Xəbərlər / Direktor
29 oktyabr 2021
614

Məktəb direktorları üçün keçirilən seminarlar başa çatıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri üçün keçirilən seminarlar başa çatıb.


Seminarın sonuncu günündə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Suraxanı, Xətai, Pirallahı, Binəqədi, Nəsimi və Nizami rayonları məktəb direktorları iştirak ediblər.


BŞTİ müdiri Mehriban Vəliyeva çıxışı zamanı Azərbaycan Respublikası Təhsil nazirinin 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə əmrində nəzərdə tutulan əsas hədəflərdən danışıb.


İdarə müdiri bildirib ki, yeni tədris ili ərzində təhsilalanlara keyfiyyətli təhsil vermək, zəruri hallarda onlara müstəqil öyrənmə bacarıqları aşılamaq, məktəb-şagird-valideyn üçbucağı çərçivəsində əməkdaşlıq platformasının işini günün tələbləri səviyyəsində qurmaq başlıca vəzifələrdəndir.


M.Vəliyeva 2021-2022-ci tədris ilində əyani təhsilin davamlılığının təmin olunmasında məktəb direktorlarının üzərinə düşən funksiyalardan, məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.


BŞTİ müdiri ənənəvi təhsilin təşkilində ən vacib məsələlərdən birinin məhz təhsil işçilərinin vaksinasiyası olduğunu qeyd edib. İdarə müdiri ölkədə vaksinasiyaya start veriləndə təhsil işçilərinin bu prosesə ilk qoşulanlardan olduğunu xatırladıb. Direktorlara bu prosesə daha məsuliyyətlə yanaşmağı, xəstəliyə qarşı immuniteti artırmaq üçün iki doza vaksin olunmuş müəllimlərin 6 ay keçdikdən sonra üçüncü doza ilə peyvəndlənmə prosesində də nümunə olmasını tövsiyə edib.


Mövcud vəziyyətlə əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edən M.Vəliyeva məktəb kollektivinin hamılıqla sağlamlıqlarını qorumaları üçün müvafiq qaydalara ciddi riayət etmələrinin zəruriliyini bildirib.


M.Vəliyeva BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə əlaqədar istilik sistemlərinin vəziyyəti və bu məqsədlə görülən hazırlıq işlərindən də danışıb.


İdarə müdiri, həmçinin yeni təyin olunmuş məktəb direktorlarını təqdim edərək onlara  fəaliyyətlərində uğurlar arzulayıb.


BŞTİ müdiri ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi məsələsinin təhsilin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.


BŞTİ müdiri qarşıdan gələn Zəfər Günü ilə bağlı ümumi təhsil müəssisələrinin rəhbərlərini təbrik edib və qazanılan zəfərin təhsil sahəsində də yeni prioritetlər müəyyənləşdirdiyini deyib.


Seminarda çıxış edən BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması, IX sinif üzrə buraxılış imtahanlarının nəticələrində mənfi dinamika olan təhsil müəssisələrinin müəyyən olunması, tədrisdə keyfiyyətin artırılması üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi, 2021-2022-ci tədris ili üzrə məktəblərin fəaliyyət planlarının hazırlanması, o cümlədən hesabatlılıq və monitorinq, ümumi təhsil müəssisələrində layihə olimpiadaları, “STEAM” və “Rəqəmsal bacarıqlar” pilot layihələrinin tətbiqi ilə bağlı məlumat veriblər.


Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir

Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəb direktorları təltif olunub

Məktəb direktorları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş

Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş

Mehriban Vəliyeva – Keyfiyyətli təhsil uğurlu gələcəyin təminatçısıdır

Mehriban Vəliyeva – Keyfiyyətli təhsil uğurlu gələcəyin təminatçısıdır

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Qaradağ və Sabunçuda “Məktəb hesabatları”dinlənilib

Qaradağ və Sabunçuda “Məktəb hesabatları”dinlənilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib