AzTehsil.com


Xəbərlər
17 iyun 2017
4 472


Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir



 

Dərs quruluşuna görə hər bir müəllimin öz metodu, öz yanaşma tərzi var. Təbiidir, hər bir fənnin də dərsə yanaşma forması ayrı olur. Bütün müəllimlərin işi çətin və şərəflidir. Müəllimlik xeyirxah missiyadır. İbtidai sinif müəllimi olmaq hər hansı bir fənn müəllimi olmaqdan daha çətindir. Çünki uşaqların ilkin bilik və bacarıqlarının təməli İbtidai sinifdən başlayır. Bir şagirdin təlim-tərbiyəsi ibtidai sinifdən düzgün qurulmayıbsa həmin şagird ömür boyu bu  səhvin cəzasını çəkir. Kiçik yaşlı məktəblilərlə davranmaq daha çətindir. İnsan həyatı boyunca qazandığı informasiyanın, 80 faizini ibtidai sinifdə oxuduğu vaxtlara əldə edir. Elə ibtidai sinif müəllimlərinin məsuliyyətini artıran əsas prinsip də budur. Həmin yaşda uşaqlarla davranışda həssas yanaşılmalıdır. Onlara qazandırdığın vərdiş və bacarıqlardan zamanında doğru-düzgün yararlana bilsin. Məsələdə müəllimin psixoloji vəziyyəti də önəmli rol oynayır. İnsan öncə həyatla tanış olmalı, daha sonra həyatda baş verən prosesləri öyrənməlidir. Məktəbə ilk qədəmlərini qoyan şagird onu məktəbdə qarşılayan müəlliminə əvəzsiz doğmalıqla, böyük ümidlərlə yanaşır. Əksər kənd yerlərində bağçaların olmadığını nəzərə alsaq evindən başqa heç bir yerdə olmayan uşaqların ilk qədəm qoyduğu məkan məhz məktəbdir. Onların  kövrək addımlarını müəllim öz səmimiyyəti ilə bərkitməlidir.  Müəllim üçün ən böyük xoşbəxtlik şagirdlərin məhəbbət və etimadını qazanmaqdır. Hamımızın ürəyində heç zaman unutmadığı "ilk müəllimim" guşəsi var. 

 
 

Müəllim öz işinin keyfiyyətli alınmasını arzu edirsə, öz üzərində çalışmalı, müasir cəmiyyətin real psixoloji vəziyyətinə hesablanmış interaktiv təlimə tam hazırlıqlı olmalıdır. İnteraktiv təlimə hazırlığın əsası hər gün yeni informasiyalardan istifadə etməkdən, zəngin araşdırmalardan və məhsuldar yaradıcılıqdan başlanır. Müəllim yaradıcı olmalıdır. Pedaqoji sahədə yaradıcı baxış, estetik yanaşma vacibdir. Müəllim şagirdlərə təqdim edəcəyi informasiyanı ətraflı şəkildə mənimsəməli, məsələni problem şəkilində qabartmalı və problemin həlli yollarını tapmaqda şagirdlərə yol göstərməlidir.  Dərs müddətində bütün şagirdlərin hüquqlarına hörmətlə yanaşmalıyıq və bununla bərabər hər birinə fərdi yanaşmaq da vacibdir. Dərs prosesini maraqlı şəkildə qurmaq üçün dərsin mərhələlərindən lazım olduğu şəkildə istifadə olunmalıdır. 
 
Əsasən dərsi bir Çin məsəlinə uyğun qurmaq münasib olardı. "Mənə de- yaddan çıxarım, Mənə göstər-yadda saxlayım, Məni cəlb et-öyrənim!" Şagirdin axtarışa cəlb olunduğu əsas mərhələ tədqiqat mərhələsidir. Onları cəlb etməliyik. Ümumiyyətcə insan öz bacarığı sayəsində əldə etdiyi nə olursa olsun digər əldə olunmuş bilgilərdən daha maraqlı, daha dəyərli hiss edir. Çünki onu öz zəhməti ilə əldə edib. 
 
Dərs zamanı fasilitasiya qaydalarına uyğun olaraq zəruri istiqamətləri şagirdlərə yönəltdikdən sonra onların hər birini tədqiqatçı kimi dəyərləndirməliyik. Şagirdlərlə dialoqdan aldığımız yeni fikirləri də lazımı istiqamətə yönəltməliyik. Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Şagirdlərin idrakı fəallaşır. Dərsi sistemə salan mexanizmdir. Motivasiya qismində istifadə olunan material cəlbedici olmalıdır. Bu mərhələdə şagirdlərin yaradıcılığı və təfəkkürü yoxlanılır. Misal üçün ikinci sinif Həyat bilgisi dərsindən "Təbiətdə suyun dövranı”  mövzusu. Mövzuya giriş etmək üçün M.Ə.Sabirin Yağış şeirindən kiçik bir parça səsləndirməklə Ana dili fənninə də inteqrasiya etmiş olarıq. Motivasiya mərhələsində suyun maye, buxar və buz halında olduğunu vurğulamaq və suyun buxarlanmasına aid bir təcrübə keçməklə gələcəkdə Kimya dərsində "Təbii suyun əhəmiyyəti” mövzusunda keçiləcəklərin başalnğıc mərhələsini qoymuş olarıq.
 

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir. Belə ki, şagirdlər həmin mərhələdə öz bilik və bacarıqlarını ortaya qoyub problemin həllinə səy göstərirlər. Tədqiqatın aparılması zamanı müəllim dərsin nəticəsinə saslanan suallar qurmaq üçün müxtəlif metodlardan istifadə etməlidir. Söz Assosasiyası üsulu ilə dərsin tədqiqat mərhələsində coğrafiyada "Suyun böyük və kiçik dövranı” mövzusu və  və biologiyadan  "Qan dövranı” mövzusunun ilkin tanışlığını etmiş oluruq. Tədqiqat mərhələsi bir neçə fənnlə inteqrasiya üçün səmərəlidir. 
 
Məlumat mübadiləsi və Məlumatın müzakirəsi mərhələlərində şagirdlər tədqiqatın gedişində əldə etdikləri tapıntıların, mübadiləsini aparırlar. Təbiətdə suyun əhəmiyyətindən, suyun həyat üçün vacibliyindən söz açmaqla yanaşı dərs müddətində şagirdlər bir neçə fənnlə əlaqələndirilmiş geniş informasiyalar əldə etmiş olurlar. Dərsin quruluşu nəticə etibarı ilə  məktəblilərə həyatda müxtəlif hadisələrlə qarşılaşdığı zaman vəziyyətə görə davranmaq bacarığı bəxş edir. Fəal təlimin əsas məqsədi də məhz həyata hazırlıqlı şagirdlər yetişdirməkdir. Əldə etdikləri  bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədi ilə şagirdlərə ev tapşırıqlarının verilməsi də vacibdir. Şagirdlərin göstərdiyi səyləri nəzərə almaqla dərsin bir neçə mərhələsində Qiymətləndirmənin aparılması münasib olardı. 
 
Sinifdə xüsusi qaydalar tərtib edilməlidir ki, bu da qarşılıqlı hörmətin, nizam-intizamın zəmanətidir. Şagirdlər çox kiçik yaşlı olsalar belə dərsə olduqca anlayışla yanaşır, qaydalara uyğun davranarlar.
 
Şagirdləri kollektiv şəkildə tədqiqata cəlb etməklə onlarda paylaşmaq, əməkdaşlıq, birgə əmək, qarşılıqlı hörmət və bununla yanaşı özgüvən formalaşdırmaq vacibdir. 
 
Dövlətimiz bütün sahələrə diqqətlə yanaşır. Təhsil sahəsinə göstərilən xüsusi dövlət qayğısı göz önündədir. Dövlətimiz insan kapitalına keçidin əsasını təhsilin inkişafından başlayır. Təhsil sisteminin inkişafına hər il böyük məbləğdə vəsait ayrılır. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması baxımından dünya səviyyəsində təlimlər keçirilir dünyanın ən qabaqcıl dövlətləri ilə elm-bilik mübadiləsi aparılır. Biz gənc müəllimlər də təhsil sahəsində bizim üçün yaradılmış geniş imkanlardan yararlanaraq peşəkarlıq səviyyəmizi artırmağa çalışacağıq. 
 
Elnarə Günəş,
İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbinin müəllimi



Загрузка...
Həmçinin oxuyun:
Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Fəal dərsin ümumi quruluşu

Fəal dərsin ümumi quruluşu

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Kurikulumdan 20 TEST

Kurikulumdan 20 TEST

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi