Xəbərlər
07 aprel 2017
3 299


ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

 

Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Thomson Reuters təşkilatının Azərbaycan üzrə nümayəndəsi, İnsan resursları üzrə ekspert Aygün Babazadə təmsil etdiyi təşkilatın elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirib. Təlimdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ölkə rəhbərliyi Thomson Reuters təşkilatının elmi bazasından istifadə etmək, müasir dünyada elm və təhsil sahəsində gedən proseslərlə tanış olmaq üçün şərait yaradıb. Təhsil Nazirliyi (TN) 2015-ci ildə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) isə 2016-cı ildə bu təşkilatla dövri elmi nəşrlərlə bağlı müqavilə imzalayıb. Belə təlimlər alimlərimizin elmi-tədqiqat işlərinin impakt-faktorlu elmi jurnallarda dərc olunması və nəticə etibarilə həmin əsərlərin dünya səviyyəsinə çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor sonda təlimin keçirilməsinə görə Aygün Babazadəyə təşəkkür edib.
 
Təlimdə Aygün Babazadə slayd vasitəsilə Thomson Reuters təşkilatının elmi bazasından praktiki istifadə qaydaları, bazanın üstünlükləri, tədqiqatın aparılması, jurnalların seçilməsi, nəşrə hazırlaşmaq, elmi reputasiyanın qazanılması, nəticələrin nəşri barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda dünyada 100 mindən çox qeydiyyatdan keçmiş elmi jurnal var. Onlardan 18 mini daha nüfuzlu elmi jurnal kimi tanınır. 18 min jurnaldan 13 mini impakt-faktorludur. İmpakt-faktorlu elmi jurnalların 80-85 faizi ingilis dilində nəşr olunur. Elmi jurnalların seçim meyarlarına nəşriyyat standartları, beynəlxalq redaksiya tərkibi, jurnalın məzmunu, istinadların təhlili və s. daxildir. Təlimdə A.Babazadə impakt-faktorlu elmi jurnallara daxil olma, effektli axtarış, qeydiyyatdan keçmə və istifadə qaydaları haqqında geniş məlumat verib.
 

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

 

Təlimdə Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, professor Ələkbər Qurbanov, professor Mirzəli Murquzov, professor Edil Eyvazov, professor Nailə Verdizadə, dosent Şahin Pənahov, dosent Laçın Həsənova, dosent Gülçöhrə Alıyeva, dosent Yaşar Hüseynəliyev, dosent Fəxrəddin Yusifov çıxış edərək elm sahəsində yeni istiqamətlərin, meyil və təzahürlərin ardıcıl izlənilməsi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, informasiya resurslarından istifadə yolları, əqli mülkiyyətdən səmərəli istifadə və elmi əsərlərin impakt-faktorlu jurnallarda dərc olunması ilə bağlı maraqlı təkliflərlə çıxış ediblər. Belə təlimlərin gələcəkdə daha geniş tərkibdə keçirilməsi məqsədəuyğun bilinib.
 

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib


Məqalə Göndər








Загрузка...