AzTehsil.com
RU

Xəbərlər
13 aprel 2020
2 895

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 
1.Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

1.1.ünvanlı dövlət sosial yardımı alanlar;

1.2.hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1.I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2.işsiz kimi qeydiyyatda olanlar;

1.2.3.yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

2.Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.
3.Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin.

4.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının "Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirsinlər.

5.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində "Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etsin.

6.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etsin

Загрузка...
Həmçinin oxuyun:
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək – QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək – QƏRAR

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Bu tələbələrə   yardım ediləcək.

Bu tələbələrə yardım ediləcək.

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Sərəncam

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Prezident Təhsil Nazirliyinə pul ayırdı

Prezident Təhsil Nazirliyinə pul ayırdı

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

Bu tələbələrin təhsil xərcləri də ödəniləcək

Bu tələbələrin təhsil xərcləri də ödəniləcək

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI