AzTehsil.com


Xəbərlər
02 noyabr 2017
3 046


Uğurlu nəticənin əldə olunmasında müəllimin peşəkarlığı əsas meyardır



Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir.


Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqlara, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə sosial-iqtisadi siyasət prioritet olduğundan kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.


Son illərdə təhsil sahəsində hazırlanan yeni fənn kurikulumları da bu məqsədə xidmət edir. Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi ilə məşğul olduğum üçün yalnız bu fənnlərin kurikulumları haqqında onu deyə bilərəm ki, işçi qrupu tərəfindən düşünülmüş şəkildə hazırlanan fənn kurikulumları şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayır, onların dil bacarıqlarına yiyələnməsində müstəsna əhmiyyət kəsb edir.


Dövlət dili kimi Azərbaycan dili təliminin məqsədi şagirdlərdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqları formalaşdırmaqla onların nitqini inkişaf etdirməkdən ibarətdir. Bu məqsədlə fənn kurikulumunda aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.


– ibtidai təhsil səviyyəsində Azərbaycan əlifbasının, çox işlək sözlərin, söz birləşməsi və cümlə modellərinin, ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının mənimsənilməsini təmin etmək, şagirdlərdə dünyləyib-anlama, sürətli oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları formalaşdırmaq;


– ümumi orta təhsil səviyyəsində Azərbaycan dilinin praktik öyrənilməsi üçün ibtidai təhsil üzrə qazanılan bacarıqlar inkişaf edilməklə zəruri fonetik, leksik, qrammatik xüsusiyyətləri, dil və nitq vahidlərinin və intonasiyasını mənimsətmək, şüurlu və ifadəli oxuya, nitqin müxtəlif forma və tiplərinə dair bacarıqları, dövlət dili kimi Azərbaycan dilinə hörmət və məhəbbət hissini formalaşdırmaq;


– tam orta təhsil səviyyəsində nitqi müxtəlif üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək ünsiyyət məqamına görə fikri sərrast ifadə etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırmaq.


Azərbaycan dili təliminin məzmununa diqqət yetirsək görərik ki, şagirdlərin bacarığı ibtidai təhsil səviyyəsindən etibarən inkişaf etdirilməyə başlayır.


Şagird əgər ibtidai təhsil səviyyəsində dinlədiyi fikrə münasibət bildirirsə, ümumi orta təhsil səviyyəsində dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir, tam orta təhsil səviyyəsində dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır.


Bundan başqa fənn üzrə məzmun xətləri 4 istiqamətdə müəyyənləşdirilmişdir.


Dinləyib-anlama, Danışma, Oxu, Yazı.


Bu məzmun xətlərinin hər birinə aid ümumi təlim nəticələri müəyyən olunmuşdur ki, bu da kurikulumların nəticəyönümlü olduğunun bariz nümunəsidir. Müəllim artıq bilir ki, dinləyib-anlama məzmun xətti üzrə ümumi təlim nəticəsi aşağıdakı kimi olmalıdır:


– şagird danışanı dinləməli və onu anladığını büruzə verməli,


– dinlədiyi söz, ifadə və cümlələrin mənasını izah etməli,


– dinlədiyi müxtəlif janrda və üslubda olan mətnləri anladığını nümayiş etdirməli,


– danışanın nitqindəki əsas fikirləri seçə bilməlidir.


Azərbaycan dilinin tədrisi zamanı fənnin kurikulumunun tətbiqi ilə təlim qurmaq müəllimin işini asanlaşdırır. O beləliklə, şagirdinin inkişafını diqqətində saxlayır, həmçinin onun zəif tərəflərini də diqqətindən qaçırmır. Fənnin tədrisi zamanı müəllim hər bir şagirdinə fərdi yanaşmağı qarşısına məqsəd qoyur.


Ana dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri üzrə əlaqəlilik nəzərə alınmışdır:


* Problemin həlli


* Mühakiməyürütmə və əsaslandırma


* Ünsiyyət


* Tədqiqetmə


* Tətbiqetmə


Siniflər üzrə standartların reallaşdırması isə şagirdlərin bacarıqlarını ilbəil təkmilləşdirir. Onlar sinifdən-sinifə addımladıqca, problemin həllini daha çevik tapır, tez ünsiyyət qurur, tədqiqat aparmağı öyrənir, öyrəndiyini tətbiq etməyi bacarır.


Fənnin kurikulumunda verilmiş standartlar müəllim üçün bələdçi rolunu oynayır. Bu zaman müəllim həmin standartların reallaşmasına xidmət edən dərs nümunəsi hazırlamağa səy göstərir. Burada müəllimin istedadı, öz işinə məsuliyyəti əsas meyar kimi ortaya çıxır. Müəllmin peşakarlığı nəticəsində standartın reallaşdırılması uğurlu nəticənin qazanılmasına şərait yaradır.


Müəllim dərsini hazırlayarkən Azərbaycan dili təliminin təşkilinə verilən tələbləri nəzərə almalıdır. O pedaqoji prosesin tamlığını diqqətində saxlamalı, təlimdə bərabər imkanların yaradılmasına, onun şagirdyönümlü, inkişafyönümlü olmasına çalışmalıdır. Həmçinin təlim zamanı şagirdlərin fəaliyyətləri stimullaşdırılmalı, sinifdə dəstəkləyici mühit yaradılmalıdır.


Əgər müəllim mövzunun tədrisi üçün ayrılmış 45 dəqiqəni özü danışmaqla, izah etməklə kifayətlənirsə, bu artıq şagirdyönümlü deyil, müəllimyönümlü dərs hesab olunur. Müəllim şagirdlərin tədqiqata cəlb olunması üçün maraqlı forma və üsullar seçməyi bacarmalıdır. Yalnız bu zaman o qarşıda qoyduğu məqsədə nail ola bilər.




Загрузка...
Həmçinin oxuyun:
I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....