AzTehsil.com


Xəbərlər / Müəllim
10 iyul 2020
1 872


“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq”



“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq”

 

Təhsil nazirinin müavininin iştirakı ilə virtual müşavirə keçirilib

İyulun 3-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib. Müşavirədə nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib. Ötən dərs ilinin mühüm uğurları əsasən birinci yarımil ilə bağlı olsa da vüsəti və çoxşaxəliliyi ilə diqqəti cəlb edir. Dərs ilinin ikinci yarımilində qazanılmış ən böyük nailiyyət isə pandemiya şəraitində çox çevik şəkildə "Dərs vaxtı” teledərslər layihəsinin həyata keçirilməsi, eləcə də müəllimlərimizin virtual dərslərə qoşulması təşəbbüsüdür. Xüsusi vurğulandı ki, həm teledərslər, həm də virtual dərslər bir-birini məntiqi cəhətdən tamamlamış, resurslardan düzgün istifadəyə yönəlmişdir. Regionlarda şagirdlərin teledərslərə baxışının təbliğ və təşviq edilməsi, yerli müəllimlərin öz şagirdləri üçün əvvəl müxtəlif platformalarda, sonra isə daha mütəşəkkil formada "Virtual məktəb” platformasında dərs keçməsi fəaliyyətin vacib hissəsi olmuşdur. Görülən tədbirlərin nəticəsində şagirdlərin və müəllimlərin sağlamlığının qorunması prioritetini gözləməklə tədris prosesinin davamlılığını təmin etmək mümkün olmuşdur. Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında danışıb. Bu zaman dünya təcrübəsinə istinad olunub, oxşar situasiyaların yaratdığı problemlərdən çıxış yolları təqdim edilib. Pandemiya və post-pandemiya dövründə tədrisin təşkilinin 3 mümkün ssenarisi müzakirə edilib, arzuolunan, mümkün və təxmin edilən ssenarilərin tələb etdiyi strategiyalar nəzərdən keçirilib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova "Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb. Bildirilib ki, yay aylarında "Virtual məktəb”in fəaliyyəti rəngarəngliyi ilə fərqlənəcəkdir. Burada yalnız şagirdlər, müəllimlər deyil, həm də müəllim olmağa hazırlaşanlar xeyli faydalı materiallar, canlı müzakirələr və mühazirələr tapa bilər.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzularda virtual müşavirələrin keçirilməsi qərara alınıb.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlikdən növbəti tədris ili ilə bağlı tapşırıq - Sentyabrın 15-dən...

Nazirlikdən növbəti tədris ili ilə bağlı tapşırıq - Sentyabrın 15-dən...

Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi

Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabr konfransının plenar müşavirələri başlayıb

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i -VİDEO

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i -VİDEO

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi təkmilləşdirildi

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi təkmilləşdirildi

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş