Xəbərlər
20 aprel 2017
4 068


ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

 

Aprelin 20-də tanınmış rusiyalı alim, iqtisadiyyat elmləri doktoru, professor Nina Litvinova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılovla görüşüb. Görüşdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, həmin kafedranın dosenti Tamilla Vahabova iştirak ediblər. Tədris işləri üzrə prorektor, professor M.Cəbrayılov qonağa universitetitin fəaliyyəti, tədris prosesi, son vaxtlar həyata keçirilən islahatlar haqqında məlumat verib.
 

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

 

Görüşdə ömürboyu təhsil, vətəndaş təhsili, peşə-ixtisas təhsili və əhalinin maarifləndirilməsi haqqında maraqlı fikir mübadiləsi aparılıb. Müasir dövrümüzdə ömürboyu təhsilin əhəmiyyəti, bu sahədə mövcud olan ideyalarının rəngarəngliyi, konsepsiyalar, forma, metod və texnologiyalar əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, ömürboyu təhsil vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşmasının mühüm şərtlərindən biridir. Ömürboyu təhsil şəxsiyyətin ümumbəşəri dəyərlərə dərindən yiyələnməsinə təkan verir, onun mədəni davranış və ünsiyyətinin səviyyəsini yüksəldir, ona fəaliyyətini müasir tələblərə uyğun qurmaqda kömək edir. Görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNECKO-nun ömürboyu təhsil sahəsində həyata keçirdiyi beynəlxalq layihələr, bu sahədə Rusiyanın təcrübəsi və eləcə də beynəlxalq təcrübə barədə maraqlı məlumatlar səsləndirilib. Görüşdə həmçinin ADPU ilə ömürboyu təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 
 
Sonda professor Nina Litvinova səmimi və qonaqpərvər münasibətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. 
Sonda xatirə şəkli çəkdirilib.






Загрузка...