AzTehsil.com


Xəbərlər / Müəllim
26 iyun 2021
1 929


İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib



İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Suraxanı və Nizami rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Hüseyn Əsgərov, Orxan Kərimov, Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 285 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva "Məktəb hesabatları”nın dinlənilməsinin ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib.

İdarə müdiri "Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədinin ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaranması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarət olduğunu bildirib.

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən bəhs edən İdarə müdiri məktəblərin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılmasının idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri olduğunu deyib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Suraxanı və Nizami rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış edib. TDM-in direktoru İlkin Həsənov "Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, təminat-təchizat məsələləri barədə fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.



Загрузка...
Həmçinin oxuyun:
“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Təhsil Nazirindən yeni TƏYİNATLAR – FOTOLAR

Təhsil Nazirindən yeni TƏYİNATLAR – FOTOLAR

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

BŞTİ müdiri vətəndaşları qəbul edib

BŞTİ müdiri vətəndaşları qəbul edib

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Məktəb direktorları təltif olunub

Məktəb direktorları təltif olunub