Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı
1.Peşəkar kompetensiyalar
1.1.Pedaqoji-psixoloji biliklər (pedaqoji proses, pedaqoji prosesin təşkili və idarəedilməsi, müasir dərs və ona verilən tələblər,
müəllim-şagird münasibətləri, təhsilalanların yaş və fərdi xüsusiyyətləri, tərbiyə işinin təşkili);
1.2."Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”ndə təlim-tərbiyə prosesinin təşkili, təhsilverənlərin hüquq və vəzifələri;
1.3."Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumlar)”nda ümumi təhsilin məzmununa verilən tələblər, təhsilverənlərin keyfiyyət göstəriciləri və təhsil proqramlarının
(kurikulumların) tərkib hissələri.
1.4.Metodiki biliklər (dərsin planlaşdırılması, yeni fənn kurikulumları, təlim nəticələri, müasir təlim strategiyaları, yeni qiymətləndirmə sistemi);
1.5.İxtisas üzrə bilik və bacarıqlar (hər hansı mövzu üzrə fikir mübadiləsi, ixtisas üzrə ən yeni nailiyyətlər);
1.6.Peşə fəaliyyətində innovativ təcrübələrdən istifadə bacarıqları (pedaqoji innovasiyalar və onlardan istifadə).
2.Təhsil sahəsi üzrə məlumatlılıq, ümumi dünyagörüşü
2.1."Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, təhsilin əsas
məqsədi, təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər, ümumi təhsillə bağlı məsələlər;
2.2."Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil, o cümlədən müəllim peşəsi ilə bağlı strateji hədəflər və nəzərdə tutulan tədbirlər;
2.3.Müəllimlərin etik davranış qaydaları.
2.4.Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı ən vacib biliklər;
2.5.Ölkədə və dünyada baş verən və tarixi əhəmiyyət daşıyan hadisələr, tədbirlər, təhsil və iqtisadi sahədə inkişaf tendensiyaları barədə məlumatlılıq.
3.Şəxsi keyfiyyətlər
3.1.Analitik təhlil aparmaq, məntiqi nəticə çıxarmaq qabiliyyəti;
3.2.Nitq qabiliyyəti (aydın, dəqiq və ifadəli danışıq) və dinləmə bacarığı;
3.3.Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı;
3.4.Səmimilik, özünüqiymətləndirmə, özünütənqid keyfiyyətləri.