I Fəsil ümumi müddəalar Maddə 1. Əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin edilməsinin əsaslan
1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur:
əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi;
dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini;
əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi;
əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi; dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi.
Maddə 2. Azərbaycan Respublikasının sanitariya qanun-vericiliyi və onun əsas vəzifələri
1. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, əhalinin sanitariya-epidemioloji salamatlığı məsələləri barəsində Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir.
3. Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır:
dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilat-ların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi;
insanların sağlamlığım ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcədə sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması;
gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qayda-sının müəyyənləşdirilməsi, sanitariya normalarının və qayda-larının hazırlanması;
əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması;
sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi;
vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması.
Maddə 3. Sanitariya normaları və qaydaları, gigiyena normativləri
Sanitariya normalan və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi və ya zərərsizliyi meyarlarını və insanın həyat və fəaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini müəyyən edən normativ aktlardır. Azərbaycan Respublikası ərazisində respublikanın sanitariya normaları və qaydaları, gigiyena normativləri qüvvədədir.
Lazım gəldikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi qayda əsasında Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların ərazisində müvəqqəti yerli sanitariya qaydaları tətbiq edilə bilər. Bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər.
Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması, təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir, sanitariya normalan və qaydaları, gigiyena normativləri sərbəst yayılmalıdır.
Maddə 4. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Naxçıvan Muxtar Respublikası ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının yerli hakimiyyət orqanlarının səlahiyyəti.
1. Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aşağıdakılar aiddir:
Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi;
Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi;
Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi;
insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi;
sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların istiqamətləndirilməsi, əlaqələndiril-məsi və maliyyələşdirilməsi.
2. Öz ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının simasında Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının səlahiyyətinə aşağıdakılar daxildir:
öz inzibati ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində normativ hüquq aktlarının qəbul olunması və dövlət idarəetməsinin həyata keçirilməsi;
müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena tədbirlərini və epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına dair regional və yerli proqramların hazırlanması və təsdiqi, onların yerinə yetirilməsinə nəzarət, habelə bu məsələlərə dair dövlət proqramlarının həyata keçirilməsinin təşkili;
əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyri-yoluxucu kütləvi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınmasında və ləğvində operativ tədbirlərin təşkili, habelə müvafiq ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarların qəbul edilməsi.
II Fəsil Azərbaycan Respublikasi əhalisinin sanitariya-epidemioloji salamatliğinin təmin edilməsində vətəndaşlarin, dövlət orqanlarinin, ictimai birliklərin, müəssisələrin, təşkilatlarin və idarələrin hüquqlari.
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq hüququ
Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. Azərbaycan Respublikası vətəndaşlarının bu hüququ, habelə onunla bağlı olan və bu Qanunun 6-cı və 8-ci maddələrində nəzərdə tutulan hüquqları Azərbaycan Respublikasının ərazisinə gəlmiş xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə, bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan hüquqları isə . Azərbaycan Respublikasının ərazisində daimi yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. Vətəndaşların 5-8-ci maddələrdə göstərilən hüquqlarının həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Maddə 6. Azərbaycan Respublikası vətəndaşlarının məlumat almaq hüququ
Azərbaycan Respublikası vətəndaşları xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət və radiasiya şəraiti, ətraf mühitin vəziyyəti və bunların insan sağlamlığına təsiri, aparılmış gigiyena ekspertizalarının, digər xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarının və vəzifəli şəxslərin qəbul etdiyi, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarlar haqqında tam, düzgün və pulsuz məlumat almaq hüququna malikdirlər.
Maddə 7. Həyata keçirilməsi sağlamlığa və ətraf mühitə təsirlə bağlı olan qərarların hazırlanmasında Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək hüququ
Azərbaycan Respublikasının vətəndaşları təşkilatlar və vəzifəli şəxslər tərəfindən istər təkbaşına, istərsə də kollegial qəbul olunan, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarların hazırlanmasına və icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər.
Maddə 8. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi hüququ
Azərbaycan Respublikasının vətəndaşları ətraf mühitin kimyəvi, fiziki, bioloji və digər amillərinin, habelə qida məhsullarının təsiri nəticəsində sağlamlığa dəyən zərərin əvəzinin qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tamamilə ödənilməsi hüququna malikdirlər. Zərərin əvəzinin ödənilməsi barədə mübahisələri qanunla müəyyən edilmiş qaydada baxılır.
Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin, vətəndaşların bu Qanunun 5-8-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına toxunan qərarlarından və hərəkətlərindən vətəndaşlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bilavasitə ali dövlət idarəetmə orqanlarına və ya məhkəməyə şikayət edə bilərlər.
Maddə 10. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin hüquqları
Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin aşağıdakı hüquqları vardır:
sanitariya-epidemioloji vəziyyət və ətraf mühitin vəziyyəti, əhalinin xəstələnmə dərəcəsi, qüvvədə olan sanitariya normaları və qaydaları, gigiyena normativləri haqqında məlumat almaq;
Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə dair proqramların hazırlanmasın-da iştirak etmək.
III Fəsilsanitariya-epidemioloji salamatliğin təmin edilməsi sahəsində dövlət orqanlarinin, ictimai birliklərin, müəssisələrin, təşkilatlarin, idarələrin, vəzifəli şəxslərin və vətəndaşlarin vəzifələri
Maddə 11. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri
1. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli:
sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli;
dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya-epidemioloji vəziyyət. radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər.
Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir.
2. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər.
Maddə 12. Vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşaması və məlumat alması hüquqlarının təmin edilməsi sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr:
əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli;
Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaş-ların tələbi ilə onlara tam və dəqiq məlumat verməli;
həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalı;
sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsi-idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsi ilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi-texniki baza yaratmalı;
sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyena biliklərini təbliğ etməli, gigiyena təlim-tərbiyəsi işlərini yerinə yetirməlidirlər;
Sağlam həyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə təbliği dövlət və digər maliyyələşdirmə mənbələri hesabına həyata keçirməlidir.
Maddə 13, Normativ-texniki sənədləri hazırlanmasının vəzifələri
Normativ-texniki sənədləri hazırlayan dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:
immunoloji-bioloji və dərman preparatlarının bütün növləri haqqında normativ-texniki sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqinə verməli;
yeni növ xammal, materiallar, maddələr, məmulat və digər xalq təsərrüfatı məhsulları tətbiq edilənədək əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilən normativlər üzrə əsaslandırılmış təklifləri hazırlayıb Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqinə verməli;
maddələrin, materialların xassələrini, texnologiyaların təhlükəsizliyini hərtərəfli qiymətləndirmək üçün dövlət sanitariya nəzarəti orqanlarına və idarələrinə lazımi məlumat verməlidirlər.
Maddə 14, Layihələşdirmə və tikinti dövründə vəzifələr
Tikinti üçün torpaq sahəsi ayrılarkən, müəssisələr, onların buraxılış kompleksləri, binaları və qurğuları layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən, yenidən qurularkən, modernləş-dirilərkən, yeni texnika ilə təchiz edilərkən, yaşayış məntəqələri, kurortlar, sənaye və kənd təsərrüfatı obyektləri, su təchizatı, kanalizasiya, çirkab sulan təmizləmə sistemləri və hidrotexniki qurğular perspektiv üçün tikilərkən və yerləşdirilərkən, nəqliyyat vasitələri, texnoloji proseslər, məmulat, avadanlıq, alətlər və s. hazırlanarkən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına yönəldilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər. Torpaq sahələrinin ayrılması, tikinti, yenidənqurma, modernləşdirmə, yeni texnika ilə təchizetmə layihələrinin dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə razılaşdırılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilər.
Maddə 15. Obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələr
Dövlət və işçi qəbul komissiyalarının sədrləri və üzvləri, o cümlədən dövlət sanitariya-epidemioloji orqanlarının və idarələrinin nümayəndələri tikintisi başa çatdırılmış, yenidən qurulmuş, genişləndirilmiş obyektləri yalnız sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinə əməl olunduqda istismara qəbul etməlidirlər.
Maddə 16. Otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin saxlanılması və istismarı sahəsində vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər.
Maddə 17. Kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, zərərsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:
kimyəvi maddələr, bioloji vasitələr və materiallar tətbiq, istifadə edilərkən, zərərsizləşdirilərkən və basdırılarkən sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və digər sənədlərə əməl etməli;
kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, digər kimyəvi və bioloji vasitələri yalnız toksikoloji-gigiyena rəyi verildikdən, gigiyena normativləri müəyyən olunduqdan sonra, immunoloji-bioloji preparatları və dərman vasitələrini isə müəyyənləşdirilmiş qaydada və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə tətbiq etməlidirlər.
Maddə 18. Radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, və vətəndaşlar radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən radiasiya təhlükəsizliyi normalarına və sanitariya qaydalarına, habelə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüalanma mənbələrinin çıxarılması, alınması, hazırlanması, istifadə olunması, emalı, daşınması, saxlanılması, işlədilməsi və basdırılması zamanı radiasiya təhlükəsizliyini təmin etmək barəsində digər normativ sənədlərdə göstərilmiş tələblərə əməl etməlidirlər.
Radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə, digər ionlaşdırıcı şüalanma mənbələri ilə işin sanitariya qaydaları tələblərinin pozulduğu bütün hallar hökmən dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin iştirakı ilə xüsusi müzakirə edilməlidir.
Maddə 19. Mənzil sahəsinə sakinlərin köçürülməsi və yaşaması sahəsində vəzifələr
Yaşayış üçün mənzil sahəsi verən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar sakinləri mənzil sahəsinə köçürərkən qüvvədə olan sanitariya tələblərini yerinə yetirməlidirlər.
Maddə 20. Ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətən-daşlar:
ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli;
qida məhsullarına yeni əlavələri, xüsusi qatılan bioloji fəal maddələri, yeni istehsal texnologiyalarmı, istehsal xammalmı və qida məhsullarmı, habelə ərzaq xammalı və qida məhsulları ilə təmasda olan qabları, polimer və başqa materialları yalnız toksikoloji-gigiyena rəyi verildikdən sonra və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə müəyyənləşdirilmiş qaydada tətbiq etməlidirlər.
Maddə 21. Təsərrüfat-içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədilə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə və dövlət standartlarına uyğun gəlməsini, mərkəzləşdirilməmiş su təchizatı zamanı, habelə sututarlarda və dənizin sahilboyu zolağında, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi yerlərdə isə müvafiq sanitariya normalarının və qaydalarının tələblərinə uyğun gəlməsini təmin etməlidirlər. Mərkəzləşdirilmiş təsərrüfat-içməli su kəmərləri və onların mənbələri üçün suyun lazımi keyfiyyətini təmin edən xüsusi rejimli sanitariya mühafizə zonaları müəyyən edilməlidir. Su kəmərlərinin və onları təchiz edən mənbələrin sanitariya mühafizə zonalarının təyin edilməsi qaydası, habelə bu zonaların sanitariya rejimi Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən olunur.
Maddə 22. Xaricdən satın alınan məhsulun göndərilməsi, satışı və istifadəsi zamanı vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar xaricdən satın aldıqları xammalı, materialları, maddələri, məmulatı və digər məhsulları, onların istehsalı texnologiyalarını göndərərkən, saxlayarkən, satarkən və istifadə edərkən Azərbaycan Respublikasında qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər.
Maddə 23. Uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl edilməsi sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar məktəbəqədər uşaq tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə məktəblərində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əmə! olunmasını təmin etməlidirlər.
Maddə 24. Tibbi müayinələrdən keçmək vəzifəsi
Əhalinin sağlamlığını qorumaq, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verməmək, peşə xəstəliklərinin və zəhərlənmələrin, bədbəxt hadisələrin qarşısını almaq, əməyin təhlükəsizliyini təmin etmək məqsədilə müəssisələrin, təşkilatların, idarələrin işçiləri və vətəndaşlar işə qəbul olunmazdan əvvəl və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Zərərli maddələrin, mənfi amillərin və müvafiq işlərin siyahısını, tibbi müayinələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir. Müəssisələrin, təşkilatların və idarələrin rəhbərləri və digər vəzifəli, şəxsləri tibbi müayinədən keçməyən, yaxud sağlamlıq vəziyyətinə görə yararsız hesab edilən şəxslərin işə buraxılmaması və işçilərin vaxtaşaşırı tibbi müayinədən vaxtında keçməsi üçün məsuliyyət daşıyalar.
Maddə 25. Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.
Yoluxucu və parazitar xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almağa yönəldilən profilaktik peyvəndlər vurulmasının və digər tədbirlər görülməsinin qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.
Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər.
Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin - təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini Azərbaycan Respublikasının hökuməti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.
Maddə 26. Elmi tədqiqat idarələrinin və təşkilatlarının xüsusi ekspertizalar keçirmək sahəsində vəzifələri
Elmi tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr elmi-texniki tərəqqinin müasir səviyyəsini nəzərə almaqla özlərinin səlahiyyəti daxilində əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlıq və xəstələnmə vəziyyətini, layihə sənədlərini, texniki və başqa sənədləri, xammalı, materialları, maddələri, məmulatı və digər xalq təsərrüfatı məhsullarını, onların istehsalı texnologiyasını və tibbi immunoloji-bioloji preparatları sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistika ekspertizalarından və digər növ xüsusi ekspertizalardan keçirmə-lidirlər.
Bu ekspertizalar dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin göndərişləri üzrə müqavilə əsasında və ya başqa əsasda keçirilir. Elmi tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr ekspertizaların düzgün keçirilməsi üçün məsuliyyət daşıyırlar.
IV Fəsil Azərbaycan Respublikasinda Dövlət Sanitariya Nəzarətinin Təşkili
Maddə 27. Azərbaycan Respublikası dövlət sanitariya epidemioloji xidmətinin vəzifələri
Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, sağlam həyat tərzi formalaşdırmaq və xəstəliklərin profilaktikasını təmin etmək məqsədilə ətraf mühitin zərərli amillərinin əhalinin sağlamlığına təsirinin qarşısının alınmasına, aşkara çıxarılıb ləğv olunmasına yönəldilmiş aşağıdakı vəzifələri yerinə yetirir:
dövlət sanitariya nəzarəti və epidemioloji tədqiqatlar aparılması;
ətraf mühit amillərinin əhalinin sağlamlığına təsirinin uçotu, statistikası və sosial-gigiyena monitorinqi;
əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən proqramların hazırlanması, onların həyata keçirilməsinə təşkilati-metodik rəhbərlik və nəzarət edilməsi;
əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, yoluxucu, parazitar xəstəliklərin və qida zəhərlənmələrinin profilaktikası və ləğvi sahəsində, habelə ekstremal vəziyyətlər yarandıqda sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə tədbirlərin təşkili və həyata kecirilməsi;
ətraf mühitin zərərli amillərin gigiyena baxımından normalaşdırılması və tənzimlənməsi;
sağlam həyat tərzini formalaşdırmaq, əhalinin sanitariya mədəniyyətini yüksəltmək üçün gigiyena biliklərinin təbliğ edil-məsi;
Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak əşyaları idxalından sanitariya mühafizəsi;
dövriyyədə olan dərman vasitələri barəsində müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi.
Maddə 28. Dövlət sanitariya nəzarəti
Dövlət sanitariya nəzarəti əhalinin sanitariya-epidemioloji salamatlığını, əlverişli ətraf mühiti təmin edən və əhalinin sağlamlığını qoruyub möhkəmləndirmək, adamların fəal ömrünü uzatmaq məqsədi güdən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər kompleksinin dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən yerinə yetirilməsi prosesində dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin elə bir fəaliyyətidir ki, bu fəaliyyət sanitariya qanunvericiliyinin, insanın sağlamlığının qorunması sahəsində beynəlxalq və dövlət standartlarının tələblərinin yerinə yetirilməsini təmin etməyə, sanitariya qaydaları və normaları, gigiyena normativləri pozuntularının qarşısını almağa, bunları vaxtında aşkara çıxarıb ləğv etməyə, təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə yönəldilmişdir.
Maddə 29. İdarə sanitariya nəzarəti
Azərbaycan Respublikası müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin obyektlərində, habelə dəmiryol nəqliyyatında sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə idarə sanitariya nəzarətini bu nazirliklərin xüsusi sanitariya xidmətləri həyata keçirir. Bu xidmətlərin fəaliyyəti Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə zidd olmamalıdır.
Maddə 30. İstehsalat nəzarəti
İstehsal prosesində sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, ətraf mühitin çirklənməsinin qarşısını almaq və sağlamlaşdırmaq məqsədi güdən tədbirlərin görülməsinə, insanların əmək, məişət, istirahət, təhsil və tərbiyə şəraitinə, istehsal olunan məhsulun gigiyena göstəricilərinə istehsalat nəzarətini təmin etmək vəzifəsi müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərinə və fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara həvalə edilir. İstehsalat nəzarətinin həyata keçirilməsi üçün məsul orqanlar və şəxslər attestasiyadan keçməli, müəyyənləşdirilmiş mütərəqqi tədqiq üsullarım işdə tətbiq etməlidirlər.
Maddə 31. İctimai sanitariya nəzarəti
İctimai birliklər, əmək kollektivləri və vətəndaşlar öz nizam-namələrinə və onların fəaliyyətini tənzimləyən digər normativ aktlara uyğun olaraq sanitariya qanunvericiliyinə əməl edil-məsinə, sanitariya-gigiyena tədbirlərinin və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət edirlər. İctimai nəzarətin həyata keçirilməsi qaydası və təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 32. Dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət həyata keçirilərkən qarşılıqlı əlaqə
Bu Qanunun 29-31-ci maddələrinə uyğun olaraq idarə sanitariya nəzarətini, istehsalat nəzarətini və ictimai nəzarəti təmin edən nazirliklərin və baş idarələrin xüsusi xidmətləri, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin orqanları və idarələri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərirlər.
V Fəsil Azərbaycan Respublikasinin Dövlət Sanitariya-Epidemioloji Xidməti
Maddə 33. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin təşkili
1. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin vahid sisteminə aşağıdakılar daxildir:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsi;
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi; Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı gigiyena və epidemiologiya mərkəzləri;
gigiyena və epidemiologiya profilli elmi tədqiqat idarələri;
gigiyena və epidemiologiya profilli respublika, şəhər və rayon ixtisaslaşdırılmış mərkəzləri;
taun əleyhinə idarələr;
digər sanitariya-profilaktika idarələri.
2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarına və idarələrinə rəhbərlik etmək müvafiq surətdə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı baş dövlət sanitariya həkimlərinə və onların müavinlərinə həvalə olunur.
3. Dövlət sanitariya nəzarətini həyata keçirən şəxslər aşağıdakı qaydada vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar:
Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikası səhiyyə nazirinin müavinini Azərbaycan Respublikası səhiyyə nazirinin təqdimatı üzrə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir;
Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti vəzifəyə təyin edir və vəzifədən azad edir;
şəhər, rayon baş dövlət sanitariya həkimlərini yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin edir və vəzifədən azad edir;
idarə sanitariya nəzarəti üzrə baş sanitariya həkimləri və onların müavinləri respublika baş dövlət sanitariya həkimi ilə razılaşdırıldıqdan sonra vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
4. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin müəyyənləşdirilməsi və maddi-texniki təminatı respublika büdcəsi və müəyyənləşdirilmiş qaydada daxil olan büdcədənkənar vəsait hesabına həyata keçirilir. Fövqəladə vəziyyətlərdə yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri ləğv etmək və onların yayılmasının qarşısını almaq üçün sanitariya-gigiyena tədbirlərinə və epidemiya əleyhinə tədbirlərə çəkilən xərcləri maliyyələşdirmək məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yanında xüsusi fond yaradılır.
Maddə 34. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin hüquqları
1. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri aşağıdakı hüquqlara malikdirlər:
Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin yerinə yetirilməsini, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görülməsini, qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsini yoxlamaq məqsədilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara və idarələrə maneəsiz gedib(müəyyən edilmiş nümunəli xidmət vəsiqəsini göstərməklə) yoxlama aparmaq, vətəndaşların yaşayış şəraitini, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin iş şəraitini yoxlamaq və sanitariya normaları və qaydaları, gigiyena normativləri pozuntularını aradan qaldırmağı onlardan tələb etmək;
zəruri hallarda elmi tədqiqat idarələrinə, laboratoriyalarına, ali məktəblərə, digər müəssisələrə xüsusi ekspertizalar və məsləhətləşmələr keçirməyi tapşırmaq;
layihələşdirmə və tikinti işlərini, habelə tikintisi, yenidən qurulması başa çatdırılmış obyektlərin və onların buraxılış komplekslərinin istismara verilməsini, işləyən müəssisələrin, təşkilatların, ayrı-ayrı istehsal sexlərinin, sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ayrı-ayn iş və istehsal fəaliyyəti növlərinin yerinə yetirilməsinin, xalq təsərrüfatı məhsullarının istehsalına başlanmasını və tətbiqini, ərzaq xammalının və qida məhsullarının istehsalını, saxlanmasını, daşınmasını və satılmasını, içməli su mənbələrindən və təsərrüfat, mədəni-sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq, bu normalara və qaydalara, normativlərə əməl etmək mümkün olmadıqda isə həmin işlərə xitam vermək;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun gəlməyən torpaq sahəsinin seçilməsinə, yaşayış, ictimai, istehsal obyektlərinin və digər xalq təsərrüfatı obyektlərinin tikilməsinə, yenidən qurulmasına və genişləndirilməsinə dair ay ilə qabağı sənədləri və layihə sənədlərini razılaşdırılmaq üçün qəbul etməmək;
yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi layihələri və xalq təsərrüfatı obyektlərinin yerləşdirilməsinə dair perspektiv planların layihələri barəsində, tikinti üçün torpaq sahələri verilməsi, əhalinin sudan istifadə yerlərinin və şərtlərinin müəyyənləşdirilməsi, çirkab suların axıdılması, zəhərli kimyəvi, radioaktiv və başqa maddələrin işlədilməsi və basdırılması qaydası barəsində, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması layihələri barəsində dövlət orqanlarına, ictimai birliklərə, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əsaslanmaqla hazırlanan, hökmən yerinə yetirilməli olan rəyləri müəyyən edilmiş qaydada vermək;
yeni növ xammal, materiallar, maddələr, məmulat, digər xalq təsərrüfatı məhsulları, onların istehsalı texnologiyaları, ərzaq xammalı və qida məhsulları standartlarının və texniki şərtlərinin layihələrinə baxıb rəy vermək;
sənaye, ictimai və yaşayış binalarının, komplekslərinin, kənd təsərrüfatı müəssisələrinin və qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy vermək;
çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya normalarını və qaydalarım, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənar edilməsini, yoluxucu və parazitar xəstəliklərə tutulan, ətrafdakılar üçün təhlükə yaradan şəxslərin xəstəxanaya yerləşdirilməsini, epidemiya əleyhinə və profilaktika tədbirləri görülməsini ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərindən, vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;
obyektlərin sanitariya vəziyyətini aydınlaşdırmaq və sağlamlıq vəziyyətinin epidemioloji analizini keçirmək üçün zəruri olan ayrı-ayrı sənədləri, məlumatı və izahatı vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;
laboratoriya analizinin və gigiyena ekspertizasının keçirilməsi üçün qida məhsullarını, məmulatı, əşyaları və materialları götürmək, habelə bilavasitə nəzarət obyektlərində zəruri laboratoriya tədqiqatları və alətlər vasitəsilə tədqiqatlar (ölçmələr) aparmaq;
epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik peyvəndlər vurmaq haqqında, profilaktika məqsədilə və yoluxucu xəstəlik mənbələrində, habelə bu xəstəliklərin əmələ gəlməsi üçün şərait olan binalarda və ərazidə dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya aparmaq haqqında qərar qəbul etmək;
Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin, sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması faktları barədə materiallara baxılması üçün vəzifəli şəxsləri və vətəndaşlar dövlət sanitariya-epidemioloji xidməti idarələrinə çağırmaq;
vəzifəli şəxslərin və vətəndaşların sanitariya sahəsində hüquq pozuntuları barəsində işlərə baxmaq, inzibati tənbeh etmək, cinayət işlərinin qaldırılması üçün materialları istintaq orqanlarına vermək, inzibati təsir tədbirləri görülməsinə dair idarəetmə orqanlarına təkliflər vermək və görülmüş iş barəsində onlardan məlumat tələb etmək;
əhalinin kütləvi xəstələnməsi və zəhərlənməsi zamanı sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə və digər tibbi tədbirlərin görülməsi üçün müalicə-profilaktika və sanitariya-profilaktika müəssisələrinin çəkdikləri xərclərin ödənilməsi barədə tələblər irəli sürmək.
2. Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların baş dövlət sanitariya həkimləri müəyyənləşdirilmiş qaydada müvəqqəti yerli sanitariya qaydalarını təsdiq, nəşr və tətbiq etmək hüququna da malikdirlər.
3. Bu maddənin 1, 9, 10, və 11-ci bəndlərində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin mütəxəssislərinə də şamil edilir.
Maddə 35. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin vəzifələri və məsuliyyəti
1. Özlərinin səlahiyyəti daxilində dövlət sanitariya nəzarətini həyata keçirən Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxsləri və mütəxəssisləri:
sanitariya sahəsində hüquq pozuntularının qarşısını almaq, onları aşkara çıxarmaq və ləğv etmək üçün verilmiş səlahiyyətdən vaxtında və tam istifadə etməli;
əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onun sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində özlərinin fəaliyyətini vətəndaşların və cəmiyyətin hüquq və mənafelərinin müdafiəsi işində marağı olan dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai birliklər ilə əlaqələndirməli;
əhaliyə sanitariya qanunvericiliyinin yerinə yetirilməsi və sanitariya mədəniyyətinin artırılması məsələlərində kömək etməli; onlara bəlli ola bilən məlumat barəsində dövlət, xidmət və kommersiya sirrini qorumalıdırlar.
2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxsləri və mütəxəssisləri öz vəzifələrini lazımınca yerinə yetirməməyə, vəzifələrindən sui-istifadə etməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 36. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi
Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti baş dövlət sanitariya həkimlərinin, digər vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən bir ay müddətində tabelik üzrə yuxarı vəzifəli baş dövlət sanitariya həkiminə şikayət etmək olar. Şikayətlərə alındığı vaxtdan 30 gün keçənədək baxılır və onların barəsində qərar qəbul edilir. Qəbul edilən qərardan nara-zılıq olduqda vəzifəli şəxslərin və mütəxəssislərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məhkəməyə şikayət edilə bilər. Şikayət edilməsi şikayət olunan hərəkəti dayandırmır.
Maddə 37. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqi vəziyyəti və sosial müdafiəsi
Dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxslər dövlət idarəetmə orqan-larının nümayəndələridir və dövlət tərəfindən müdafiə olunurlar. Onlar öz fəaliyyətlərində müstəqildirlər və yalnız Azərbaycan Respublikasının qüvvədə olan sanitariya qanunvericiliyini əsas tuturlar. Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və mütəxəssislərin öz peşə vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə təsir göstərmək, yaxud onların fəaliyyətinə qarışmaq qadağandır. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləş-dirilmiş qaydada məsuliyyət daşıyırlar.
VI Fəsil Azərbaycan Respublikasinin Sanitariya Qanunvericiliyini Pozmağa Görə Məsuliyyət
Maddə 38. Sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə məsuliyyətin növləri
Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.
Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası ərazisində olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni məsuliyyət daşıyırlar.
Maddə 39. Sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət
Aşağıda göstərilənlərdə təqsiri olan vəzifəli şəxslər və vətən-daşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar:
qida məhsullarının, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi açıq və yeraltı su təchizatı mənbələrinin, sututarların və dənizin sahilboyu zolağının, torpağın, atmosfer hava-sının, iş zonası havasının kimyəvi, fiziki, bioloji və başqa şəkildə çirkləndirilməsi;
əhalinin sağlamlığının qorunmasını, sanitariya-epidemioloji salamatlığını və radiasiya təhlükəsizliyini təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən normativ-texniki sənədlərin hazırlanması, habelə, bu normalara və qaydalara, normativlərə zidd olan sənədlərdən istifadə edil-məsi;
gigiyena ekspertizası və dövlət nəzarəti olmadan yeni növ xammala, materiallara, maddələrə, məmulata, digər xalq təsərrüfatı məhsullarına, onların istehsalı texnologiyasına, ərzaq xammalına, qida məhsullarına dair normativ-texniki sənəd layihələrinin hazırlanması;
sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə razılaşdırmadan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin, su təchizatı, kanalizasiya, çirkab sulan təmizləmə sistemlərinin və hidrotexniki qurğuların perspektiv tikintisi və yerləşdirilməsi, nəqliyyat vasitələrinin, texnoloji proseslərin və avadanlığın yerləşdirilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə razılaşdırılmadan torpaq sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması və ya genişləndirilməsi üçün istifadə edilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan obyektlərin qəbul edilməsi və istismara verilməsi;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmədən, toksikoloji-gigiyena rəyi almadan yeni növ xammalın, materialların, maddələrin, digər xalq təsərrüfatı məhsullarının, onların istehsalı texnologiyalarının, ərzaq xammalının, qida məhsullarının, immunoloji-bioloji tibb preparatlarının istehsalı və tətbiqi;
ərzaq xammalının və qida məhsullarının keyfiyyətinə verilən tələblərə əməl edilməməsi, habelə onların tərkibində müəyyən edilmiş gigiyena normativlərindən artıq radionuklidlər, zəhərli, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan bioloji, kimyəvi maddələr, digər maddələr və birləşmələr olması;
ərzaq xammalının və qida məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmadan yeməli kənd təsərrüfatı bitkiləri və heyvanlar üçün boy maddələrinin, bitkiqoruyucu kimyəvi və bioloji vasitələrin ərzaq xammalı, qida məhsulları və dərman vasitələri ilə təmasda olan qabların, polimer və başqa materialların, heyvan yeminə əlavələrin tətbiqi;
xarici texnologiyaların, materialların, xammalın və məhsulların göndərilməsi, satışı və istifadəsi zamanı sanitariya norma-larının və qaydalarının, gigiyena normativlərinin pozulması;
mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə, beynəlxalq və dövlət standartlarına uyğunluğunun təmin edilməməsi;
mərkəzləşdirilməmiş su təchizatında, sututarlarda və dənizin sahilboyu zolağında əhalinin mədəni-məişət məqsədləri ilə sudan istifadə etdiyi yerlərdə suyun keyfiyyətinin müvafiq sanitariya normalarına və tələblərinə uyğunluğunun təmin edilməməsi;
yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına sənaye, o cümlədən radioaktiv və zəhərli maddələrin, kənd təsərrüfatı və təsərrüfat-məişət tullantılarının yığılmasına, saxlanılmasına, daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması;
atmosfer havasının qorunması sahəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması;
uşaq tərbiyə və yeniyetmə müəssisələrində, texniki peşə məktəblərində, habelə müəssisələrdə təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri, radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin əmək, iaşə və istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara, normativlərə əməl edilməməsi;
səhiyyə idarələrində və başqa idarələrdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərə əməl edilməməsi;
radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən, habelə radioaktiv tullantıları basdırarkən sanitariya normalarının və qaydalarının pozulması;
yoluxucu, parazitar xəstəliklərin yayılması qarşısını almaq və onları ləğv etmək üçün tədbirlərin görülməməsi;
dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin göndərişləri üzrə sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistik və digər xüsusi ekspertizalar aparılmasından əsassız imtina edilməsi;
tibbi müayinədən keçməyən, yaxud səhhətinə görə yararsız hesab edilən şəxslərin işə buraxılması;
işçilərin ayrı-ayrı kateqoriyaların məcburi tibbi müayinələrdən keçməməsi, yaxud müayinədən keçmə müddətlərini pozması; dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yeri-nə yetirilməməsi;
obyektdə sanitariya-gigiyena şəraitinin və epidemioloji vəziyyəti müəyyənləşdirmək üçün lazımi materialları və məlumatı verməkdən imtina olunması;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin bağladıqları obyektlərdə, istehsal xətlərində və sahələrində plombun qırılması, yaxud orada işin yenidən başlanması;
qəzalar, sanitariya-epidemioloji şərait və əhalinin sağlamlıq vəziyyəti haqqında məlumatın qəsdən gizlədilməsi və ya təhrif edilməsi.
Maddə 40. Əhalinin əmək, məişət və istirahət şəraitinə mənfi təsirlərin ləğv edilməsi ilə əlaqədar xərclərin ödənilməsi
Sanitariya qanunvericiliyinin pozulmasında təqsiri olan bütün müəssisələr, idarələr, təşkilatlar, ictimai birliklər və vətəndaşlar zərərçəkənlərin sağlamlığının pozulması ilə əlaqədar maddi zərəri, onların müalicəsinə və sağlamlığının bərpa edilməsinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə tədbirlərin görülməsinə çəkilən xərcləri ödəməlidirlər. İctimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin zərəri öd