AzTehsil.com


Xəbərlər / Müəllim
29 dekabr 2021
2 523


Paytaxt təhsili 2021-ci təqvim ilində




Yekunlaşmaqda olan 2021-ci təqvim ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün davamlı və keyfiyyətli tədrisin təmin edilməsi, təhsildə yeni çağırışlardan doğan tələblərin yerinə yetirilməsi istiqamətində görülən işlərlə yadda qaldı.


2021-ci il ümumilikdə Azərbaycan təhsili üçün pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi sistemə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi səciyyələndirilə bilər.


Ümumi statistika


BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.


BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.


Birinci sinfə 46 mindən çox uşaq qəbul olunub


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2021-2022-ci dərs ili üçün 46 479 uşaq qəbul edilib.


25 444 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub


BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.


I sinfə qəbul prosesi


Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.


Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr təşkil edilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Müsahibə nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası da fəaliyyət göstərib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.


I sinfə qeydiyyatla bağlı suallar cavablandırılıb


Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar 28-30 aprel 2021-ci il tarixlərində şərhlər vasitəsilə cavablandırılıb.


31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib


Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib.


Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 4 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilib.


 46 250 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb


Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.


2021-ci ildə 46 250 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.


2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.


Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.


30 məzun qızıl və gümüş nişana layiq görülüb


BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub.


Belə ki, 2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.


 62 Bakı məktəblisi olimpiadada qalib olub


62 Bakı məktəblisi 2021-ci ildə Respublika Fənn Olimpiadalarının qalibi olub.


Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 28-i gümüş, 26-sı bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə 62 məktəbli uğur qazanıb.


Məntiq Olimpiadasında 26 paytaxt məktəblisi qalib olub


2021-ci ildə Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 26 paytaxt məktəblisi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub. V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.


Bu il VI Respublika fənn müsabiqələrində 33 şagird qalib olub


Ənənəvi olaraq ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələri keçirilir. 2021-ci ildə, fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.


207 “Sağlam təhsil” sinfi təşkil edilib


Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.


Layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.


Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir


2021-ci təqvim ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtda yenidən inşa olunan 90, 97 nömrəli tam orta məktəblərdə və yeni inşa edilmiş 333 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.


Ölkə Prezidenti yeni tədris ili ərəfəsində paytaxtdakı 71 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanıb.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.


63 nəfər təhsil işçisi təltif edilib


Ölkə Prezidentinin sərəncamlarına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.


Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb


BŞTİ-nin rəhbərliyi və əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.


Həmçinin uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərləri və 2021-ci ildə yubileyi olan direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərman və hədiyyələr təqdim olunub.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində müsbət dinamika


Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.


Həmçinin paytaxt məktəblərinin 4 məzunu ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək yaşıdlarından fərqləniblər.


Təhsil üçün vaksinasiya


Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.


Onlardan 17 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.


“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.


Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.


Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.


Tədris ilinin ilk dərsləri


2021-2022-ci tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.


Paytaxtdakı 180 məktəbdə 722 təmayül sinif təşkil olunub


Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.


BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 14 518 şagird təhsil alır.


Qeyd edək ki, təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.


100-dən çox şagird inklüziv təhsilə cəlb edilib


Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib.


İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.


BŞTİ-nin tabeliyindəki məktəblərdə elektron jurnal və gündəlik sistemi yaradılıb


Paytaxtın 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur.


Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.


Həmçinin “Elektron jurnal və gündəlik sistemi” platformasının istifadəsi ilə əlaqədar 16 210 pedaqoji və 505 inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub.


Paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub


Bu il paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub.


2021-ci ildən Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edir.

BŞTİ-nin Çağrı Mərkəzi yaradılıb


BŞTİ-nin 146-0 nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayıb.


Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.


İşə qəbul üzrə 2 343 vakansiya təqdim olunub


Təqvim ilində 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 343 vakansiya təqdim olunub.

2 243 nəfər işə qəbul olunub


2021-ci ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələrinə BŞTİ tərəfindən 2 343 vakansiya təqdim olunub.


Müsabiqələr nəticəsində 2 243 nəfər işə qəbul olunub.


Bunlardan:


721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;


1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;


250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.


1 010 müəllimin iş yeri daimiləşib


Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib. Müsahibələr nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.


395 müəllimlə müddətli müqavilə bağlanıb


2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.


105 nəfər direktor müavini vəzifəsinə təyin edilib


Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə və yerdəyişmələr nəticəsində 2021-ci ildə BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 105 nəfər direktor müavini təyin olunub. Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə layiq görülüb.


Məktəb idarəçiliyi


2021-ci il ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.


Belə ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.


117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.


Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.


Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.


Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.


2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.


 Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.


Belə ki, 2021-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə 145 nəfər işlə təmin olunub.


 TDM-ə işə qəbul müsabiqəsi


BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin onlayn qaydada imtahan mərhələsi keçirilib. Üç mərhələdən ibarət müsabiqənin imtahan mərhələsində TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 62 nəfər iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər işə qəbul edilib.


Orta aylıq əmək haqqı 741 manat təşkil edib


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-ci ildə 741 manat təşkil edib.


“Məktəb hesabatları” dinlənilib


BŞTİ tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsi həyata keçirilib.


Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələləri baxımından əhəmiyyətli olan “Məktəb hesabatları”nın dinlənilməsi paytaxt üzrə bütün məktəbləri əhatə edib.


Məktəb direktorları üçün seminarlar keçirilib


Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminarlar keçirilib.


Seminarlarda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Məktəb direktorlarının 5 illik hesabatı dinlənilib


BŞTİ tərəfindən məktəb direktorlarının 5 illik hesabatı dinlənilib və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunub.


Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.


BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib


BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib.


İdarə müdiri mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, istedadlı şagirdlərlə iş, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.


Diaqnostik qiymətləndirmə nəticələri təhlil olunub


BŞTİ tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib və qiymətləndirmənin təhlilləri aparılıb.


Riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.


Diaqnostik qiymətləndirmə keçirilib


BŞTİ tərəfindən II-IX siniflər üzrə ikigünlük diaqnostik qiymətləndirmə keçirilib.


Paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib.


Daha sonra diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilərək, nəticələri əldə olunub. Hazırda diaqnostik qiymətləndirmə nəticələrinin təhlili aparılmaqdadır. Yekun nəticələrlə bağlı inkişaf planları tədris ilinin II yarımilində təhsil müəssisələrinə təqdim olunacaqdır.


84 məktəbdə operativ monitorinqlər keçirilib


BŞTİ müdirinin müvafiq əmrinə əsasən, ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib. İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.


Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.


Monitorinq prosesi yekunlaşdıqdan sonra müvafiq təhlillər aparılaraq ilkin nəticələr barədə məlumat veriləcək.


Elektron hesabat və təqdimat modeli yaradılıb


Ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb.


Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaqdır. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub.


“Direktorlar klubu” yaradılıb


Ümumi təhsil məktəbləri direktorlarının vacib mövzular üzrə ictimaiyyətə açıqlığını və kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.


Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı,


“Kapital Bank”ın baş sponsorluğu ilə yaradılmış klubun əsas məqsədi məktəb direktorlarının təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.


Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub


BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.


16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar.


“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.


“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib


“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.


Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.


Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.


Təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.


Paytaxt üzrə 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir


BŞTİ-nin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.


Paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.


44 məktəb, 29 müəllim qrant müsabiqəsinin qalibi olub


Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 44 layihə qalib olub.


Belə ki, İdarənin tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295, 329 nömrəli tam orta məktəblər,


r, 83 nömrəli


hsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim olunan 29 layihə isə fərdi kateqoriya üzrə qalib olub.


“Onlayn dərs” müsabiqəsi keçirilib


BŞTİ tərəfindən “Onlayn dərs” müsabiqəsi keçirilib.


“Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.


“Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi


BŞTİ tərəfindən “Qafqazinfo.az” xəbər portalı ilə birgə “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi həyata keçirilib.


Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən paytaxt məktəblərinin müəllimləri barədə ətraflı məlumat verilib, onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunub.


“Qazi müəllimlər” kitabı işıq üzü görüb


BŞTİ və “Qafqazinfo.az” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı ictimaiyyətə təqdim edilib.


Kitab geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyidir.


Paytaxt məktəblərinin Vətən Müharibəsində iştirak etmiş 38 müəlliminə həsr olunan kitab gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.


Qeyd edək ki, “Qazi müəllimlər” kitabının ərsəyə gəlməsində verdikləri dəstəyə görə “Qafqazinfo.az” xəbər portalı və “Nar” mobil operatoru BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif olunub.


“Müəllimin cəbhə gündəliyi” layihəsi BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi həyata keçirilir.


Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.


Tədrisin təşkilinə dair birgə layihə


BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsi həyata keçirilib.


Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış ediblər.


“Mənim məktəbim” layihəsi həyata keçirilir


BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.


Paytaxtın 125 məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub


Paytaxtın 125 ümumi təhsil məktəbi “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 897 müəllim müvafiq təlimlərdən keçərək sertifikat əldə edib. Həmçinin şagirdlər arasında “Qış onlayn yarışı” və “Kod Saatı: Rəqəmsal Gələcəyə addım” müsabiqələri təşkil olunub.


Bundan başqa, BŞTİ-nin tabeliyindəki daha 125 ümumi təhsil məktəbindən 112 390 şagirdin layihəyə cəlb olunması nəzərdə tutulur.


“eTwinning Plus” layihəsi


Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində paytaxt müəllimləri fəal iştirak ediblər. Belə ki, 2021-ci təqvim ilində layihəyə 102 müəllim qoşulub.


Layihə çərçivəsində Bakıda Türkiyə Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunan ikitərəfli əlaqələndirici seminarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 11 müəllim iştirak edib. Layihə əsasında Gəncə şəhərində keçirilən regional konfransa isə 7 paytaxt müəllimi qoşulub.


307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir


2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.


Belə ki, BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.


2021-ci ildə Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 8 722 şagird cəlb olunub.


“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı da yaradılıb (bakuka.az).


178 məktəbdə STEAM layihəsi tətbiq edilir


BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.


Layihə çərçivəsində paytaxt məktəblərində fəaliyyət göstərən 658 müəllim STEAM təlimlərindən keçərək sertifikat əldə edib.


Layihəyə qoşulan məktəblər arasında “Online Hackathon 2021”, “Online VEX Robotics” və “Makerthon 2021” yarışları keçirilib.


Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.


 Bakı məktəblərinin 16 komandası “SAF 2021″də qalib olub


Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “STEAM Azərbaycan Festivalı 2021″də (“SAF 2021”) qalib olub.


Festivalın (www.saf.steam.edu.az) əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən ibarətdir.


“Sabahın alimləri” X Respublika Müsabiqəsi


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.


Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb.


“Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Azərbaycanı ABŞ-da keçirilən İSEF-Mühəndislik sərgisində təmsil edən 260 nömrəli tam orta məktəbin şagirdi İlkin Səmədov qızıl medala layiq görülüb.


 Mütaliəyə dair sosial layihə


“Hər kitab bir xəzinədir” adlı sosial layihə həyata keçirilib.


BŞTİ tərəfindən təşkil edilmiş layihədə məktəblilər, valideynlər və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.


 “Onlayn kitab klubu” layihəsi


BŞTİ tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihə keçirilib.


İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində yaradılmış “Onlayn kitab klubu” səhifəsində (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin paylaşılması təşkil olunub.


 “Gələcəyə ümid” layihəsi


Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsi həyata keçirilir.


Layihənin məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların akademik, sosial bacarıqlarının inkişaf etdirilməsi və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.


“Yaradıcı müəllim” təqdimat müsabiqəsi


BŞTİ tərəfindən “Yaradıcı müəllim” təqdimat müsabiqəsi keçirilir.


Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.


Müsabiqə yekunlaşandan sonra qaliblərə BŞTİ tərəfindən diplom, Tərifnamə və hədiyyələr təqdim olunacaq.


Aşıq Ələsgər və Azərbaycan folkloruna həsr edilmiş yaradıcılıq müsabiqəsi


Paytaxt məktəbtəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir.


Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etməkdən ibarətdir.


Müsabiqənin nəticələrinə əsasən, qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.


10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 2 nəfər I, 2 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 3 nəfər isə Tərifnamə ilə təltif olunub.

Məktəblərdə dərs müşahidələri


BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 9 ümumi təhsil məktəbində 289 dərs müşahidəsi aparılıb. Müşahidələr TDM-in fəaliyyət istiqamətinin dəqiq müəyyən edilməsi və hazırlanmış çərçivə sənədinin sınaqdan keçirilməsi məqsədilə baş tutub.


İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib


Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.


Eksternat imtahanları keçirilir


Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlar keçirilir.


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə imtahanlar “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçirilir.


Paytaxt məktəbliləri beynəlxalq elm olimpiadalarında


Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada 2021-ci ildə də uğurla təmsil ediblər.


Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.


Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında uğurla iştirak edən Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Ramin Qasımlı bürünc medal qazanıb.

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə və 117 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov bürünc medalın sahibi olub.


189-190 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədov “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasında ölkə üzrə 12-ci yeri, dünya üzrə 128-ci yeri tutub.


Moskvadan keçirilən VI Meqapolislər Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.


İdman sahəsində 379 medal qazanılıb


2021-ci təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 188 qızıl, 86 gümüş, 105 bürünc olmaqla, ümumilikdə 379 medal əldə ediblər.


Beynəlxalq arenada fərqlənən məktəblilər:


Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində böyük uğura imza atıb. A.Süleymanlı 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi adını qazanıb. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb;


82 nömrəli tam orta məktəbin şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən “Tokio 2021” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb;


Paytaxtdakı 265 nömrəli tam orta məktəbinin şagirdi Nicat Hüseynov Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində bürünc medal qazanıb;


Bakı şəhəri 35 nömrəli tam orta məktəbin məzunu Fərid Baxışlı Bolqarıstanda keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında erməni idmançını məğlub edərək I yerə çıxıb. Qızıl medala layiq görülən paytaxt məktəblisi Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib;


Paytaxt məktəblisi – 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb. Dünya çempionu olan K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb;


Paytaxtdakı 76 nömrəli tam orta məktəbin şagirdi Ruzanna Məmmədova Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında II yeri qazanıb;


Bakı şəhəri 192 nömrəli tam orta məktəbin şagirdi Fidan Ağazadə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıq yarışında I yeri sahiblənərək çempion olub.


1000-dən çox şagird PISA tədqiqatının pilot mərhələsində


PISA (Program for International Student Assessment) – Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirilib.


Tədqiqatın pilot mərhələsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) təsadüfi seçimlə müəyyənləşdirdiyi paytaxtdakı 20 məktəb üzrə təxminən 1000-dən çox şagird iştirak edib.


Təhsil işçiləri üçün təlimlər


BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilib. Həmçinin Mərkəz tərəfindən paytaxtdakı ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün “Proqramlaşdırma və alqoritm” mövzusunda təlimlər təşkil olunub.


Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün onlayn kommunikasiya, İKT savadlılığının artırılması, riyaziyyat müəllimlərinin beynəlxalq “PolyUp” platformasından istifadə qaydaları və informatika müəllimlərinin Python proqramlaşdırma dili üzrə bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimləri və “Microsoft Teams” platformasının öyrənilməsi üzrə təlimlər keçirilib.


Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri üçün Bakı və İzmir Təhsil İdarələrinin birgə əməkdaşlığı çərçivəsində reallaşan təbiət elmlərinə həsr olunmuş onlayn təlimdə 300-ə yaxın müəllim iştirak edib.


Eyni zamanda paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə metodiki toplantılar, təhsil işçiləri üçün müxtəlif fənlər üzrə ixtisasartırma təlimləri, müəllimlər üçün məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması, layihə planlaşdırılması, STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası, uşaq psixologiyasının əsasları, müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi, ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası mövzularında təlimlər təşkil edilib.


Hazırda TDM tərəfindən müsabiqə vasitəsilə işə yeni qəbul olunmuş müəllimlərə təlim-tərbiyə prosesində dəstək olmaq məqsədilə adaptasiya proqramı davam etdirilir.


Məktəb psixoloqlarının konfransı keçirilib


Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.


Konfransda şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məsələlər müzakirə edilib, psixoloqların çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin əhəmiyyətindən danışılıb.


Risk qrupuna daxil olan şagirdlərlə bağlı sorğu keçirilib


Bakının Səbail, Xətai, Nərimanov, Nəsimi, Yasamal və Nizami rayonlarında risk qrupuna daxil olan şagirdlərin müəyyən olunması ilə bağlı sorğu keçirilib.


Sorğunun keçirilməsində əsas məqsəd risk qrupuna daxil olan şagirdləri vaxtında müəyyənləşdirmək, onlarla profilaktik işlər görmək və daha ciddi problemlərin başvermə ehtimalını azaltmaqdan ibarətdir.


“Virtual məktəb” layihəsi üzrə paytaxtda 490 000-dən çox istifadəçi qeydiyyatdan keçib


Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə


464 371 şagird və 28 568 müəllim qeydiyyatdan keçib.


Hazırda “Virtual məktəb” layihəsi üzrə paytaxtda 492 939 istifadəçi var.


Onlayn görüşlər keçirilib


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə mütəmadi olaraq onlayn görüşlər keçirilib.


Görüşlərdə 2021-ci təqvim ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili, həmçinin tədris planları barədə danışılıb. Eyni zamanda təhsil sahəsində aparılan islahatlar, qazanılmış uğurlar və perspektiv məsələlər müzakirə olunub.


Ulu öndərə həsr olunmuş onlayn tədbirlər və Heydər Əliyev dərsləri


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.


Ümummilli liderin anadan olmasının 98-ci ildönümü münasibətilə Bakı şəhəri 50 nömrəli tam orta məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.


Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib.

Paytaxt məktəblərində “Nizami Gəncəvi İli”


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Nizami Gəncəvi İli”nə həsr olunmuş dərslər keçirilib. Dərslərin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin imzaladığı 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin öyrədilməsindən ibarətdir.


 Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən rus dili və ədəbiyyatı üzrə onlayn olimpiada Nizami Gəncəvinin yaradıcılığına həsr olunub. Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş olimpiadada VII-IX sinif şagirdləri dahi şairin həyat və yaradıcılığına dair sualları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada cavablandırıblar.


 Paytaxt məktəbliləri arasında “Nizami dünyası” adlı intellektual müsabiqə keçirilib. Dahi Nizami Gəncəvi irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq məqsədilə təşkil olunmuş müsabiqədə paytaxt məktəblilərindən 2 nəfər I, 2 nəfər II, 2 nəfər III yerə layiq görülüb. 4 paytaxt məktəblisi isə həvəsləndirici yeri tutub. Müsabiqədə fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb, onlara diplom və qiymətli hədiyyələr təqdim olunub.


Həmçinin “Nizami yaradıcılığı: insanlığa və ədalətə çağırış” mövzusunda onlayn elmi-praktik konfrans təşkil olunub. Elmi-praktik konfransın əhəmiyyəti əbədiyaşar şair və mütəfəkkir Nizami Gəncəvinin xalqımızın mədəni sərvətinə çevrilən əsərlərinin gənclər arasında təbliği, ümumi təhsil məktəblərində Nizami irsinin layiqincə tədris edilməsindən ibarətdir. Konfransda Nizami Gəncəvinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar da nümayiş olunub.


“Nizami dünyası” adlı intellektual müsabiqə keçirilib. Şagirdlərə dahi Nizami Gəncəvi irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq məqsədilə keçirilmiş müsabiqədə 10 nəfər paytaxt məktəblisi qalib olub.


Məktəblərdə dezinfeksiya işləri aparılıb

Paytaxtın ümumi təhsil müəssisələrində təqvim ili ərzində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar mütəmadi olaraq dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib. Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin rejiminin tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib.


Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub


Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş onlayn tədbirlər keçirilib.


 

Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda.




Загрузка...
Həmçinin oxuyun:
Buraxılış sinif şagirdlərinin sayı açıqlanıb

Buraxılış sinif şagirdlərinin sayı açıqlanıb

Təhsil Nazirliyi müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib -SAY AÇIQLANDI

Təhsil Nazirliyi müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib -SAY AÇIQLANDI

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır

Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Məktəb direktorları üçün keçirilən seminarlar başa çatıb

Məktəb direktorları üçün keçirilən seminarlar başa çatıb

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Məzunlara attestatlar verilir

Məzunlara attestatlar verilir

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir

Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir

Bu il birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI

Bu il birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI

Bakı məktəblərini qızıl nişanla bitirən məzunların sayı açıqlanıb

Bakı məktəblərini qızıl nişanla bitirən məzunların sayı açıqlanıb

Bakıda 65 yaşına çatmış neçə müəllim işinə davam edir? - AÇIQLAMA

Bakıda 65 yaşına çatmış neçə müəllim işinə davam edir? - AÇIQLAMA

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ