Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ
Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.
Məktəbdaxili qiymətləndirmənin üç növü var: 1. Diaqnostik2. Formativ 3. Summativ
Diaqnostik:Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Məktəbdaxili qiymətləndirmənin bu növünün əhəmiyyəti ondan ibarətdir ki, şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Eləcə də, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.Diaqnostik qiymətləndirmənin müxtəlif metodları mövcuddur ki, bu səhifədə siz onlardan bəzi nümunələrlə tanış ola bilərsiniz:
• Müsahibə
• Söhbət
• Müşahidə
• Tapşırıqlar
• Valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
Formativ:Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır və şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir. Formativ qiymətləndirmənin aşağıdakı üsullrı var:
• Şagirdlərin şifahi cavabları
• Şagirdlərin yazı işləri
• Test tapşırıqları
Summativ:Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymərləndirmənin üç növü var: şifahi təqdimatlar, testlər və nailiyyətlərin nümayişi.


Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Kurikuluma dair 25 maraqlı TEST

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Zamanın tələbi: “Həmkara dəstək”

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Müasir təlimin 7 prinsipi

Təhsilin məzmunu