Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib
BŞTİ müdiri Mehriban Vəliyeva pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə görülən işlərə toxunub və təhsil müəssisələrində tədrisin məsafədən təşkil edilməsi, bu məqsədlə istifadə edilən onlayn platformaların üstünlüyünü vurğulayıb. İdarə müdiri "Virtual məktəb” platformasında keyfiyyətli tədris prosesinin təşkili məsələlərindən danışıb və layihə çərçivəsində keçirilən dərs müşahidələrinin nəticələri barədə fikirlərini bildirib.
M.Vəliyeva "Virtual məktəbdə bir gün” layihəsinin əsas məqsədinin mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlərin aparılması, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətinin müşahidə edilməsi və dəyərləndirilməsi, müəllim və şagirdlərin daha da ruhlandırılmasından ibarət olduğunu bildirib.
Tədris prosesinin təşkili və ona nəzarətin direktorların əsas vəzifələrindən biri olduğunu nəzərə çatdıran İdarə müdiri elektron platformada tədris prosesinin daha da təkmilləşdirilməsi üçün ilk addımın müəllimlərin metodiki alətlərdən istifadə bacarıqlarının artırılması və şagirdlərin müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. Növbəti addımın "Ən yaxşı elektron dərs müsabiqəsi”nə yönələcəyini deyən M.Vəliyeva müəllimlərin internet resurslarından istifadə etmək bacarıqlarının inkişafı üçün təlimlərə cəlb olunmasının vacibliyinə də toxunub. M.Vəliyeva distant dərslərin müşahidə edilməsi təşəbbüsünə artıq digər bölgələrdə də qoşulanların olmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Sonda qeyd olunub ki, Vətən Müharibəsində qazanılmış parlaq zəfərdən sonra Azərbaycan bütün sahələrdə yeni mərhələyə qədəm qoyub. Bu baxımdan təhsil sahəsində indiyədək qazanılan uğurların məktəb rəhbərlərinin, pedaqoji kollektivlərin və təhsil idaəetmə qurumlarının birgə səyi ilə daha da genişlənəcəyinə, keyfiyyət amilinin prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılacağına əminlik ifadə olunub.


Distant dərslərin müşahidəsi davam edir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Təhsil ilinin yekunları müzakirə olundu

Məhəbbət Vəliyeva: “Virtual məktəb” layihəsində təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Pandemiya mövzusunda ilk dərslər keçirilib

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq”

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Valideyinlər şagirdlərin dərsini izlədilər

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!