AzTehsil.com

Xəbərlər / Müəllim
08 iyul 2020
2 393

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, "Microsoft Teams" onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb. Forumda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri Bəxtiyar Əliyev və Şahin Seyidzadə də iştirak edib.

Koronavirus pandemiyası ilə əlaqədar distant təhsil formatına keçən Azərbaycan təhsil sistemi və müvafiq istiqamətdə görülən işlər haqqında geniş məlumat verən Təhsil naziri Ceyhun Bayramov bu dövrdə təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması üzrə teledərslər, videodərslər və digər elektron tədris resurslarından səmərəli istifadə olunduğunu xüsusi qeyd edib. "Dərs vaxtı” və "Virtual məktəb” imkanları vasitəsilə təhsilalanların təhsildən geri qalmaması, təhsilverənlərin böyük zəhmət və fədakarlıqlarından söz açan Təhsil naziri post-pandemiya dövrü üçün təhsil sisteminin əsas hədəflərini açıqlayıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Təhsil sahəsində yeni çağırışlar və əsas istiqamətlər haqqında danışan millət vəkili Bəxtiyar Əliyev bu müddətdə qanunverici orqanda da təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanaraq qəbul olunduğunu bildirib. Millət vəkili qeyd edib ki, rəhbəri olduğu Elm və təhsil komitəsi pandemiya şəraitində təhsillə bağlı bir sıra onlayn görüş, iclas və tədbirlər təşkil edib.

Millət vəkili Şahin Seyidzadə tədris ilində görülən işlər, pandemiya şəraitində ənənəvi təhsilin virtual təhsilə transferi, post-pandemiya dövrü üçün fəaliyyətlər, o cümlədən, onlayn platformalarda müəllimlərin və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib, təhsil işçilərini və AGMA-nı gələcək addımlarda təşəbbüs və təkliflərlə çıxış etməyə dəvət edib.

Sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının keçdiyi yol və gördüyü işlər, pandemiya şəraitində və post-pandemiya dövrü üçün fəaliyyəti, gələcək tədbirlər barədə təqdimat olub.

Forum qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Загрузка...
Həmçinin oxuyun:
1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

Deputat Şahin Seyidzadə: Pandemiya dövründə təhsil -VİDEO

Deputat Şahin Seyidzadə: Pandemiya dövründə təhsil -VİDEO

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

UNEC-in millət vəkili olan tanınmış məzunu ilə görüş keçirilib

UNEC-in millət vəkili olan tanınmış məzunu ilə görüş keçirilib

Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

“Şagirdlərin təhsilində ailənin rolu” adlı video görüş keçirilib

“Şagirdlərin təhsilində ailənin rolu” adlı video görüş keçirilib

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri görüşdü

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri görüşdü