AzTehsil.com


Xəbərlər
01 fevral 2017
3 074


UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib



UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

 

Təhsil Nazirliyinin sifarişi əsasında ölkənin ali təhsil müəssisələrinin dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters” bazasına tam çıxış əldə etməsi və UNEC-də tətbiq olunan differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib.
 

 

Aztehsil.com xəbər verir ki, UNEC-dən APA-ya verilən məlumata görə, bu rəqabət dünyanın aparıcı informasiya agentliyi "Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan "Web of Science”a  daxil olan elmi nəşrlərin sayında da özünü göstərməkdədir. Belə ki, UNEC əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35%-i məhz son üç ilin (2014-2016) payına düşür.

 

Ümumiyyətlə, 2016-cı il ərzində UNEC əməkdaşlarının 864 elmi məqaləsi və 16  monoqrafiyası, 27 dərslik, 48 dərs vəsaiti, 246 proqram və metodik vəsaiti nəşr olunub. Eləcə də, dünyanın nüfuzlu xarici jurnallarda UNEC əməkdaşlarının 253 elmi məqaləsi çap edilib.

 

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


 





Загрузка...