Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb? - Video
Lənkəran - Astara Regional Təhsil İdarəsi Masallıda məktəb binasında çatların yaranması ilə bağlı açıqlama verib.
İdarədən Aztehsil.com-a bildirilib ki, rayonun Qızılağac kənd tam orta məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı məlumatlar əsassızdır:
“Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına inşa olunub. 528 şagird yerlik məktəb binası 2021-ci ilin sentyabrında istismara verilib. Tikintidən sonra ümumtəhsil müəssisəsinin binasının qəzalı vəziyyətdə olması ilə bağlı müraciət daxil olub. Bununla bağlı binaya baxış keçirilib, yük daşıyan konstruksiyalarda (divarlar, örtüklər, bünövrə və sütunlar) binanın dayanıqlılığına təhlükə yarada biləcək nöqsanlar aşkar edilməyib. Divarlarda müşahidə olunan kiçik çatların suvaq qatında olduğu müəyyənləşdirilib və tikintini həyata keçirmiş podratçı təşkilat tərəfindən məsələ həll edilib”.
00:52
Masallıda məktəb binasında çatlar yaranıb.
Belə ki, Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbin binasının yeni istifadəyə verilməsinə baxmayaraq, divarları çatlayıb.
Müəllimlərin sözlərinə görə, məktəb binası 2021-ci ildə istifadəyə verilib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov bildirib ki, mütəxəssislər məktəbə təkrar baxış keçirəcəklər və bundan sonra müvafiq qərar veriləcək.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: