AzTehsil.com


Xəbərlər
15 mart 2017
4 473


ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb



ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

 

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ADPU-nun nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.02.061 Dissertasiya Şurasının yeni üzvləri ilə görüşüb. 
 
Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, FD.02.061 Dissertasiya Şurasının yeni tərkibi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2017-ci il tarixli 38 nömrəli əmri ilə təsdiq edilib. FD.02.061 Dissertasiya Şurasında "Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası, Tarixin tədrisi metodikası, Azərbaycan dilinin tədrisi metodikası)”- pedaqogika elmləri, "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”- pedaqogika elmləri, "Korreksiya pedaqogikası”-pedaqogika elmləri ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsi keçirilir. Dissertasiya Şurasının tərkibinə ADPU-nun tanınmış və nüfuzlu 25 nəfər alimi daxildir. Dissertasiya Şurasının sədri universitetin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, sədr müavini Elmi işlər üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, elmi katibi Fizika və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru İsa İsmayılovdur. Elmi seminarın sədri isə professor Əbülfət Pələngovdur. Dissertasiya Şurasının səlahiyyət müddəti 15 dekabr 2018-ci ilədək müəyyən edilib.
 

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

 

Rektor Dissertasiya Şurasının üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.
 

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

 

Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov və Elmi katib, dosent İsa İsmayılov çıxış edərək Dissertasiya Şurasının fəaliyyəti ilə bağlı öz fikir və təkliflərini bildiriblər. 
 

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

 

Sonda rektor Cəfər Cəfərov Dissertasiya Şurasına təqdim edilən dissertasiya işlərinin keyfiyyətinə tələblərin artırılmasını və plagiatla prinsipial mübarizə aparmağı tapşırıb.



Загрузка...