AzTehsil.com


Xəbərlər
11 aprel 2017
3 837


“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir



“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

 

Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Twinning” layihəsinin özünütəhlil hesabatının qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Finlandiya və Estoniyadan olan təhsil ekspertləri, ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Elmi Şuranın üzvləri, struktur bölmələrinin rəhbərləri, ali məktələblərin müəllim və tələbələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan ali təhsilinin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması layihəsi çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Bu məqsədlə Finlandiya və Estoniyadan olan təhsil ekspertləri, eləcə də müvafiq təlim keçmiş yerli ekspertlərdən qrup 11-13 apreldə ADPU-nun akkreditasiyasını həyata keçirəcək. Universitetin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə həyata keçiriləcək akkreditasiya onun güclü tərəflərini aşkara çıxarmaqla yanaşı, inkişafa ehtiyac duyulan sahələrinin müəyyən edilməsinə xidmət edir. ADPU-nun təqdim etdiyi özünütəhlil hesabatına əsasən universitetin inzibati, pedaqoji və tələbə heyəti ilə müsahibələrin keçirilməsi planlaşdırılır. İki ay müddətində beynəlxalq ekspert qrupu yekun hesabat hazırlayıb Təhsil Nazirliyinə və ADPU-ya təqdim edəcək. 
 
Tədbirdə çıxış edən Finlandiya və Estoniyadan olan təhsil ekspertləri Azərbaycanın ali təhsil sahəsində keyfiyyətcə yeni bir mərhələnin başlandığını və bu layihənin ali təhsilin keyfiyyətin yüksəldilməsinə səmərəli təsir edəcəyini bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar. 
 

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işləri üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Ümumi işlər üzrə prorektoru Əbdul Xalıqov "Twinning” layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, yeni təlim texnologiyalarına yiyələnmiş professor-müəllim heyətinin işə cəlb edilməsi, universitetdə tədrislə elmi fəaliyyətin vəhdətinə diqqət yetirilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, büdcə vəsaitindən və intellektual resurslardan səmərəli istifadə, diferensial əməkhaqqı, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, təhsilin beynəlmiləşdirilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirak, tədris-təlim prosesində dəyişikliklərə nail olmağın yolları ilə bağlı görülən işlər, həmçinin ADPU-da humanist pedaqogika üzrə keçirilən konfrans barədə məlumat veriblər.
 

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir




Загрузка...