AzTehsil.com


UBR
14 iyul 2016
88 095


Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası



 

Uşaq ictimai birlikləri və təşkilatının fəaliyyətini təşkil edir. Uşaq birlikləri təşkilatının rəhbəri iş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. Öz işini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Təşəbbüslərə yaradıcı yanaşır, yeniyetmələrin qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.


Uşaq Birlikləri Təşkilatlarının fəaliyyətinin  məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir. Uşaq və  yeniyetmələrin öz istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir. Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir, öz professional biliklərini artırır. Uşaq təşkilatını maddi texniki bazasını qoruyur və inkişaf etdirir. Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.


Bilməlidir:
Uşaq hərəkatının qanunauyğunluğunu, ənənələrini, uşaq və gənclərin hüquqlarını, tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini, uşaq birlikləri təşkilatının rəhbərlərinin vəzifələri qarşısında duran tələbləri.


Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə - iş stajına tələb qoyulmadan ümumi orta təhsili olanlar;
8-ci dərəcə - iş stajına tələb qoyulmadan orta ixtisas təhsili olanlar, uşaq birliyi təşkilatı rəhbərləri hazırlayan Respublika məktəbini bitirənlər:
9-cu dərəcə - a) ali təhsilli, iş stajına tələb qoyulmadan: b) 5 ildən çox iş stajı olan, orta ixtisas təhsilli: 10-cu dərəcə - ali təhsilli, 5 ildən çox iş stajı olanlar.




Загрузка...
Həmçinin oxuyun: