Xəbərlər / Psixoloq / Ekspert
14 aprel 2020
1 383


Nadir İsrafilov: “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız zamanıdır.“

Nadir İsrafilov:  “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır.“

 

Onlayn psixoloji yardım xidməti vətəndaşa mənəvi dəstək olacaq, yoxsa köstək?   

Aprelin 6-dan etibarən Təhsil Nazirliyinin yeni 146-3 "qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Belə ki, koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan olunduğuna görə evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə ehtiyac duyduğu hallarda sözügedən "qaynar xətt” xidmətindən yararlana biləcəklər. Həftəiçi hər gün saat 10:00-dan 18:00-dək "qaynar xətt” xidməti ilə əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaq.

Artıq "qaynar xətt”ə zənglər gəlməyə başlayıb. Nazirlikdən öyrəndiyimizə görə, 6-10 aprel 2020-ci il tarixlərində, ümumilikdə, 250 zəng daxil olub. Müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub. Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

Təbii ki, Təhsil Nazirliyi tərəfindən atılan bu addım çox təqdirəlayiqdir. Ancaq xidmətin məktəb psixoloqları tərəfindən göstərilməsi bunun effektiv olacağını şübhə altına alır. Çünki ölkədəki məktəb psixoloqlarının fəaliyyəti ilə bağlı vəziyyət heç də qənaətbəxş deyil. Dəfələrlə, hətta Təhsil Nazirliyi rəsmiləri belə, bu sahədə müəyyən problemlər olduğunu etiraf ediblər. Vurğulanıb ki, məktəb psixoloqlarının heç də hamısı ali təhsilli, ixtisaslı psixoloq deyil, müəyyən hissəsi yenidən hazırlanma təhsili ilə psixoloq kimi çalışır. Həmçinin orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu mövcuddur, qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Məktəblərdə ixtisaslı psixoloqlara ehtiyac var.

Belə olan halda sual yaranır: Bu gün daha çox direktorun köməkçisi xidmətini yerinə yetirən məktəb psixoloqları bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacaracaqmı? Ümumiyyətlə, tətbiq edilmiş bu xidmət nə qədər effektiv olacaq? Məsələyə ekspertlərlə AYNA tutmağa çalışdıq.

Təhsil eksperti Nadir İsrafilov düşünür ki, bu gün nəyin özünü doğruldacağını, nəyin doğrultmayacağını mübahisələndirmək zamanı deyil: "Bu gün bizim bu vaxta qədər göstərdiyimizdən  daha artıq birlik, həmrəylik, mütəşəkkillik və anlayış göstərməyimiz, gələcəyimiz olan təhsilə təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır. Bu gün, bir vaxtlar ehtiyac hiss etmədiyimiz, lazımi əhəmiyyət vermədiyimiz təhsilalma formalarına, dünya təcrübəsində tətbiq olunan mütərəqqi metodlara diqqəti artırmaq, istənilən fövqəladə hadisələrə hazır olmaq üçün yeni axtarışlara çıxmaq  zamanıdır”.

Mütəxəssisin fikrincə, Təhsil Nazirliyinin 146-3 "qaynar xətt” xidmətinin fəaliyyətə başlaması görüləcək işlər istiqamətində yeni addım olub, istənilən halda vətəndaşa mənəvi dəstək rolunu oynayacaq: ""Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələri "Təhsil haqqında” qanuna uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etməklə yanaşı, bundan sonra "Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirəcək. Yəni, bu gün nəyin özünü doğruldacağını, nəyin doğrultmayacağını mübahisələndirmək zamanı deyil, mümkün qədər adi telefon bağlantısından tutmuş, məlum ehtiyat mexanizmlərinə, mövcud olan digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, bəlli olan bütün metod və formalardan istifadə etməklə, təhsilalanların aktivliyinin qorunub saxlanılmasına, vətəndaşlarımızda isə optimist əhval-ruhiyyənin yüksəldilməsinə nail olmaq zamanıdır”.

Psixoloq, tibbi jurnalist Ramil Nəcəfli də bu xidməti təqdirəlayiq hesab edir: "Olmayan nəyisə müzakirə etmək doğru deyil, gərək hər hansı bir ideya reallığa çevrilsin ki, ondan sonra boşluqlar müəyyənləşdirilsin, nöqsanlar üzə çıxsın və daha münasib bir forma seçilsin. Bu baxımdan, Təhsil Nazirliyinin belə bir təşəbbüs irəli sürməsini məqsədəuyğun hesab edirəm. Xidmət bir müddət fəaliyyət göstərməlidir ki, necə işlədiyini, effektli olub-olmadığını görə və deyə bilək”.
 

 

Nəcəfli psixoloji xidmətə nəyə görə məhz məktəb psixoloqlarının cəlb edilməsinə də aydınlıq gətirib: "Təhsil Nazirliyi tərəfindən həm müxtəlif fənlər üzrə teledərslər, həm də virtual məktəb təşkil olunub, həmçinin bütün müəllimlərə öz siniflərinə onlayn şəkildə dərslər keçmək tapşırılıb. Müəllimlər də bildikləri qaydada bu tapşırığı həyata keçirirlər. İndi psixoloji konsultasiyanın da məktəb psixoloqlarına həvalə edilməsinin anlamı ondan ibarətdir ki, onlar da boş durmasınlar, eynən fənn müəllimləri kimi, fəaliyyətlərini onlayn şəkildə olmasa da, telefonla davam etdirsinlər. İşin məhz məktəb müəllimlərinə həvalə olunması da bununla bağlıdır. Təhsil Nazirliyi ona tabe olan məktəblərdə rəsmi şəkildə çalışan, dövlətdən əməkhaqqı alan və karantin rejimində fəaliyyətsiz qalmış məktəb psixoloqlarının işini stimullaşdırmalı, təşkil etməlidir. Bu işə cəlb olunmuş psixoloqların kvalifikasiya səviyyəsi, icra etdikləri psixoloji yardımın keyfiyyəti isə artıq ikinci məsələdir”.

Psixoloq ümid edir ki, bu xidmətin səviyyəsi mərhələli şəkildə daha da təkmilləşdiriləcək: "Məsələn, Təhsil Nazirliyi bir sayt da yarada bilər və orada dövlətdən əməkhaqqı alan, faktiki və hüquqi vəzifə öhdəlikləri olan məktəb psixoloqlarının şəkli, kvalifikasiyası, tərcümeyi-halları yerləşdirilə bilər. Həmçinin, saytda onlayn psixoloji yardım almaqla, şagirdlərin və ya digər şəxslərin özlərini test etmələri ilə bağlı ayrıca bölmələr olmalıdır ki, insanlar psixoloji problemlərinin səviyyəsini aydınlaşdıra bilsinlər. O cümlədən, saytda kliniki psixoloqlar da yerləşdirilməlidir ki, müraciət edən şəxsləri psixoloji yardımla bağlı müəyyən təsnifata bölsünlər, həmin şəxsin durumuna görə mütəxəssis təyin etsinlər. Məsələn, şagirddə qavrama, yaddaş, hiperaktivlik, yeniyetməlik krizi, depresiya, panikatak, nevroz və ya valideyni ilə çox ciddi problemləri mövcud ola bilər. Həmin saytda bu problemləri yaşayan şəxslərə yardım edə biləcək səviyyədə olan psixoloqlar da yerləşdirilməlidir ki, insalar doğru ünvana müraciət edə bilsinlər”.

"Zaman göstərəcək ki, bu xidməti həyata keçirən məktəb psixoloqları özlərini necə təsdiq edəcəklər, hansı üstün və mənfi cəhətlərə malikdirlər. Pixoloqlarla əlaqələndirmə hansı səviyyədə olacaq, həmçinin "qaynar xətt” şəbəkələşibmi. Çünki "qaynar xətt” elə təşkil olunmalıdır ki, zənglər dolmasın, eyni anda müraciət edən hər kəsə cavab verilsin, doğru yönləndirilsin. Bütün bunları isə iş prosesində və müəyyən müddət keçəndən sonra öyrənəcəyik və o barədə fikir yürütmək imkanımız olacaq. İş olan yerdə nöqsan da olur, ancaq ümid edirəm ki, nöqsanlar yarandıqca aradan qaldıra biləcəklər”, – deyə müsahibimiz vurğulayıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

“Qaynar xətt” xidmətinə 250 zəng daxil olub

“Qaynar xətt” xidmətinə 250 zəng daxil olub

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

Əli Əsədovdan universitetlərlə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan universitetlərlə bağlı MÜHÜM QƏRAR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Təhsil Nazirliyi zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradır

Təhsil Nazirliyi zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradır

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…