AzTehsil.com


H/N sənədlər / Direktor / Müəllim
04 noyabr 2016
22 188


Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti



Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

 

                                         
A. Tərəfləri 
    - İşçi
Qayda: 15 yaşına çatmış fiziki şəxslər.
Qadağa: 1) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər
2) yaşı 18-dən az olanların işlədilməsi qadağan olan işlər
buruq qazmaçısı (buruq dəzgahı maşinisti);
      partladıcı;
     yararsız layların boşaldıcısı; 
    Əsas: Nazirlər Kabinetinin  24.03.2000 tarixli, 54 saylı qərarı

    - İşəgötürən18 yaş
Qayda: tam fəliyyət qabiliyyəti , anlaqlıq , məhdud olmama , İstisna: vərəslik yolu

Əmək Məcəlləsinin  42-ci maddəsi
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 
Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
 
 Əmək Məcəlləsinin .43 – cü maddəsi   
1.Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
a) işçinin soyadı, adı, atasının adı və ünvanı , şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı; 
b) işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiq. verən orqanın adı;
c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
d) əmək müqaviləsinin müddəti;
e) işçinin əmək funksiyası;
ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olun.;
f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
g) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

Sual: Sayılanların hamısı əmək müqaviləsinin impertaiv (məcburi) şərtləridirmi?

Mülki Məcəllə. 405-ci maddəsinin.1-ci bəndi
- Tərəflər müqavilənin bütün mühüm (məcburi) şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 
- Müqavilənin predmetinə dair şərtlər, Əmək Məcəlləsində həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

Əmək Məcəlləsinin  .46-cı maddəsinin .5-ci bəndi
 - ƏM-nin 43.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. 

- Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. 

- Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
 
Əslində Əmək Müqaviləsinin Məcburi Şərtləri bunlar olmalıdır
1) işçinin soyadı, adı, atasının adı; 
 2) işəgötürən adı;
3) işçinin iş yeri, vəzifəsi (peşəsi);
4) işçinin əmək funksiyası;
5) işçinin əmək haqqı

                                           Qalanlar isə dispozitiv xarakterdə şərtlərdir
1) işçinin ünvanı , şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini  verən orqanın adı;
2) işəgötürən ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət  vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiq. verən orqanın adı;
3) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
4) əmək müqaviləsinin müddəti;
5) iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olun.;
6) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
7) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
 
                                          Əmək Müqaviləsinin Forması
Əmək Məcəlləsinin 44-cu maddəsi    
     1. Əmək müqaviləsi yazılı formada bağlanır.
     2. Tərəflərin razılığı ilə əmək müqav. ƏM-ə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
     3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

               Sual: Yazılı formaya əməl edilməməyin məsuliyyti nədir?

Mülki Məcəllənin  329-cu maddəsinin .1-ci bəndi
     Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə    müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
İnzibati Xətalar Məcəlləsinin  53-cu maddəsinin .1-ci bəndi
     AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilir.
Əmək Məcəlləsi. 49-cu maddənin .2-ci bəndi. 
     İşçi Əmək Məcəlləsinin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir.
 
                                         Xüsusi Hallar
1. Yaşı 18-dən az olanlarla əmək müqav. bağlanarkən qanuni nümyənd-in yazılı razılığı 

   Əmək Məcəlləsi 46-cı maddənin .4-cü bəndi. 
15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
   
   Əmək Məcəlləsi 249-cu .2-ci bəndi. 
Gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, litseylərin və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçirilməsi üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir.
 
    2. Kollektiv əmək müqaviləsi bağlanarkən kollektivin hər bir üzvünün yazılı razılığı
    
  Əmək Məcəlləsi  46-cı maddəsinin .2-ci bəndi
Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən  kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. 
Bu halda işçilər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir.

                   Əmək müqaviləsinin qüvvəyə minməsi

Əmək Məcəlləsinin 49-cu maddəsi
1. Əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir.
2. İşçi Əmək Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir.
3. Əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.ğ

                  I. Bağlanması ,Əmək müqaviləsində sınaq müddəti ,anlayışı

Əmək M 51-ci maddəsi
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. 
Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

Bax: Əmək Məcəlləsinin  179-cu maddəsi

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Əmək müqaviləsində sınaq müddəti 
Sınaq müddəti müəyyən edilməyən hallar

Əmək Məcəlləsinin 52-ci maddəsi
- yaşı 18-dən az olan şəxslərlə;
- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, 
- habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; 
 - təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; 
 - ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; 
- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Əmək müqaviləsində sınaq müddəti .Sınaq müddətinin təyin edilməsinin hüquqi nəticələri  

Əmək Məcəlləsinin  53-cu maddəsi
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3-üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. 
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

 Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətləri (Əmək Məcəlləsinin 50-ci maddəsi)

1. Məcburiliyi
  Qayda: Azad surətdə 
Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər (Əmək Məcəlləsinin  50-cu maddəsnin 1-ci bəndi ).

İstisna: Bəzi vəzifələrin tutulması
Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir (Əmək Məcəlləsinin  50-cu maddəsnin 1-ci bəndi ). 

 
2. Ayrı seçkiliyin qadağan olunması
İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.
 Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətləri (Əmək Məcəlləsinin  50-cu maddəsni )

3. Forması
Müsabiqə işçinin sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər (Əmək Məcəlləsinin  50-cu maddəsnin 3-cü bəndi ).

4. Nəticə 
- Qaliblə əmək müqaviləsi bağlayır (Əmək Məcəlləsinin 50maddəsinin  5-ci bəndi).

- Müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən 1-bir ay müddətində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin  50-cu maddəsnin 6-cı bəndi ). 

Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. 
Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir.

                                  II. Əmək Müqaviləsinin Müddəti 

Əmək Məcəlləsinin 45-ci maddəsi
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda , Əmək Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

  Müddətli əmək müqaviləsi bağlanan hallar (Əmək Məcəlləsinin 47-ci maddəsi)

1. İşçinin müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrası zəruri olduqda
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda  müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının  başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

2. İş mövsümlük xarakterdə olduqda
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

3. İşin həcmi və davamiyyəti qısamüddətli olduqda
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

4. Qanunda sayılan müəyyən dövrlərdə  
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq  səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrləri) hallarda;
Müddətli əmək müqaviləsi bağlanan hallar (Əmək Məcəlləsinin M 47-ci maddəsi)

5. İşçi müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadıqda,

6. Pensiya yaşına çatanadək işləmək istəyi olduqda 

işçinin şəxsi, 
ailə-məişət vəziyyəti ilə bağlı olan, 
o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən
müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, 

Pensiya yaşına çatanadək işləmək istəyi olduğu hallarda;

            III. Əmək Müqaviləsi Bağlanarkən Sənədləşmə

    Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi

Əmək Məcəlləsinin  81-ci maddəsi
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

2. Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan  əmək münasibətlərinin işəgötürənin əmri ilə rəsmiləşdirilməsi qadağandır.
   
Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu  

Əmək Məcəlləsinin  85-ci maddəsi

Uçotun aparılması 
1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. 

Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.


   Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu  

2. Saxlama Vəzifəsi  (Əmək Məcəlləsinin 85-ci maddəsi)

İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. 
Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir (Əmək Məcəlləsinin 85maddəsinin .2-ci bəndi).

Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır (Əmək Məcəlləsinin 85-ci maddəsinin .3-cü bəndi).

3. Saxlama Müddəti  (Əmək Məcəlləsinin 86-cı maddəsi)

 İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) BEŞ (5) il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.
A. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu  

4. Xüsusi Hallar (Əmək Məcəlləsinin 86-cı maddəsi)

   a. Dövlət arxivinə təhvil verilmə
Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. 

  b. Yeni işəgötürənə təhvil veril
Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
   İşçilərin əmək fəaliyyəti haqqında sənədləri (Əmək Məcəlləsinin 87-cı maddəsi)

1. Əsas Sənəd
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 
İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi  peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
2. Əmək Kitabçasının yazılma müddəti və forması
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
3. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları MİHO (NK) tərəfindən təsdiq edilir.

   İşçilərin müvafiq ödənclərinin haqq-hesab sənədləri (Əmək Məcəlləsinin 87-cı maddəsi)

1. Əsas sənədlər
5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.

2. Xaricdə yaşayan AR vətəndaşının durumu  
6. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında  MİHO (ƏMƏSTN) tərəfindən aparılır və təsdiq edilir 

3. Əvəzçilk üzrə çalışanın vəziyyəti 
7. Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.


İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri  (Əmək Məcəlləsinin 88-cı maddəsi)
1. İşçiyə verilməsi 
 İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış,  arxiv məlumatları,  şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

2. Başqa yerlərə Göndərilmə üsulu
İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. 
İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu  ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. 
Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. 
Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....