AzTehsil.com


Xəbərlər / Müəllim
06 sentyabr 2019
1 773


Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları



Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

 

 
Sentyabrın 6-da Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov, təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabat məruzəsi dinlənilib.

Qarşıdan gələn "Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir müavini Firudin Qurbanov təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Firudin Qurbanov istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurlarının ildən-ilə artdığını qeyd edərək, bu il Bakıda nüfuzlu Beynəlxalq İnformatika Olimpiadasının təşkilinin əhəmiyyəti haqqında söz açıb. Həmçinin xüsusi istedadlı uşaqlardan ibarət yeni açılması nəzərdə tutulan lisey siniflərə uşaqların cəlbi, risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunulub.

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.

 

***

 

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Məmmədov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ili və yeni fəaliyyət istiqamətlərinə dair hesabat məruzəsi təqdim edilib.

Daha sonra Təhsil nazirinin müşaviri Elnur Məmmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib, müqayisəli təhlil edib. Elnur Məmmədov 2018-2019-cu tədris ilində əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb, son illərdə müəllim peşəsinin nüfuzunun və gənc müəllimlərin sayının artdığını vurğulayıb. Nazir müşaviri təhsil sahəsindəki uğurlar və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıran Elnur Məmmədov təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb.

Nazir müşaviri çıxışının sonunda təhsil işçilərinə tövsiyələrini verib və uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.     

 

***

 

Astara rayon Mədəniyyət Mərkəzində Astara, Lənkəran və Lerik rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Plenar müşavirədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mərasim Hacızadə, hər üç rayonun təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda Astara, Lənkəran və Lerik rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Aydın Əhmədov ümumi təhsil müəssisələrinin 2019-2020-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

Növbəti tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb.

Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb.

 

***

 

Goranboy rayon Mədəniyyət Mərkəzində Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev, Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru,  Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev ötən tədris ilində görülən işlərdən danışıb, qarşıda duran hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər, perspektiv məsələlərdən bəhs edən Emin Əmrullayev  konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib. Emin Əmrullayev növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.

Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

***

 

Ağstafa, Qazax və Tovuz rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Konfransda millət vəkili Ülviyyə Ağayeva, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi  Elçin Kərimov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra hakimiyyətinin əməkdaşları, hər üç rayonun təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdirləri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs ediblər. Ötən ilin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını qeyd ediblər.

Müşavirədə hər üç rayonun təhsil sahəsində əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi Elçin Kərimov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Konfransın sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir.



Загрузка...
Həmçinin oxuyun:
Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Zona müşavirəsi keçirilib.

Zona müşavirəsi keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Balakən:  ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

Balakən: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...