AzTehsil.com


Xəbərlər
01 mart 2017
3 726


ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib



ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

 

Aztehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı olub. Təqdimatda universitetin fakültə dekanları, kafedra müdirləri və elmi-tədqiqat laboratoriyalarının müdirləri iştirak ediblər. 
 
Təqdimatda əvvəlcə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Yeni akkreditasiya qaydaları "Twinning” layihəsi çərçivəsində hazırlanıb. Məqsəd Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha çox uyğunlaşdırılmasıdır. Dosent S.Əliyev ali təhsildə yeni standartların formalaşmasına xidmət edən "Twinning” layihəsinin mühüm əhəmiyyət kəsb etdiyinin bildirərək bu layihədə fəal iştirak etməyin vacibliyini vurğulayıb.
 

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

 

Özünütəhlil hesabatını universitetin Tədqiqat və İnkişaf Mərkəzinin mütəxəssisi, layihənin əlaqələndirici koordinatoru Fəridə Hüseynova təqdim edib. Təqdimat zamanı layihə çərçivəsində özünütəhlil hesabatı üzrə yaradılmış komissiya üzvlərinin birgə işi, apardıqları təhlillər və təklifləri geniş şəkildə izah edilib. Təqdimatda eyni zamanda Ali Təhsilin Keyfiyyəti Təminatı üzrə Standartlar və Təlimatlarının (AzST) inkişaf etdirilməsi yolları açıqlanıb. Həmçinin universitetdə keyfiyyətin monitorinqi və təminatı, tələblər çərçivəsində görülmüş işlərin nəticələrinin əsasən starteji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları və onların hazırlanması, tələbələrlə iş, tədqiqat fəaliyyəti, tədris və təlim resursları və dəstək xidmətləri sahəsinə aid olduğu qeyd edilib. 
 

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

 

Qeyd edək ki, "Twinning” layihəsi çərçivəsində Bakıya səfər etmiş Finladiya və Estoniya ali təhsil ekspertlərinin universitetin fakültələri, kafedraları və elmi-tədqiqat laboratoriyaları arasında keyfiyyətin artırılmasına istiqamətləndirilən tələbləri, keyfiyyət sisteminin yaradılması sahəsində təklifləri və rəyləri təqdim olunub.



Загрузка...