AzTehsil.com


Xəbərlər
21 iyun 2017
3 268


“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi



 


İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bugünkü konfrans universitetin keçirdiyi respublika və beynəlxalq miqyaslı konfranslar silsiləsinə daxildir. Konfrans ADPU üçün mühüm və məsuliyyətli bir dövrdə keçirilir. Hazırda ADPU-da yaz semestrinin imtahan sessiyası davam edir. Eyni zamanda kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə, eləcə də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının 3 mərhələdən ibarət attestasiyası yekunlaşma mərhələsindədir. Şəffaf və obyektiv keçirilən müsabiqənin və attestasiyanın əsas məqsədi yüksək bilik və peşəkarlığa malik müəllimləri və mütəxəssisləri işə cəlb etməkdir.
 

 

Müsabiqə və attestasiya bizə daha yaxşı müəllimləri və mütəxəssisləri işə cəlb etmək imkanı verir və nəticə etibarilə qarşımıza qoyduğumuz məqsəd və hədəflərə yaxınlaşdırır. Son məqsədimiz, hədəfimiz isə ölkəmiz üçün yüksək səviyyəli müəllimlər hazırlamaqdır. Qeyd edib ki, ADPU yeni tədris ilinin əvvəlində 2 beynəlxalq elmi konfrans keçirəcəkdir. Rektor çıxışının sonunda konfrans iştirakçılarına müzakirələrdə fəal iştirak etməyi, ortaya əməli nəticələr qoymağı və bütövlükdə tədris prosesini müasir tələblərə uyğun qurmağa tövsiyə edərək konfransın işinə uğurlar arzulayıb.

Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, konfrans hazırda ADPU-da həyata keçirilən islahatlar, insan resurslarının inkişaf etdirilməsi sahəsində aparılan tədbirlərlə bir-birini tamamlayır. Mütəxəssis hazırlığının yüksəldilməsi ali təhsilin yeniləşməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tədris prosesinin təşkilində ən vacib məqamlardan biri müəllim hazırlığıdır. Eyni zamanda yeni, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması, dissertasiya mövzularının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin miqyasının daha da genişləndirilməsi bu işdə önəmli rol oynayır. Professor A.Zamanov çıxışının sonunda universitetdə müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək ola biləcək Müəllimlərin Müasirləşməsi Mərkəzinin yaradılmasını təklif edib.
 

 

İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək konfransın həm universitetin, həm də ölkəmizin elmi-mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək fənlərin tədrisi metodikasına səmərəli təsir edəcəyini vurğulayıb.
 

 

Sonra konfrans öz işini 3 elmi bölmədə-Riyaziyyat, informatika və təbiət elmləri, Humanitar və ictimai elmlər, Pedaqoji-psixoloji elmlər bölmələrində davam etdirib. Konfransda ümumilikdə 130 məruzə dinlənilib. Məruzələrdə fənlərin tədrisinin məqsəd və vəzifələri, mövcud vəziyyəti, aktual problemləri, imkan və perspektivləri, fənlərarası əlaqə, internet resurslarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə, xarici dillərin tədrisinə müasir yanaşmalar və innovativ metodlardan istifadə, müəllim-şagird, müəllim-valideyn münasibətlərin humanistləşdirilməsi, şagird şəxsiyyətinin formalaşmasında səriştəli müəllim amili, tələbələrdə kreativ düşüncənin formalaşdırılması, ali təhsildə distant təhsilin həyata keçirilməsi üçün istifadə olunan texnologiyalar, təhsildə keyfiyyətin idarə olunmasında beynəlxalq təhsil tədqiqatlarının rolu, təlim prosesində yeni öyrənmə modelləri, mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi, pedaqoji təcrübə üçün innovativ sistemin yaradılmasının zəruriliyi, ali məktəbdə təhsilin məzmununa texnoloji yanaşmaların xüsusiyyətləri və digər mühüm məqamlar yüksək səviyyədə öz əksini tapıb. Bölmə iclaslarında məruzələr müzakirə edilib, maraqlı və dəyərli təkliflər irəli sürülüb.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.



Загрузка...
Həmçinin oxuyun:
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

“Hər şeyi qaytarmaq olur, zamanı isə əsla”-ADPU-da seminar

“Hər şeyi qaytarmaq olur, zamanı isə əsla”-ADPU-da seminar

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb