AzTehsil.com


Xəbərlər / Direktor
15 aprel 2020
1 332


Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb



 

"Dövlətimiz bu ağır günlərdə də təhsilin prioritet sahə olduğunu bir daha nümayiş etdirdi…”

Pandemiya elan olunan koronovirus epidemiyası nə qədər təhlükəli xarakter alsa da xalqımızda belə bir inam və ümid var ki, vəziyyət nəzarət altındadır. İnanırıq ki, dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz bu təhlükənin də öhdəsindən gələcək. Prezidentimizin son müşavirədə dediyi kimi koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.

Məlumdur ki, hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan və mövcud durumdan asılı olaraq dəyişir. Heç kəsə gizli deyil ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində xeyli mühüm addımlar atılıb.  Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb, kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb, xalqımız da öz növbəsində bu bəşəri bəladan mümkün qədər tez qurtulmaq üçün kifayət qədər lazımi dəstək, həmrəylik, mütəşəkkillik, dözümlülük nümayiş etdirir.

Dövlətimizin təhsilə diqqət və qayğısına arxalanan, təhsildə dövlət siyasətinin əsas qarantı olan Təhsil Nazirliyi elə ilk günlərdən  fövqəladə hadisələrlə bağlı  respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər barədə Nazirlər Kabinetinin  24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarını rəhbər tutaraq, təhsil müəssisələrində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil etdi.

Müəllim-şagird əlaqələrinin onlayn müstəvisinə keçirilməsi, video, qrafika, səs və digər multimedia vasitələrinin, elektron resursların, teledərslərin dövriyəyə buraxılması, əməkdaşlıq çərçivəsində "Virtual məktəb” layihəsinə start verilməsi,  vizuallaşdırılmış dərs formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, internet üzərindən bu kimi  ehtiyat mexanizmlərinə, mövcud olan  digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqları aradan qaldırmaq üçün lazımi imkan və şəraitin yaradılmasıı, vətəndaşa mənəvi dəstək rolunu oynayacaq  Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt” xidmətinin fəaliyyətə başlaması, görüləcək işlər istiqamətində yeni addım olub,  təhsilə olan diqqət və qayğının bariz nümunəsidir.

Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı, Təhsil naziri Ceyhun Bayramovun  işçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir:  "Düşünürəm ki, məhz buna görə maaşların hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq” kimi bəyanatı isə mənəvi dəstəklə yanaşı həm də maddi dəstək kimi dəyərləndirilir. Valideynlər mütəmadi zəng edərək, bu kimi məsələlərin detalları ilə maraqlanır, məmnunluqlarını və arxayınçılıqlarını güzlətmirlər.

Dövlətimiz bu ağır günlərdə belə təhsilin prioritet sahə olduğunu bir daha nümayiş etdirməsi, bu gün bizdən daha yüksək əzmkarlıq göstərməyi və digərlərinə də nümunə olmağı tələb edir.

Yaqut Əfəndiyeva

Bakı şəhəri A. Məmmədov adına 38 saylı tam orta məktəbin direktoru



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

Təhsil nazirinin müşaviri  tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil nazirinin müşaviri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

Nadir İsrafilov:  “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır.“

Nadir İsrafilov: “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız zamanıdır.“

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...