AzTehsil.com


Xəbərlər / Ekspert
03 may 2020
1 230


Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”



 

Pandemiya yalnız Azərbaycanda deyil, bütün dünyada fəsadlar yaradıb. Təhsil sahəsində də koronavirusun böyük fasilələr yaratdığı məlumdur. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan dövləti təhsildə boşluqların yaranmasına imkan vermədi və operativ şəkildə onlayn, virtual tədris metodları ilə bu prosesin davam etdirilməsini təmin etdi.

Dövlət tərəfindən bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Azərbaycan Respublikası ərazisində təhsilin fasiləsizliyinin təmin olunması üçün Təhsil Nazirliyi müvafiq addımlar atdı. Bu addımlardan biri də "Mədəniyyət” TV-də yayımlanan "Dərs vaxtı” telelayihənin həyata keçirilməsidir.

Ekspertlər qeyd edirlər ki, pandemiyadan əziyyət çəkən dövlətlərin çoxu ilk bir ayda, ay yarımda təhsil haqqında düşünmədilər, onları daha çox qəfil yaxalandıqları pandemiya ilə mübarizə düşündürürdü. Azərbaycan dövlətinin isə pandemiya ilə mübarizə şəraitində belə təhsili unutmadığını və təhsillə bağlı maraqlı layihələr, proqramlar ortaya qoyduğunu deyən ekspertlər bunun təqdirəlayiq olduğunu vurğulayırlar. Onu da bildirək ki, Azərbaycan dövlətinin hazırladığı teledərs modelini başqa ölkələr də olduğu kimi tətbiq etməyə başlayıb. Böyük Britaniya və Ukrayna kimi elm-təhsil tutumlu ölkələr artıq bu modeli bir örnək kimi tətbiq edirlər.

"Kütləvilik və əlçatanlıq baxımından ən sərfəli və effektli olanı məhz teledərslərdir”
Tanınmış təhsil eksperti Nadir İsrafilov baki-xeber.com-a bildirdi ki, Azərbaycan dövlətinin pandemiya dövründə təhsilin fasiləsizliyinin təmin edilməsi üçün təqdim etdiyi modellər öz maraqlı cəhətlərinə görə seçilir: "Məlum olduğu kimi, təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi də teledərslərdir. Kütləvilik və əlçatanlıq baxımından ən sərfəli və effektli olanı məhz teledərslərdir. Vəziyyətin nəzarətdə saxlanması baxımından teledərslərin müvafiq dəstəkləyici resurslar – video, qrafika, səs və digər multimedia vasitələri, elektron mənbələr, vizuallaşdırılmış dərs formaları, "Virtual məktəb” layihəsinə start verilməsi, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdənxaric oxu materialı yerləşdirilmiş portallar, internet üzərindən bu kimi və digər mövcud olan mexanizmlərdən əsas və başlıca üstünlüyü odur ki, daha geniş auditoriyanı əhatə edir, bir neçə kanalda yayımlanır”.

 Artıq, martın ortalarından etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslər təşkil olunduğunu deyən ekspert hesab edir  ki, bütün bu nümunələr müsbətdir: "Ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. Teledərslərin cədvəli gündəlik olaraq açıqlanır və hamı xəbərdar edilir. Təhsil naziri Ceyhun Bayramov da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinq zamanı koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil sahəsində dövlət tərəfindən verilən qərarlardan, Təhsil Nazirliyi tərəfindən atılan addımlardan, həyata keçirilən layihələrdən danışarkən, təhsil sektorunda fəaliyyətin dayandırılması ilə yaranan mövcud vəziyyətin mənfi təsirlərinin aradan qaldırılmasında, yaranmış boşluğun doldurulmasında teledərslərin əhəmiyyətini xüsusi vurğulayıb, hazırda təxminən 1 milyon 600 min şagirdin teledərslərdən yararlanmaq imkanına malik olmasına diqqət çəkib. Heç şübhəsiz ki, teledərslərin 1000-ci buraxılışının efirdə yayımlanması təhsil salnaməmizdə özünə yaddaqalan yer tutacaq. Distant təhsil, "Virtual məktəb”, digər layihələr və onlayn platformalar müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına nə qədər şərait yaratsa belə, forma, məzmun və mahiyyət etibarilə teledərslərin yerini verə bilməz.

Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır” – deyə N.İsrafilov vurğuladı.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Bu gün keçiriləcək teledərslərin cədvəli

Bu gün keçiriləcək teledərslərin cədvəli

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Teledərslərin yayımı davam edəcək

Teledərslərin yayımı davam edəcək

Teledərslərin sabahkı CƏDVƏLİ

Teledərslərin sabahkı CƏDVƏLİ

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Sabaha olan teledərslərin CƏDVƏLİ

Sabaha olan teledərslərin CƏDVƏLİ

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Azərbaycan, rus bölmələri və məktəbəhazırlıq qrupları üçün 16 mart dərs cədvəli

Azərbaycan, rus bölmələri və məktəbəhazırlıq qrupları üçün 16 mart dərs cədvəli

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Teledərslərə start verilir

Teledərslərə start verilir

Peşə təhsili üzrə teledərslərin 6 aprel tarixi üçün cədvəli

Peşə təhsili üzrə teledərslərin 6 aprel tarixi üçün cədvəli

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Peşə təhsili üzrə teledərslərin 10 aprel cədvəli

Peşə təhsili üzrə teledərslərin 10 aprel cədvəli