AzTehsil.com

H/N sənədlər
26 may 2016
6 654

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.
Şəhadətnamənin və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları (müdirləri) məsuliyyət daşıyırlar.Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ümumi təhsil müəssisəsinin direktoru (müdiri) tərəfindən məsul şəxs təyin edilir.

Şəhadətnamənin və attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisələrinin direktoru (müdirləri) tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan şəhadətnamə və attestatın qeydiyyatı aparılır.
Şəhadətnamə və attestat kalliqrafik xətlə qara tuşla yazılır. Şəhadətnamədə və attestatda düzəlişə və qaralamalara yol verilmir. Şəhadətnamənin və attestatın möhür üçün ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.

Doldurulan zaman korlanmış şəhadətnamə və attestat aktlaşdırılır və silinməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qaytarılır.Şəhadətnamədə və attestatda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.Şəhadətnamədə və attestatda ümumi təhsil müəssisəsinin adı onun Nizamnaməsinə uyğun yazılır.

Şəhadətnamənin və attestatın verilməsi
Şəhadətnamə və attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.
Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir.
Şəhadətnamənin və attestatın surəti məzunun şəxsi işində saxlanılır.
Hər il sentyabrın 15-dək məzunlara verilməyən şəhadətnamə və attestat doldurulmuş halda ümumi təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şəhər (rayon) təhsil şöbələrinə qaytarılır.
Ümumi təhsil müəssisəsi ləğv olunduqda şəhadətnamə, attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
Ümumi təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəbdən şəhadətnamə və attestat almayan şəxslərə şəhadətnamə, attestat və ya onların dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi olan təhsil müəssisəsi tərəfindən verilir.
Şəhadətnamənin və attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:
- sıra nömrəsi;
- şəhadətnamənin və attestatın seriyası və nömrəsi;
- şəhadətnamə və attestat alanın soyadı, adı və atasının adı;
- şəhadətnamənin və attestatın verilmə tarixi;
- şəhadətnamə, attestat alan və şəhadətnamə, attestat verən şəxslərin imzası.
Şəhadətnaməni və attestatı itirmiş şəxslərə şəhadətnamənin və attestatın dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.
Şəhadətnaməni və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna (müdirinə) müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, şəhadətnamənin və attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.
Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində şəhadətnamənin və attestatın dublikatını verir.Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın dublikatı arxiv sənədləri əsasında verilir. Dublikat kimi verilən şəhadətnamənin və attestatın sağ səhifəsinin yuxarı küncündə "Dublikat” ştampı vurulur.
İtirilmiş şəhadətnamənin və attestatın əvəzinə arayış vermək qadağandır. Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə şəhadətnamə və attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.

Загрузка...
Həmçinin oxuyun:
Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?