AzTehsil.com


H/N sənədlər
01 yanvar 2017
7 420


Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu



Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

 


Qəbul edilmişdir: 10 iyun 1997-ci il, № 314-IQ. Əlavə və dəyişikliklər: 1. 5 oktyabr 1999-cu il, № 706-IQD;

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. 

Maddə 1. Müraciət etmək hüququ 

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. 

Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik 

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 

Maddə 3. Əsas anlayışlar 

Təklif — dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət. 

Ərizə — vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət. 

Şikayət — dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət. 

Maddə 4. Bu Qanuna aid olmayan sahələr 

Bu Qanunun qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şamil edilmir (4-cü maddənin birinci hissəsinə 9 oktyabr 2007-ci il tarixli 430 saylı Qanunla edilmiş düzəliş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir).

Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır. 

Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir.

İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 

Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri 

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər. 

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. 

Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən: 

onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər; 

təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; 

təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. 

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən səbəblərin aradan qaldırılması üçün tədbirlər görməlidir. 

Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası 

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər. 

Maddə 7. Müraciətə baxılması qaydası 

Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər. 

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları 5- beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir. 

Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. 

Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar, müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır. 

Müraciəti qəbul etməkdən imtina qadağandır..

Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.  
Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. 

Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər. 

Maddə 8. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası 

Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir.

Vətəndaşların müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir. 

Kargüzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır. 

Maddə 9. Qərardan şikayət etmək hüququ 

Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir. 

Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə verilə bilər. 

Maddə 10. Müraciətə baxılma müddəti 

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır. 

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır. 
Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarına və hərəkətlərinə dair müraciətlərə dərhal baxılmalıdır.
 
Maddə 10-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri 

10-1.1. Dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır. 

10-1.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən həyata keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa çatdırılmalı və nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər. 

10-1.3. Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdağı qərarlardan birini qəbul edir: 

10-1.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati (10) məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi (10) barədə; 

10-1.3.2. müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə; 

10-1.3.3. müraciətin əsaslı olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə. 

10-1.4. Qəbul edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan şikayət vermək hüququ izah edilir. 

10-1.5. Dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. 

10-1.6. Dövlət hakimiyyəti orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla müəyyən edilmiş ümumi qaydada baxılır.

Maddə 11. Bu Qanunun pozulmasına görə məsuliyyət 

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar. 

Vətəndaş böhtan məqsədi ilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 

Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir. 
 


«Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları»na Əlavə Qeydiyyat-nəzarət vərəqəsinin forması
(doldurulması barədə göstərici əlavə edilir) (qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfi)
Dövlət hakimiyyəti orqanın, idarə, təşkilat və ya müəssisənin adı
Dövlət hakimiyyəti orqanının, idarə, təşkilat və ya müəssisənin müvafiq struktur bölməsi
 
(sənədinkodu)  Qeydiyyat nəzarət   vərəqəsi        (orqanın, idarə, təşkilat və ya müəssisənin kodu)
 
Müraciət edən (soyadı, adı, atasının adı, ünvanı və ya işlədiyi yer, vəzifəsi, telefonu)________________ 

Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) ________________________ 

Müraciətin forması, növü, vərəqlərin sayı __________________________ 

Kimə ünvanlanıb __________________________________________ 

Əvvəlki müraciətlər ________________________________________ 

(daxilolma tarixi, qeydiyyat nömrəsi (indeks) 

Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat nömrəsi_________ 

(indeksi) _______________________________________________ 

Qısa məzmunu ___________________________________________ 

İcra edən _______________________________________________ 

Dərkənar _______________________________________________ 

Dərkənarın müəllifi _________________________________________ 

İcraya verilmə tarixi ________________________________________ 

İcranın müddəti ___________________________________________
 
Format A5 (148ґ210) _____________________________________ 

(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfi)
 
   

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

 

Qeydiyyat-nəzarət vərəqəsinə Əlavə
 
Qeydiyyat-nəzarət vərəqəsinin doldurulmasına dair göstərici
(qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfinə dair)

Müraciət edən — müraciət edənin soyadı, adı, atasının adı, yaşadığı və ya işlədiyi yer, vəzifəsi, telefonu.

Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) — təklif, ərizə və ya şikayətin poçtla və ya şəxsi qəbulda daxilolma tarixi və onun qeydiyyat indeksi.

Müraciətin forması və növü — poçtla və sair yolla daxil olmuş (məktub, teleqram və sair) və ya şəxsi qəbulda verilmiş, təklif, ərizə və ya şikayət, onun vərəqlərinin sayı.

Kimə ünvanlanıb — təklif, ərizə və ya şikayətin ünvanlandığı şəxsin vəzifəsi və soyadı, adı və atasının adı.

Əvvəlki müraciətlər — müəllifin bu müraciətdən əvvəl göndərdiyi (verdiyi) ərizə, təklif və ya şikayətin daxil olma tarixləri və qeydiyyat nömrələri (indeksləri).

Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) — vətəndaşın təklif, ərizə və ya şikayətini göndərən təşkilatın adı, həmin təşkilatın göndərdiyi müşayiətedici məktubun daxil olma tarixi və qeydiyyat nömrəsi (indeksi).

Qısa məzmunu — təklif, ərizə və ya şikayətin qısa məzmunu (predmeti).

İcra edən — təklif, ərizə və ya şikayətin baxılıb həll olunmasına cavabdeh olan təşkilatın və ya struktur bölmənin adı.

Dərkənar — müraciətin üzərindəki qeyddən köçürülür və ya şəxsi qəbulda yazılır.

Dərkənarın müəllifi — rəhbərin, birinci dərkənarın müəllifinin vəzifəsi və soyadı, adı və atasının adı, tarix.

İcraya verilmə tarixi — təklif, ərizə və ya şikayətin icra edən təşkilata (struktur bölməyə) verildiyi tarix.

İcranın müddəti — qanunvericilikdə müəyyən edilmiş icra olunma müddətlərinə və ya dərkənara uyğun olaraq göstərilir. Müddət dəyişildikdə, yeni müddət göstərilməklə sətrin növbəti qrafasında əvvəlki müddətin dəyişdirilməsi barədə qərarı qəbul edən rəhbərin vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur.

Qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sol küncündə onun ölkə üzrə idarəedici sənədlərin sinifləşdirilməsi üzrə kodu və sağ küncündə həmin vərəqənin açıldığı dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilatın kodu göstərilir.

Təkrar müraciətlərin qeydiyyatı zamanı qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sağ küncündə «Təkrar» ştampı vurulur.
(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfinə dair)

İcranın gedişi

Müraciətin icraçıya verildiyi tarix, müddət — bu qrafada müraciətin onun bilavasitə icraçısına verildiyi tarix göstərilir. (Boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).

İcraçı — bu qrafada bilavasitə icraçının vəzifəsi, soyadı, adı, atasının adı və telefonu. (Boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).

İlkin cavab və ya əlavə sorğu barədə qeyd — ilkin cavabın və ya sorğunun qısa məzmunu, ünvanı, tarixi və qeydiyyat nömrəsi (indeksi).
Nəzarət və ya xidməti qeydlər — icranın vəziyyəti və sair barədə yadasalma haqqında (xidməti) qeydlər.

İcranın (cavabın) tarixi, indeksi — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin tarixi və qeydiyyat indeksi.

Kimə göndərilib — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin göndərildiyi bütün ünvanlar.

Cavabın məzmunu — müraciətdə qoyulan məsələnin həlli üzrə qəbul olunmuş son qərar göstərilməklə cavab sənədinin başlığı («məqbul hesab edilmişdir», «imtina edilmişdir» və ya «izah edilmişdir»).

Nəzarətdən çıxarılmışdır — təklif, ərizə və şikayətin nəzarətdən çıxarılması barədə qərarı qəbul edən rəhbərin və ya digər vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.

Nəzarətçinin imzası — vətəndaşların təklif, ərizə və şikayətləri üzrə nəzarətə cavabdeh olan vəzifəli şəxsin imzası.

İş, cild, fond, vərəqlər — nomenklatur üzrə işin indeksi, vərəqin və cildin nömrələri (iş başa çatdıqdan və işə tikildikdən sonra qeyd olunur).

Fond, siyahı, iş — iş arxivə təhvil verildikdən sonra qoyulur.

Qeyd:

1. Qeydiyyat-nəzarət vərəqələrinin tövsiyə edilən ölçüləri: A5/148x210 və ya A6/105x148.

2. Vətəndaşların təklif, ərizə və şikayətlərinə dair kargüzarlıq işinin aparılmasında elektron-hesablayıcı texnikadan istifadə olunarsa, elektron hesablayıcı texnikadan istifadə üçün rahat olan, sıra ilə yerləşdirilmiş yuxarıda göstərilən rekvizitlərin hamısını özündə əks etdirən qeydiyyat-nəzarət vərəqələri istifadə oluna bilər.





Загрузка...
Həmçinin oxuyun:
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı