Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o pedaqoji fəaliyyətlərə müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən məsuliyyət daşıyır. Müəllimlik işi insan fəaliiyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və bacarıqları tətbiq etmək istiqamətini göstərməkdir. Əlbəttə, pedaqoji fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlim, təhsil, tərbiyəsi, inkişafı v ə formalaşması təşkil edir. Bu istiqamətlərib hər birində müəllim çoxlu konkret işlər görür. Amma bütün bu işlərin kökünə baxanda məlum olur ki,müəllimin başlıca funksiyası təlim,tərbiyə,təhsil,inkişaf,formalaşma proseslərini idarə etməkdir. O, özünün bu başlıca funksiyasını nə qədər dərindən başa düşsə,öz şagirdlərinə bir o qədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər.
Hələ vaxtı ilə Sokrat peşəkar pedaqoqları "fikrin mamaçaları” adlandırmışdır.Savadlı müəllim şagirdə hazır bilikləri verməməli,onun başında fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir.
Müəllim əməyinin səciyyvi xüsusiyyətləri və özünəməxsusluğu nədədir ? Tədqiqatçılar bununla bağlı onlarla model fikirləşmiş və həyata keçirmişlər. Bu modelərdən biri pedaqoji idarətməni müəllimin başlıca funksiyası hesab edir. İdarəetmə funksiyasını konkretləşdirmək üçün "pedaqoji layihə” anlayışından istifadə olunur. Bu anlayış aıtında düşünülmüş və axıra qədər yerinə yetirilmiş hər hansı bir iş başa düşülür. Məsələn, viktorina, olimpiada, məktəb bayramı və ekoloji ekspedisiyanın təşkili belə bir iş ola bilər. Bütün bu işləri pedaqoq idarə etməlidir. Səhv nə qədər az olsa,işin sıəmərəsi bir o qədər yüksək olar.
Pedaqoqun birinci funksiyası layihənin ilkin mərhələsi ilə bağlıdır. Bu mərhələdə qarşıya məqsəd qoyulur. Məlumdur ki, məqsəd pedaqoji fəaliyyətin əsas amilidir. Məqsəd müəllimin və onun şagirdlərinin əməyini ümumi nəticicəyə nail olmağa doğru istiqamətləndirir.Təlim prosesinin idarə olunması, hər şeydən əvvəl şagirdlərin əməyini ümumi nəticəyə nail olmağa doğru istiqamətləndirir. Təlim prosesinin idarə olunması hər şeydən əvvəl, şagirdlərin hazırlıq səviyyəsinə, imkanlar-ına,tərbiyəliyinə, inkişafına əsaslanır.Buna diaqnostlaşdırma (yunan sözüdür,aydınlaşdırmaq deməkdir ) yolu ilə nail olunur. Məktəblilərin fiziki və psixi xüsusiyyətlərinin inkişafını, onların əqli hazırlıq və əxlaqı tərbiyəlilik səviyyəsini, sinifdə və ailədə tərbiyə şəraitini bilmədən məqsədi düzgün müəyyənləşdirmək,ona nail olmaq üçün vəsitələri seçmək olmaz.
Diaqnostlaşdırma proqnozlaşdırma (yunan sözüdür,qabaqcadan görmək mənasını verir ) ilə qırılmaz surətdə həyata keçirilir. Bu konkret şəraitdə müəllimin öz işinin nəticələrini qabaqcadan görmək bacarığında özünü göstərir. Buna əsaslanaraq o, öz fəaliyyətinin strategiyasını müəyyənləşdirir, müəyyən olunmuş kəmiyyətdə və keyfiyyətdə pedaqoji məhsulun alınması imkanlarını qiymətləndiri.
Müəllimin lahiyələşdirici funksiyası gələcək fəaliyyətin modelini qurmaqdan,müəyyən olunmuş şəraitdə seçməkdən ibarətdir.
Diaqnoz, proqnoz, layihə təlim-tərbiyə fəaliyyətinin planını işləyib hazırlamaq üçen əsas olur. Bununlada pedaqoji prosesin hazırlıq mərhələsi başa çatır. Peşəkar müəllimin bütün detalları düşünülmüş, dəqiqləşdirilmiş planı olmasa,sinfə girməyi özünə rəva bilməz. Planın həcmi vacib deyil, ən başlıcası onun olmasıdır.
Müəllimin təşkilatçılıq funksiyası əsas etibarilə şagirdləri nəzərdə tutulan işə cəlb etməklə, məqsədə nail olmaq üçün onlarla əməkdaşlıq etməklə bağlıdır.
İnformasiya vermə funksiyasının mahiyyəti elə adından bəllidir. Müəllim şagirdlər üçün başlıca informasıya mənbəyidir. O, çəx şeyi – öz fənnini, onun tədrisi metodikasını, pedaqogikanı , psixologiyanı bilir.
Nəzarətetmə, qiymətləndirmə, və korreksiya funksiyaları bəzən birləşir. Bu pedaqiji prosesi müəllimə lazımdır. Nəzarəti həyata keçirən, bilikləri qiymətləndirən zaman şagirdlərin təkcə nailiyyətinin yox, həm də uğursuzluğunun səbəbləri aydın olur. Toplanılan informasıya prosesə düzəliş etməyə, ona təsirli stimullar daxil etməyə, səmərəli vasitələrdən istifadə etməyə imkan verir.
Müəllim analitik funksiyanıhər hansı bir pedaqoji layihənin son mərhələsində yerinə yetirir. Müəllim başa çatan işi təhlil edir,onun səmərəliliyini müəyyənləşdirir. Əgər göstərici nəzərdən tutulduğundan azdırsa, gələcəkdə bu geriliyi doğuran səbəbləri aradan qaldırmaq üçün yollar axtarılır.
Müəllimin yerinə yetirdiyi funksiyaların çoxluğu onun əməyinə bir çox ixtisasların komponentlərini daxil edir. Bunlara aktyorluq, rejissorluq və mencerlik, tədqiqatçılıq və seleksioner ixtisasları daxildir.
Müəllim peşəsi yer üzərindı ən qibtə olunmalı peşədir. Nə qədər ki, cəmiyyət var müəllim olacaqdır. Dünyada yaşayan hər bir insanın taleyi az da olsa müəllimin əlində olmuşdur. Həyatımızda işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik , xeyirxahlıq, qardaşlıq, bəşəriyyətin təmənnasız xidmətçisi olan müəllimdən gəlir.
Müəllim xüsusi peşə və ictima funksiyaları onun şəxsiyyətinə əxlaqi simasına yüksək tələblər veriri. Müəllimə verilən tələblər pedaqoji fəaliyyətin mevəffəqiyətini müəyyən edən peşə keyfiyyətlərinin imperativ (qeyri-şərtsiz) sistemidir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, praktik pedaqoji fəaliyyətin ancaq yarısı rasional texnologiya üzərində qurulmuşdur. Ona görə də meəllimə verilən başlıca tələb onun pedaqoji qabiliyyətlərə malik olmasıdır. Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfittətləridir. Onlar uşaqlarla işləməyə meyldə, uşaqlaram məhəbbətdə, onlarla ensiyyətdən həzz almaqda özünü göstərir.
Pedaqoji qabiliyyətlər yeddi qrupa ayrılır :
1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
2. Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
3. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
4. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
5. Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
6. Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığın-da özünü göstərir.
7. Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində "aparıcı” və "köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
Əlbəttə, ideal pedaqoji fəaliyyətlə istedadlı və qabiliyyətli adamlar məşğul olmalıdır. Pedaqoji peşə kütləvi olduğundan istənilən qədər istedadlı və qabiliyyətli müəllim tapmaq çətindir. Ona görədə məsələyə bir qədər başqa prizmadan yanaşmaq lazımdır. Bir çox mütəxəsislər belə hesab edirlər ki, insan parlaq, nəzərə çarpan qabiliyyətlərə malik olmasa da, bir çox vacib peşə keyfiyyətlərini əməksevərlilik, doğruçuluq, vəzifələrinə ciddi münasibət, öz üzərində daim işləmək hesabına kompensasiya edə bilər.
Müəllim mühüm peşə keyfiyyətlərinə aşağıdakılar daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya məqsəd qoymaq və ona nail olmaq yolunu seçməyi bacarmaq, mütəşəkkillik, qətiyyətlilik, əzmkarlıq, öz peşə səviyyəsini, əməyinin keyfiyyətini sistematik və planauyğun yüksəltmək və s.
Müəllim üçün ən vacib keyfiyyətlər humanizimdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu münasibət konkret işlərdə və hərəkətlərdə öz ifadəsini tapır. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, tələbkarıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s ibarətdir.
Müəllim həmişə fəal, yaradıcı şəxsiyyətdir.Sinif və uşaq kollektivi kimi mürəkkəb orqanizmə pedaqoji rəhbərliyi həyata keçirmək üçün müəllim inadlı,qətiyyətli olmaklı, hər hansı bir situasiyanı müstəqil həll etməyə hazır olmalıdır. Dözümlülük, özünü ələ ala bilmək müəllim peşəsi üçün zəruri olan keyfiyyətlərdəndir. Peşəsində öz aparıcı mövqeyini saxlamağı bacarmalıdır.
Ədalətlilik müəllimin peşə keyfiyyətlərinin ayrılmaz hissəsidir. Müəllim sistematik olaraq şagirdlərin bilik,bacarıq və hərəkətlərini qiymətləndirməlidir. Ona görə də onun qiymətləndirmə ilə bağlı mühakimələri, fikirləri məktəblilərin inkişaf səviyyəsinə uyğun gəlməlidir. Şagirdlər müəllimin obyektivliyi haqqında bunlara görə fikir yürüdürlər. Heç bir şey obyektiv olmaq bacarığı qədər müəllimin əxlaqı nüfuzunu möhkəmləndirə bilmir. Müəllimin qərəzçiliyi, subyektivliyi təhsil-tərbiyə işinə çox zərər vurur.
Müəllim tələbkar olmalıdır. Bu, onun müvəffəqiyyətli işinin mühüm şərtidir. Müəllim ilk növbədə özünə yüksək tələblər verməlidir, çünki özündə olmayan şeyi başqasından tələb etmək olmaz. Pedaqoji tələbkarlıq ağlabatan olmalı, inkişaf edən şəxsiyyətin imkanlarını nəzərə almalıdır.
Müəllimin yumor hissi pedaqoji prosesdə mövcud ola bilən güclü gərginliyi neytrallaşdırır. Deyirlər ki, şən müəllim qaraqabaq müəlliməyə nisbətən daha yaxşı öyrədir. Bu, sinifdə nisbətən emosional fon yaratmağa kömək edir.
Pedaqoji takt haqqında xüsusi danışmaq lazımdır. Pedaqoji takt xüsusi bacarıq növü olub, şagirdlərlə ünsiyyətdə müəyyən hədlərə riayət etmək deməkdir. Takt tərbiyəçinin, müəllimin ağlını, hisslərinin və ümumi mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktdın özəlliyidir. Şagirdləri başa düşmək müəllimə qeyri – taktiki hərəkətlərə yol verməyə imkan vermir, konkret situasiyada optimal təsir vasitələri seşməyə kömək edir. Müəllim təkcə biliklərdə öz əksini tapan ideyalarla tərbiyə tmir, o, həm də ideyaları sinfə ncə çatdırması ilə tərbiyə edir.Təlimdə təkcə ağıllılar bir- birinə təsir etmir, həm də, müəllimin qəlbi şagirdin qəlbi ilə təmasda olur.
Şagirdin tədris fənni ilə görüşünün taleyi xeyli dərəcədə müəllim-şagird sistemində münasibətlərin quruımasından asılıdır. Bu bir faktırki, riyaziyyat müəlliminə böyük rəğbət, məhəbbət olmasa , riyaziyyatı sevmək olmaz. Ədəbiyyat müəllimini başa düşmədən incəsənəti sevmək mümkün deyil.
Müəllimlikdə şəxsi keyfiyyətlərlə peşə keyfiyyətləri vəhdət təşkil edir. Peşə keyfiyyətlərinə tədris etdityi fənni, onun tədrisi metodikasını bilmək, psixoloji hazırlıq. Ümumi erudisiya, geniş mədəni səviyyə, pedaqoji ustalıq, pedaqoji əmək və ünsiyyət texnologiyasına yiyələnmək, təşkilatçılıq bacarıq və vərdişləri, pedaqoji takt, pedaqoji texnika, natiqlik məharəti və başqa keyfiyyətlər daxildir.
Elmə aludə olmaq müəllimin mühüm keyfiyyətidir. Elmə marq müəllimə öz fənninə hörmət hissini formalaşdırmağa, elmi mədəniyyətini qoruyub saxlamağa, öz elinin bəşər inkişafının ümumi prosesləri ilə əlaqəsini şagirdlərə göstərməyə və görməyi öyrətməyə kömək edir.
Öz peşakar əməyinə məhəbbət elə keyfiyyətdir ki, onsuz olmaq mümkün deyil. Müasir müəllimin şəxsiyyəti bir çox halda onu erudisiyasını, yüksək mədəni səviyyəsi ilə müəyyən olunur. Müasir dünyadan sərbəst baş çıxarmaq istəyən şəxs çox şeyi bilməlidir. Erusisiyalı pedaqoq yüksək şəxsi mədəniyyətin daşıyıcısı olmalıdır.
Müəllimin ilk professioqramı XX əsrin 20-30-cu, yenisi isə 80-cl illərində qəbul olunmuşdur.Həmin professioqramları müqaisə edəndə məlim olurki. Meəllimə verilən bəzi tələblər yox olmuş, yeniləri meydana gəlmişdir. Yox olan keyfiyyətlər içərisində "möhkəm sağlamlıq”da vardır. Soruşula bilər: məgər müasir müəllimə sağlamlıq lazım deyil ?
Hər il min nəfər birinci kurs tələbəsi ilə aparılan sorğu göstərirki, onları 85 faizə qədəri birinci yeri müəllimin ədalətlilik keyfiyyətinə, ikinci yeri tələbkarlıq keyfiyyətinə, üçüncu yeri isə öz fənnini bilməyə verirlər. 20 keyfiyyət içəisində birinci 10 yeri aşağıdakı keyfiyyətlər tutmuşdur : ədalətlilik, tələbkarlıq, öz fənnini bilmək, xeyirxahlıq, şagirdlərə etibar etmək, nəzarətlilik, təvəzökarlıq, diqqətlilik, mütəşəkkillik, əxlaqı saflıq.
Səciyyəvi haldırki, şagirdlərin qəlbində yaranan müəllim obrazı daimi qalmır, şagirdlər sinfə keçdikcə o dəyişir. İbtidai məktəbdə müəllim idealdır, onun tələbləri qanundur. Əfsus, müəllimin ideallaşdırılması çox sürmür və azalma meyli müşahidə olunur.
Tədqiqatlar göstərirki, əsl istedadlı müəllimlər 12 faizdən çox deyil. Müəllimlərin əsas kütləsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş ustalardır. Vaxtı ilə pedaqoji ədəbiyyatda pedaqoqun keyfiyyətləri haqqında söhbət gedərkən onun qayğıkeş, xeyir xah, uşaqları sevən, qəlbi məhəbbətlə dolu olan insan olması arzu olunurdu.
Müəllmin əməyinin belə qeyri-işgüzar və sentimental yanaşma A.S.Makarenkonun hiddətləndirirdi. O, belə hesab edirdi ki, "müəllim qəlbi” şagirdlərə münasibətin daxili tənzimləyicisi kimi istifadə oluna bilməz. A,S.Makerenkonun fikrincə "xeyirxah qəlblər sistemi” uşaqların rəğbətini qazanmaq. "ən çox sevilən müəllim " titulunu almaq uğrunda mübarizəyə gətirib çıxarır. O,müəllimə istehsalat mövqeyindən yanaşmağı, ona əmək , zəhmət adamı, fəhlə kimi baxmağa çağırır.
Müəllimin başlıca silahı sözdür. Bundan başqa, onun ehtiyatında xeyli qeyri-vebal (nitqsiz ) ünsiyyət vasitəsiləri də vardr.
1. Ekspressiv – mənalı hərəkətlər. Ekspressiv-mənalı hərəkətlər müəllimin davranışının görmə orqanı vasitəsilə qavranılmasıdır.Burada duruş, mimika, əl-qol hərəkətləri, baxış yeriş xüsusi rol oynayır.
2. Prosodika və ekstralinqvistika ( informasıya,səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək ). Səsin xarakteristikaları prosodik (nitqdə vuröulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sistemi ) və ekstralinqvistik ( linqvistikadan kənar ) hadisələrə daxildir. Şövq, ruh yüksəkliyi,sevinc və narazılıq adətən yüksək səslə, nifrət, qorxu kifayət qədər yüksək, qəm qüssə, yorğunluq adətən batıq səslə verilir.
3. Takesik ünsiyyət vasitələri. Başı sığallama, toxunma, əl-ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aidddir.
4. Proksemik vasitələr. Bunlara təlim zamanı müəllim və şagirdlərin oriyenasiyası və onlar arasında distansiya aiddir.
Pedaqoji distansiyanın normaları aşağıdakı məsafələr kimi müəyyən olunmuşdur:
1)müəllimin şagirdlərlə fərdi ünsiyyəti – 45-dən 120sm-dək;
2)sinifdə şagirdlərlə rəsmi ünsiyyət – 120-400sm; 400-750sm.
Ünsiyyət distansiyasının müntəzəm dəyişməsi pedaqoji əməyin xüsusiyyətidir. Bu müəllimdən dəyişən şəraitə dəfələrlə uyğunlaşmağı tələb edir.