, ideoloji və mənəvi tərbiyələndirilməsi;
2) Kollektiv ənənələrinin və adətlərinin qorunması və inkişaf etdirilməsi;
3) Kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması;
4) Kollektiv üçün mədəni, kütləvi tədbirlərin keçirilməsi;
5) Fərdi qabiliyyət və peşəkarlığın qiymətləndirilməsi;
Sosial metod isə aşağıdakı kimi təsnifləşdirilir:
1)    Kollektiv sosial inkişafının planlaşdırılması;
2)    Maddi yardımların göstərilməsi;
3)    Maddi həvəsləndirmənin həyata keçirilməsi; 
Sosial metod müəssisədə sosial inkişafı nəzərdə tutmaqla idarəetmənin həyata keçirilməsini tələb edir. Sosial inkişaf işçinin təmin olunması, onun sosial qayğısına qalmaq, həyat səviyyəsini yüksəltmək prosesini əhatə edir
Psixiloji üsul  fərdlərin, qrupun və kollektivin psixologiyasına təsir etməklə idarəetmə fəaliyyətinin həyata keçirilməsidir. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında birgə fəaliyyətin və digər münasibətlərin tənzimlənməsinə yönəldilir. Psixoloji metod aşağıdakı tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Psixoloji metod kadrların seçilməsinə, yerləşdirilməsinə, əməyin elmi təşkilinə yönəldilməklə, onların savadını, qabiliyyətini, davranışını, intellektual səviyyəsini, intizamını, mədəniyyətini, qətiyyətini və digər xüsusiyyətlərini nəzərə alır və fərqləndirir.     



Загрузка...
Həmçinin oxuyun:
Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

Təhsilin məzmunu

Təhsilin məzmunu

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Tərbiyənin metodları

Tərbiyənin metodları

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid