AzTehsil.com


H/N sənədlər
15 iyul 2016
20 938


RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası



RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

 


MÜDİR
 
Əmək funksiyası: Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikasının Təhsil Qanunu”na, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin direktiv sənədlərinə, "Ümumitəhsil məktəbin nümunəvi Əsasnaməsinə”, Təhsil Nazirliyinin əmr, sərəncam və təlimatlarına, eləcə də hüquqi-normativ aktlara uyğun olaraq metodik kabinetin bütün istiqamətlərdə işinin təşkilinə və fəaliyyətinə rəhbərlik edir; öz fəaliyyətində təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi prinsipini əsas tutaraq, tədris prosesinin keyfiyyətli təşkilini, plan və proqramların yerinə yetirilməsini, texniki və əyani vasitələrdən, metodik materiallardan istifadə olunmasını təmin edir; məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində təlim və tərbiyənin vəziyyətinin araşdırılmasını, dərindən təhlil aparılmasını, qabaqcıl təcrübənin öyrənilməsini, ümumiləşdirilməsini, həyata keçirir; pedoqoji mühazirələrdə, elmi-praktik konfranslarda, sərgilərdə, mətbuat sahələrində yeniliklərin yayılmasını, müəllimlərin gündəik fəaliyyətində müasir təhsil innovasiyalarının, pedoqoji texnologiyaların tətbiq olunmasını təşkil edir; pedoqoji kadrların tələb və maraqlarını nəzərə alaraq onların təkminləşdirilməsinin, ixtisasının aparılmasının və yenidən hazırlanmasının daha effektiv forma və metodlarını müəyyənləşdirir; müəllimlərin və digərtəhsil işçilərinin ixtisasının artırılması üzrə cari və perspektiv plan-qrafikləri tərtib edir; müəssisə rəhbəri ilə birlikdə onların ixtisasartırma təhsilinə cəlb edilməsi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün digər tədbirləri həyata keçirir; dayaq məntəqələri mexanizminin tətbiqi ilə əlaqədar bu işin səmərəli icra olunmasını təşkil edir; şəxsi təhsil yolu ilə ixtisaslarını artıran dinləyicilərə hər cür metodiki yardım göstərir; dərslik, dərs vəsaiti və yeni proqramları müzakirə edir, onların müəllifləri ilə görüşlər keçirir; müəllimlərin fəaliyətini monitorinq-qiymətləndirmə yolu ilə izləyir; tədris prosesinin yaxşılaşdırılması üçün təkliflər verir, metodik materialların alınması, paylanması və istifadə olunmasını təşkil edir; təlim-tərbiyə müəssisələrində psixoloji xidmətin təşkilinə, istedadlı, həmçinin əqli və ya fiziki cəhətdən qüsurlu uşaqların aşkara çıxarılmasına, onlarla işin təşkilinə əməli kömək göstərir; metodiki işin təşkilində və pedoqoji kadrların attestasiyadan keçirilməsində təlim-tərbiyə müəssisələrininrəhbərlərinə zəruri kömək göstərir; fənn olimpiadalarının, müsabiqə və treninqlərin, eləcə də tədbirlərin keçirilməsini təşkil edir; rayonda (şəhərdə) tərbiyə işinin yüksək səviyədə təşkilinə metodiki kömək göstərir; fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün bütün pedoqoji-təşkilatı tədbirləri həyata keçirir; fənn müəllimlərinin assosasiyalarını yaradır və onun fəaliyyətini istiqamətləndirir; müəyyən olunmuş qaydalar çərçivəsində tabeliyindən olan metodislərin fəaliyyətini idarə edir, onlar arasında vəzifə bölgüsünü müəyyənləşdirir, işin səmərəli təşkilinə nail olur, vaxtaşırı onların hesabatını dinləyir; metodiki kabinetdə uçot və kargüzarlıq işlərinin yerinə yetirilməsini təmin edir; müəyyən olunmuş qaydada müvafiq orqanlara hesabat verir.
Bilməlidir: "Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, direktiv orqanların təlim-tərbiyə sahəsinə dair normativ sənədlərini; Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və yerli təhsil orqanlarının əmr, sərəncam və təlimatlarını; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; müvafiq kateqoriyalı pedoqoji işçilərlə metodiki işin təşkili üçün zəruri olan normativ və direktiv sənədləri; pedaqogikanın və pedaqoji-psixologiyanın son elmi və təcrübi nailiyyətlərini; metodiki işin ənənəvi metod, forma və müasir texnologiyalarını, tədris proqramları və tədris-metodik sənədlərin işlənməsi ardıcıllığını, metodistlərin işini qiymətləndirməyi və hesabat tərtib etməyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Ali pedaqoji təhsil;
2. Ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və ya elmi adı olduqda 3 il) pedaqoji staj;
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).
14-cü dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-ə qədər olduqda;
15-ci dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-dən çox olduqda.
 
METODİST  Əmək funksiyası:

 


Təlim-tərbiyə müəssisələrində metodiki işləri planlaşdırır və təşkil edir. Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır. Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir.
Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir.
Məktəb, rayon (şəhər) səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir.
Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir.
Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir.
Müəllimlərin attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak edir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu və bu qanundan irəli gələn qanunvericilik aktlarını, Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini, pedaqogika və psixologiyanın son nailiyyətlərini, ixtisas fənnini və onun tədrisi metodikasını, metodiki işin təşkili və aparılmasını, bu sahədə respublika və beynəlxalq iş təcrübəsini, həmçinin əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
12-ci dərəcə   (metodist)  -  ali təhsilli,   5  ildən   10  ilə  qədər pedaqoji stajı olan;    
13-cü dərəcə (II kateqoriyalı metodist) - ali təhsilli, 10 ildən 15 ilə qədər pedaqoji stajı olan;
14-cü dərəcə (! kateqoriyalı metodist) - ali təhsilli, 15 ildən 20 ilə qədər pedaqoji stajı, aktual problemlərə həsr edilmiş məqalə, tövsiyə və metodik işləmələrlə müəllimlərə kömək edən, ixtisas fənni üzrə proqram materiallarını təxmini olaraq planlaşdıran, yoxlama yazı işi mətnlərini tərtib edən.
15-ci dərəcə (ali kateqoriyalı metodist) -1 kateqoriyalı metodistə Qoyulan tələbləri yerinə yetirməklə yanaşı elmi dərəcəsi və ya "əməkdar" fəxri adı olan; rayon (şəhər) qabaqcıl təcrübə məktəbləri, müəllif məktəbləri, yaradıcı müəllim qrupları yaratmağı və onlarla işləməyi, fənlər üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yoxlamaq üçün testlər hazırlamağı bacaran və onlardan istifadə etmək metodikasını bilən.
 
MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ METODİST Əmək funksiyası:
Rayonun məktəbəqədər müəssisələrində metodiki işi təşkil edir. Uşaqların tərbiyə-təlim və məktəbə hazırlıq işlərini təkmilləşdirmək üçün məktəbəqədər müəssisələrin işini öyrənir, təhlil edir. Tabeliyindən asılı olmayaraq məktəbəqədər müəssisələrin müdir və tərbiyəçilərinə uşaqların tərbiyə-təlim prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin təkmilləşdirilməsində yaxından köməklik göstərir. Bağçaların rəhbər və pedaqoji işçilərinin qabaqcıl iş təcrübəsini ümumiləşdirir və yayılması üçün tədbir görür, pedaqoji işçilərin metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Pedaqoji kadrların ixtisaslarının artırılması işini həyata keçirir. Bütün kateqoriyalı məktəbəqədər işçilər üçün kurslar, seminarlar, metodbirləşmələr təşkil edir. Pedaqoji oxular, konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir. Valideynlər arasında pedaqoji biliklərin yayılması işini təşkil edir. Məktəbəqədər müəssisələrin fəaliyyətinin yoxlanması işində iştirak edir. Metodiki kabineti lazımi metodik ədəbiyyat, əyani təlim vəsaitləri, təlimatı-metodiki materiallarla təchiz edir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, məktəbəqədər tərbiyəyə aid rəhbər orqanların əmrlərini, təlimatlarını, sərəncamlarını və başqa normativ sənədlərini; məktəbəqədər tərbiyənin nəzəriyyəsi və metodikasını; metodiki işin təşkili və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; texniki təhlükəsizliyin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali ixtisas təhsilli və məktəbəqədər müəssisələrdə 5 ildən az olmayaraq pedaqoji iş stajı.
12-ci dərəcə (metodist) - 5 ildən 10 ilədək pedaqoji stajı olan;
13-cü dərəcə (II kateqoriyalı metodist) - 15 ildən 20 ilədək pedaqoji stajı olan;
15-ci dərəcə (ali kateqoriyalı metodist) - 20 ildən çox stajı olan; təcrübəsi respublika səviyyəsində yayılmış, elmi dərəcəsi olan.
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası Hissə - 75





Загрузка...