AzTehsil.com


Xəbərlər
02 aprel 2020
2 931


Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR



Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

 

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə xüsusi əmək rejimi tətbiq edib.

 Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 Koronovirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart -

20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:

1.1. "Azərbaycan Respublikasının ərazisində elan edilmiş

xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb

edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1

nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət

orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini

təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb

etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən

işçilərin əmək haqqı saxlanılsın;

2

1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş

fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb

edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi

tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində,

habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri

təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar

2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

"Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi
olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113

nömrəli Qərarı ləğv edilsin.

Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.
 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 mart 2020-ci il

№ 122

3
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 31 mart

tarixli 122 nömrəli Qərarına

 1 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi

karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb

edilən dövlət orqanlarının və qurumlarının

Siyahısı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən,
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi

4
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB),

dövlət və özəl səhiyyə müəssisələri
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik
Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus
banklar
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti
orqanları
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Hesablama Palatası
"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti
"Azəriqaz” İstehsalat Birliyi
"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
5
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit
Təşkilatı
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
"Azərkontrakt” Səhmdar Cəmiyyəti
"Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
Bakı Nəqliyyat Agentliyi
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyəti
Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzi

"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.
________________

6
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 31 mart

tarixli 122 nömrəli Qərarına

 2 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan

fəaliyyət sahələrinin

Siyahısı

Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə

xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

baxıcılıq xidməti.

İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı,

istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təchizatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük

daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən

fermer təsərrüfatlarının fəaliyyəti;

7

4.7. əkinçilik və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və

təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı

məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. poçt xidmətləri;

6.3. kimyəvi təmizləmə;

6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.5. avtomobillərin təmiri;

6.6. avtomobil yuyulma məntəqələri;

6.7. tərcümə xidmətləri;

6.8. heyvan sığınacaqları;

6.9. dizayn xidmətləri.

Kütləvi informasiya vasitələri.
Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;

9.2. məişət avadanlıqlarının təmiri;

9.3. dezinfeksiya xidmətləri.

Vəkillik fəaliyyəti.
modern.az 



Загрузка...
Həmçinin oxuyun:
Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

İdman Akademiyası doktoranturalar yaradılan ali təhsil müəssisələrinin siyahısına salınıb

İdman Akademiyası doktoranturalar yaradılan ali təhsil müəssisələrinin siyahısına salınıb

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

Prezident Təhsil Nazirliyinə pul ayırdı

Prezident Təhsil Nazirliyinə pul ayırdı

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

DİM müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib

DİM müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi