TEST 1
1. "Kurikulum” sözünün lüğəti mənası nə deməkdir:
A) Təhsil, fənn
B) Təhsil pilləsi, təhsil proqramları
C) Konsepsiya, əmr
D) Yol, istiqamət
2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası neçənci ildə təsdiq edilmişdir?
A) 19 iyun 2010-cu il
B) 24 oktyabr 2013-cü il
C) 5 iyun 2006-cı il
D) 19 iyun 2009-cu il.
3. Strategiya ilə oxuyan oxucu məqsədləri müəyyənləşdirərkən əsasən hansı üsuldan istifadə edir?
A) Ziqzaq
B) Karusel
C) BİBÖ
D) Akvarium
4. Hansı əsas standartın funksiyasına aid deyil?
A) 2 rəqəmlə ifadə olunur
B) Əsasən dəyişməzdir
C) Daim siniflər üzrə dəyişir
D) Təlim üzrə müəyyən olunan təlim nəticələrinin məzmun xətləri üzrə ifadə edir.
5. "Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir” fikri biliyin hansı növünə aiddir?
A) Deklarotiv
B) Prosedural
C) Kontekstual
D) İdraki
6. Hansı təlimin təşkilinə verilən əsas tələblərə aid deyil?
A) Pedaqoji prosesin tamlığı
B) Şagirdyönümlülük
C) İnkişafyönümlülük
D) Tələbyönümlülük
7. Prespektiv planlaşdırmada aşağıdakılardan hansı göstərilmir?
A) Mövzu
B) Məqsəd
C) Tarix
D) İnteqrasiya
8. Hansı fəal dərsin mərhələlərinə aid deyil?
A) Məlumatın mübadiləsi
B) Nəticə və ümumiləçdirmə
C) Yeni dərsin izahı
D) Qiymətləndirmə və refleksiya
9. Holistik sözünün latınca mənası nədir?
A) Yarımçıq, xüsusi
B) Ləng, asta
C) Ümumi, bütöv, tam
D) Xüsusi, bütöv
10. Analitik qiymətləndirmə necə qiymətləndirmədir?
A) Sürətli
B) Uzunmüddətli
C) Gözəyarı
D) Şifahi
11. Əgər şagird I yarımillikdə "5”, II yarımillikdə "2” qiymət alarsa ona illik qiymət neçə yazılmalıdır?
A) 3
B) 2
C) 5
D) 4
12. Hansılar iş üsuludur?
A) Qruplarla iş, fərdi iş, BİBÖ
B) Beyin həmləsi, Venn diaqramı, rollu oyun
C) Cütlərlə iş, akvarium, ziq-zaq
D) Klaster, kollektiv iş, qərarlar ağacı
13. Fəal təlimin xüsusiyyətlərinə aid olmayanları seçin.
A) Təfəkkürə əsaslanır, dialoji təlim, şagirdlər fəaldır
B) Şagirdlər yeni bilikləri tədqiqat zamanı dərk edir, dialoji təlim
C) Hafizəyə əsaslanır, monoloji təlim, müəllim əsas bilik mənbəyi kimi
D) Dialoji təlim, şagirdlər passivdir
14. Hansı banddə verilənlər fasilitasiya qaydalarına aiddir.
A) Dərsin təşkili qaydaları
B) Psixoloji dəstəkləmənin qaydaları
C) Monoloji təlimin qaydaları
D) Hafizəyə əsaslanan biliyin tədrisi qaydaları
15. Fənn kurikulumunun səciyyəvi xüsusiyyətləri hansılardır?
A) Nəticəyönümlülük
B) Fənyönümlülük
C) Müəllimyönümlülük
D) Təklifyönümlülük
16. Hansı xüsusiyyət fərdi iş formasının müsbət cəhətinə aiddir?
A) Şagirdlərin daha yaxından əməkdaşlıq etməsini təmin etmək
B) Bir şagirdi mükəmməl öyrətmək
C) Vaxt itkisinə yol verməmək
D) Şagirdlərin fəaliyyətini öndə saxlamaq
17. Hansı bənddə verilənlər rubrikin növləridir?
A) Müşahidə, layihə
B) Koqnitiv, affektiv
C) Psixomotor, idraki
D) Holistik, analitik
18. Aşağıdakılardan hansı idrak taksonomiyasının səviyyələrinə aid deyil.
A) Analiz
B) Dəyərləndirmə
C) Müqayisə etmə
D) Anlama
19. Gündəlik planlaşmada qeyd olunmayan hansıdır?
A) Dərsin mərhələləri
B) Tədris vahidi
C) İş üsulları
D) Resurslar
20. Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə istiqaməti hansıdır?
A) Beynəlxalq qiymətləndirmə
B) Milli qiymətləndirmə
C) Məktəbdaxili qiymətləndirmə
D) Dioqnostik qiymətləndirmə
21. Fəal dərsin neçə mərhələsi var?
A) 5
B) 4
C) 7
D) 8
22. Qrupda diskusiyanın təşkili, fəallaşma, səmərəli yönəltmə nə adlanır?
A) Fəal prosesin məqsədi
B) Fasilitasiya prosesi
C) Dərsin motivasiya mərhələsi
D) Təlim üsulu
23. Verilənlərdən hansı açıq sualdır?
A) Nə
B) Nə vaxt
C) Niyə
D) Nə zaman
24. Ayrı-ayrı fənlər üzrə bilik, bacarıq, vərdiş və mövzuların ardıcıllığını, həmin mövzulara, bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədi hansıdır?
A) Fənn kurikulumu
B) Fənn proqramı
C) Taksonomiyalar
D) Milli kurikulum
25. Uyğunluğu müəyyən edin.
1. Şagirdin mövqeyi
2. Müəllim mövqeyi
3. İnteraktiv iş formaları
a) "kəşf edən”, "tədqiqatçı”
b) "bələdçi”, "aparıcı”
c) cütlüklərlə iş
A) 1a, 2b, 3c
B) 1b, 2a, 3c
C) 1b, 2c, 3a
D) 1c, 2a, 3b
HƏMKARA DƏSTƏK I kitabından