AzTehsil.com


H/N sənədlər / Direktor
11 yanvar 2017
12 497


Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması



Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

 


1.Azərbaycan Respublikasının Konstitutsiyası

2.Azərbaycan Respublikasının Əmək məcəlləsi (IX bölmə)

3.Azərbaycan Respublikası Nazirlər kabinetinin 06.03.2000-ci il tarixli, 38№ li əmri ilə təsdiq edilmiş, "İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”

4.Azərbaycan Respublikasının Təhsil Qanunu

5.Azərbaycan Respublikasının Ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsi

6.Azərbaycan Respublikasının Ümumtəhsil məktəblərinin işçiləri üçün əmək intizam qaydaları

7.Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemi müəssisələrində əməyin mühafizəsi üzrə işin təşkili haqqında Əsasnamə (TN 120№ li əmri, 1999 – cu il)

8."Əməyin mühafizəsi və icbari tibbi müayinə barədə” Təhsil Nazirliyinin 02.03.2000-ci il tarixli 189№ li əmri

9."Təhsil orqanlarının və təhsil müəssisələrinin yanğından mühafizəsi barədə” 28.11.2002 – ci il tarixli, 1094/s sərəncamı

10."Şəhərin təhsil müəssisələrində əməyin mühafizəsi və yanğından mühafizə üzrə işin təşkili barədə” BŞTİ – nin 199№ li 08.10.2007-ci il tarixli əmri


___№ li məktəb üzrə ___№ li ƏMR         __________________201_ - ci il


"Məktəbdə əməyin mühafizəsi üzrə  işin təşkili haqqında”

          Azərbaycan Respublikasında əməyin mühafizəsi üzrə qanunvericiliyinə, normativ – hüquqi aktların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası TN sistemi müəssisələrində əməyin mühafizəsi üzrə işin təşkili haqqında Əsasnaməyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən əməyin mühafizəsi sahəsində qəbul edilmiş sərəncamları rəhbər tutaraq
                                                  ƏMR EDİRƏM

1.TN əməyin mühafizə məsələlərinə dair əmrləri, sərəncamları, təlimat məktubları rəhbərlik üçün əsas götürülsün.

2.Əməyin mühafizəsi sahəsində görülən işlərə dair tədbirlər planı təsdiq edilsin (əlavə olunur)

3.Əməyin mühafizəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə komissiya yaradılsın : 

4.Tədris kabinetləri, laboratoriyaları, emalatxanaların müdirlərinə (_____________) iş yerlərinin, avadanlığın, cihazların, idman inventarlarının və s. təhlükəsiz vəziyyətdə olmasının təmin edilməsi, mövcud təhlükəsizlik texnikası, istehsalat sanitariyasının qaydalarının və təlimatlarının yerinə yetirilməsi, məşğələlərin keçirilməsi üçün sağlam və təhlükəsiz şəraitin yaradılması üzrə zəruri tədbirlərin görülməsi, dərslərdə şagirdlərin təhlükəsizlik texnikası üzrə təlimatlandırılması və xüsusi jurnallarda qeyd edilməsi, tapşırıqlar zamanı şagirdlərdə baş vermiş bədbəxt hadisələr üçün şəxsi məsuliyyət daşıyırlar.

5.Məktəbin gəncləri çağırışaqədərki hazırlığı üzrə rəhbəri (_____________) hərbi kabinetlə, çöl məşğələləri dövründə,  hərbi hissələrdə ibtidai hərbi hazırlıq üzrə məşğələlər keçərkən şagirdlərin təhlükəsizliyinə şəxsən məsuliyyət daşıyır, sağlam və təhlükəsiz şərait üçün tədbirlərin görülməsi, təhlükəsizlik texnikası üzrə təlimatlandırılması və jurnallarda qeydiyyatın aparılması tapşırılır.

6.Məktəbin müəllimləri və sinif rəhbərləri şagirdlərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını öyrənib, təlim-tərbiyə prosesi keçirilərkən onlara ciddi riayət etməli və tədbir keçirilən zaman şagirdlərin həyatı və sağlamlığının mühafizəsinə şəxsi məsuliyyət daşıyırlar. Şagirdləri tədris planlarındakı fənlər (fizika, kimya, biologiya, fiziki tərbiyə, əmək təlimi, informatika) üzrə dərslərdə sinif jurnallarında mütləq qeydiyyat aparılmaqla təhlükəsizlik texnikasına dair təlimatlandırılması tapşırılır.

7.Sinifdənxaric və məktəbdən kənar işlər üzrə təşkilatçıya (_____________) sinifdənkənar və məktəbdənkənar tədbirlərin, dərnək məşğələlərinin keçirilməsi zamanı sanitar – gigiyenik norma və tələblərə, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, sinif rəhbərlərinin, müəllimlərin, şagirdlərin bu işdə təlimatlandırılması və xüsusi jurnallarda qeydiyyatın aparılmasına nəzarətin təşkili, təşkilat saatlarında və iclaslarında şagirdlərin və valideynlərin təlimatlandırılması tapşırılır.

8.Təlim – tərbiyə işləri üzrə direktor müavinləri (_____________) təlim-tərbiyə prosesində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi normalarına və qaydalarına riayət edilməsi, tədris kabinetlərində, emalatxanalarda şagirdlər üçün təhlükəsizlik texnikası üzrə təlimatların hazırlanması və şagirdlərlə təlimatların planlaşdırılması, vaxtında aparılması və onun qeydiyyatının keçirilməsi tapşırılır. 

9.Təsərrüfat işləri üzrə direktor müavini (_____________) əməyin mühafizəsi üzrə işin təşkil edilməsi, istehsal və enerji avadanlıqlarının, suqızdırıcı qazanxanalarının, boruların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə riayət olunması, müəssisədə sanitariya – gigiyenik vəziyyətin düzgünlüyünün, məktəb binasının, qurğularının və ərazisinin təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələblərinə müvafiq istismar olunması və saxlanmasının təmin edilməsi, su və qaz kəmərlərinin, istilik şəbəkəsinin saz vəziyyətdə olmasına riayət edilməsi tapşırılır və o, bu işlərdə şəxsi məsuliyyət daşıyır.

10.Məktəbin direktoru ağır bədbəxt hadisə baş verdikdə yuxarı orqan rəhbərlərinə, prokurorluğa təcili məlumat verməli, hər il həmkarlar ittifaqı komitəsi ilə əməyin mühafizəsinə dair müqavilə bağlamalı və onun yerinə yetirilməsini, əməyin mühafizəsi işi üzrə məsələlərin müzakirəsini, pedaqoji işçilərinin, o cumlədən, işə yeni qəbul olunan şəxslərin təlimatlandırılmasını, müəssisə işçilərinin dispanserləşdirilməsinin vaxtında aparılmasını təmin etsin.

11.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Məktəbin direktoru : 

Təsdiq edirəm :                                                           Razılaşdırılmışdır : Həmkarlar komitəsinin sədri

Məktəbin direktoru : 
"__” ____________201_ - ci il                                   "__” ____________201_ - ci il
 
 

Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov




Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin  və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə